Close Menu
    What's Hot

    Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

    24 İyun 2026

    Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

    24 İyun 2026

    24 İyun 2026
    Trending
    • Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
    • Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
    • Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”
    • Azərbaycanda “smart büdcələr” dövrü. Niyə bizneslər artıq sadəcə like sayına inanmır və rəqəmsal marketinqdən nə gözləmək lazımdır?
    • Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026
      Recent

      Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

      24 İyun 2026

      Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”

      24 İyun 2026

      24 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026
      Recent

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026

      “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

      16 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Biznes » Azərbaycanda BYD ilə elektrikli avtobusların istehsalına dair saziş imzalanıb
    Biznes

    Azərbaycanda BYD ilə elektrikli avtobusların istehsalına dair saziş imzalanıb

    02 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanda avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

    GDP İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma Azərbaycanın Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə baş tutub.

    İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

    Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır.

    Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələr üzrə yaradılacaq birgə müəssisə tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.

    Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

    BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Həmçinin, layihə dəstək mexanizmləri, birgə müəssisənin maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının verilməsi və s. kimi məsələləri ehtiva edir. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40 %-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.

    Ölkədə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir.

    Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına yaradılacaq birgə müəssisə tərəfindən təqribən 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

    Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Mikayıl Cabbarov: “Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir”

    18 İyun 2026

    Orxan Məmmədov: “Azərbaycan KOB-ların rəqabət qabiliyyətini artırır”

    18 İyun 2026

    Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar

    18 İyun 2026

    Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

    17 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.