“NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağının iclası keçiriləcək.
GDP xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətin elanında bildilir.
Qeyd olunur: ““NORM” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbəti ümumi yığıncağının iclası 05 avqust 2024-cü il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcək”
Məlumata görə,ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər salınıb.
1. Cəmiyyətin 2023-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi;
2. Cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərə dair müzakirələrin aparılması.