Close Menu
    What's Hot

    İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək

    12 Noyabr 2025

    ABB-nin 200 milyon ABŞ dolları kredit götürdüyü ərəb bankından Kapital Bank 50 milyon dollar kredit aldı

    12 Noyabr 2025

    “PASHA Pay”ə 6 milyon manata yaxın əlavə investisiya qoyuldu

    12 Noyabr 2025
    Trending
    • İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
    • ABB-nin 200 milyon ABŞ dolları kredit götürdüyü ərəb bankından Kapital Bank 50 milyon dollar kredit aldı
    • “PASHA Pay”ə 6 milyon manata yaxın əlavə investisiya qoyuldu
    • “Card-to-Card” ‘məliyyatları məhdudlaşarsa, nağdsız dövriyyənin 87%-dən 49%-ə enməsinin qarşısını necə almaq olar?-Tamerlan Rüstəmovdan açıqlama
    • ABŞ hakimiyyəti, İsveçrə mallarına qoyulan gömrük rüsumlarını azaltmağı planlaşdırır
    • Trampın pul paylama planları Bitcoinin 845% bahalaşmasına səbəb ola bilər
    • Nensi Pelosi siyasi karyerası ərzində ticarətdən 133 milyon dollardan çox qazanıb və onun gəlirliliyi Dow Jones indeksindən 17,000% yüksək olub
    • ABŞ Senatı hökumətin yenidən açılmasını dəstəkləyib-Shutdown bitdi
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      ABB-nin 200 milyon ABŞ dolları kredit götürdüyü ərəb bankından Kapital Bank 50 milyon dollar kredit aldı

      12 Noyabr 2025
      Recent

      ABB-nin 200 milyon ABŞ dolları kredit götürdüyü ərəb bankından Kapital Bank 50 milyon dollar kredit aldı

      12 Noyabr 2025

      “PASHA Pay”ə 6 milyon manata yaxın əlavə investisiya qoyuldu

      12 Noyabr 2025

      “Card-to-Card” ‘məliyyatları məhdudlaşarsa, nağdsız dövriyyənin 87%-dən 49%-ə enməsinin qarşısını necə almaq olar?-Tamerlan Rüstəmovdan açıqlama

      12 Noyabr 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək

      12 Noyabr 2025

      Bakı Fond Birjasında ticarət həcmi artır, əməliyyatlar isə azalır – korporativ qiymətli kağızlarda həm həcm, həm də əməliyyat sayı kəskin aşağı düşüb

      05 Noyabr 2025

      PAŞA Kapital və Sea Breeze Azərbaycan maliyyə sektorunda bir ilkə imza atdı

      02 Noyabr 2025

      Bakı Fond Birjasının rəhbəri ilə Azərbaycanda qızıl çıxaran “Anglo Asian Mining”in rəhbəri arasında görüş olub

      28 Oktyabr 2025

      Uorren Baffet CEO vəzifəsini 2026-cı ildə tərk edəcək və 149 milyard dollarını xeyriyyəyə yönəldəcək

      08 Noyabr 2025

      Səudiyyə Ərəbistanı Hindistan və Çinə neftin qiymətini azaldaraq Rusiya bazarına təzyiq edir

      08 Noyabr 2025

      Qızıl mülayim şəkildə bahalaşır, qiymət 4 min ABŞ dolları keçdi

      07 Noyabr 2025

      İlon Mask dünyada ilk trilyonçu olmağa doğru irəliləyir

      07 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      Binance, Donald Trump-ın kripto layihəsi ilə əməkdaşlıq ehtimalını dəyərləndirir

      13 Aprel 2025

      Bitcoin-in qiyməti Trampın kriptovalyuta strateji ehtiyatı ilə bağlı açıqlamasından sonra yüksəlib

      02 Mart 2025

      Bitcoin 95,000 dollardan aşağı düşdü – Bybit-ə kiberhücum bazarı silkələdi

      22 Fevral 2025

      İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək

      12 Noyabr 2025

      Uorren Baffet CEO vəzifəsini 2026-cı ildə tərk edəcək və 149 milyard dollarını xeyriyyəyə yönəldəcək

      08 Noyabr 2025

      Səudiyyə Ərəbistanı Hindistan və Çinə neftin qiymətini azaldaraq Rusiya bazarına təzyiq edir

      08 Noyabr 2025

      Qızıl mülayim şəkildə bahalaşır, qiymət 4 min ABŞ dolları keçdi

      07 Noyabr 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!

      07 Noyabr 2025
      Recent

      Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!

      07 Noyabr 2025

      Milli Observatoriyanın 2024-cü ildə xalis zərəri 22% artıb, hər 1 manat gəlir üçün 65 manat əlavə xərc yaradıb

      07 Noyabr 2025

      “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

      07 Noyabr 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Bloq yazıları » Stereotipləri Sındırıb, Birja Ulduzlarına Çevrildilər: 6 Uğurlu Qadın Hekayəsi
    Bloq yazıları

    Stereotipləri Sındırıb, Birja Ulduzlarına Çevrildilər: 6 Uğurlu Qadın Hekayəsi

    30 İyul 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Birja sahəsində sərvət qazanmaq yalnız kişilərin işi olduğuna dair stereotiplər artıq köhnəlib. Budur, bütün çətinlikləri aşan, məqsədlərinə qətiyyətlə çatan və fond bazarında böyük sərvət əldə edən qadınlardan altı hekayəsi.

    Getty Green: “Maliyyə üçün kişi instinkti” ilə “Wall Street cadugarı”

    XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınların səs vermə hüququ belə yox idi, fond bazarı isə onlar üçün uyğun yer hesab olunmurdu. Lakin amerikalı Getty Green maliyyə sahəsindəki “kişi instinkti” ilə taninirdi. Onun müvəffəqiyyətli investisiyaları və daim geydiyi qara paltarla ona “Vall-Strit Cadugarı” adı verilmişdi. ABŞ-ın və hətta dünyanın ən zəngin qadını sayılırdı.

    Əri milyonlarla borc içində olsa da, Getty bütün maliyyə məsələlərini düzgün idarə edirdi. Uşaqlıqda maliyyə jurnallarını qohumlarına oxuyur və 13 yaşında atasının mühasibi olurdu. Atasının ölümündən sonra $7.5 milyon miras almışdı. Müxtəlif qiymətləndirmələrə görə, 1916-cı ilə qədər bu məbləği $100-200 milyon arasında artırmışdı.

    Ingeborg Mootz: Evdar Qadın, İnvestor və “Milyon Dollarlı Nənə”

    Ingeborg Mootz, çoxuşaqlı bir ailədə, kiçik alman şəhəri Gisen’də doğulmuşdu və 17 yaşında evlənərək həyatı boyunca evdar qadın olmuşdu. Onun maliyyə vəziyyəti əri tərəfindən idarə edilirdi, əri isə lotereya oynayaraq pul itirirdi.

    Mootz işə girməyə çalışmışdı, amma cəhdləri çox uğurlu olmamışdı. O, ərinə birjada ticarət etməyi arzuladığını bildirirdi, amma əri onun pul qazana biləcəyinə inanmazdı və qadınların evdə oturmalı olduğunu düşünürdü. Ərinin ölümündən sonra, 75 yaşında, Ingeborg dividend aksiyalarına investisiya etməyə başladı və bu sahədə çox müvəffəqiyyətli oldu.

    Ərindən ona 1000 ədəd Alman dövlət enerji şirkəti VEBA-nın səhmi qalmışdı. Bunlar onun başlanğıc kapitalı oldu. İllər keçdikcə, sərvəti €3 milyon üstə qaldı və Mootz “Milyon Dollar Qoca” adını aldı. Pensiyaçı “Birja Detektivi” adlı kitab yazdı və maliyyə biliklərini artırmaq üçün telefon məsləhətləri verdi.

    “Mən qadınları azad etmək istəyirəm. Artıq kişilərdən asılı olmamalıdırlar. Kişi pul qazanırsa, qadın isə yox, bu artıq tərəfdaşlıq deyil,” – deyirdi Ingeborg.

    Ann Shaber: Bütün Pullarını İtirdi, amma təslim olmadı və kapitalını 440,000% artırdı

    Amerikalı Ann Shaberin atası gənc yaşda vəfat etmişdi. Anası doqquz uşağı dolandırmaq məcburiyyətində qalırdı və pullarının bir hissəsini dörd oğulunun təhsili üçün sərf edirdi. Qızlar isə belə imtiyazlardan məhrum idilər. Ancaq Ann öz təhsilini özü qazandı.

    15 yaşında sekretar məktəbini bitirib mühasib oldu. Maaşını təhsil üçün yığırdı və nəticədə Corc Vaşinqton Universitetində hüquq üzrə təhsil aldı. 1920-ci ildə Shaber ABŞ-ın Vergi Xidmətində daşınmaz əmlak auditoru olaraq işə başladı və burada 20 ildən çox çalışdı. Ann yaxşı əməkdaş idi, amma bu müddət ərzində heç vaxt yüksəldilmədi və illik $4 min maaş alırdı.

    1933-1934-cü illərdə ilk dəfə investisiya etməyə çalışdı, amma birja şirkətinin iflası səbəbindən bütün pullarını itirdi. Təslim olmadı: 1944-cü ildə pensiyaya çıxandan sonra, Ann sıfırdan başlamağa qərar verdi. O, başa düşdüyü və məhsullarını istifadə etdiyi iri şirkətlərin səhmlərini alırdı.

    50 il ərzində Shaberin sərvəti 439,900% artaraq $22 milyon oldu. Əksər vəsaitini Yeshiva Universitetinə bağışladı ki, yəhudi qadınlar ayrımcılıqla mübarizə apara bilsin və təhsil alsınlar.

    Grace Groner: Üç Səhmdən Sərvət Yaratdı

    1931-ci ildə Grace Groner Abbott Laboratories-də katibə olaraq işə başladı. Dörd il sonra, $180-a üç ədəd əczaçılıq şirkətinin səhmini aldı. O, onları 2010-cu ilədək satmadı – həyatının sonuna qədər. 75 il ərzində səhmlər dəfələrlə bölündü və Grace dividend gəlirlərini yenidən sərmayə qoydu. Nəticədə, üç səhmi 100 min səhmdə çevrildi, dəyəri isə $7.2 milyon oldu.

    Onun ərinin və uşaqlarının olmamasına baxmayaraq, çoxlu dostları var idi. Grace sadə bir həyatı seçmişdi – ABŞ-ın Lake Forest şəhərində kiçik bir evdə yaşayırdı. Böyük Depressiya dövründə bunu öyrənmişdi. Ancaq sərvətini qorxaqcasına saxlamırdı – çoxlu səyahət edir və ehtiyacı olanlara anonim hədiyyələr göndərirdi. Sərvətini və evini yerli kollecdə, özü təhsil aldığı məktəbə bağışladı. Grace Groner Fondu tələbələrin xaricdə təhsil və təcrübə keçmələrinə kömək edir.

    “Birdstown Qadınları”: İnvestisiya Əfsanələrinə Çevrilmiş Pensiyaçılar

    1983-cü ildə 16 qadın İllinoys ştatının Birdstown şəhərində investorlar klubunu təsis etdi. İştirakçıların orta yaşı 70 idi. Onlar arasında müəllim, çiçək dükanının sahibəsi və digər peşə sahibləri vardı.

    O dövrdə investisiyalardan az anlayırdılar, amma maliyyələrini daha yaxşı idarə etməyi öyrənmək istəyirdilər. On il sonra ABŞ-da “Birdstown Qadınları” adı ilə tanınmağa başladılar. Daha sonra qadınlar digər ölkələrdə də məşhur oldular. Pensiyaçılar investisiya məsləhətləri ilə beş kitab nəşr etdilər, bu kitablar bestseller oldu.

    “Birdstown Qadınları” 1984-1993-cü illərdə orta hesabla ildə 23.4% gəlir əldə etdiklərini və bazarı üstələdiklərini bildirdilər. Lakin jurnalistlər və auditorlar bu məlumatları yoxladılar və qeyri-dəqiq olduğunu aşkar etdilər. Həqiqi rəqəm isə 9.1% idi, bu da bazarın gəlirindən aşağıdır. 1983-1997-ci illər arasında yoxlanmış orta illik gəlir isə 15.3% təşkil etdi və Dow Jones indeksini üstələdi.

    Qadınların reputasiyası zədələnsə də, onlar investisiya etməyə davam etdilər. 2016-cı ilin sonunda onların 17 səhmdən ibarət portfeli $450 min dəyərində idi. “Birdstown Qadınları” klubu bu gün də mövcuddur, lakin əsasən təsisçilərinin varisləri qalıb.

    Kathy Wood: 57 Yaşında İşdən Ayrılıb Öz İnvestisiya Şirkətini Qurdu

    Kathy Wood 2001-ci ildən AllianceBernstein investisiya şirkətində investisiya üzrə direktor olaraq çalışırdı. Bir gün innovativ şirkətlərin səhmlərini ehtiva edən idarə olunan bir fond yaratmağı təklif etdi. AllianceBernstein bu təklifi bəyənmədi. 2008-ci il böhranından sonra investorlar indeks əsaslı passiv fondlara üstünlük verirdilər.

    Buna baxmayaraq, Wood öz ideyasına inanmaya davam etdi, təslim olmadı və riskə getdi – 2014-cü ildə işdən ayrıldı və öz işini açdı. ARK Invest adlı investisiya şirkətini qurdu, əsas ideyası isə inqilabi innovasiyalara sərmayə qoymaqdır. O, süni intellekt, robototexnika, genetika, blokçeyn və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə sərmayə yatırır.

    Üç il ərzində ARK Invest öz xərclərini qarşılamağı bacardı. Bloomberg məlumatlarına görə, fevral ayının ortasında Wood’un şirkəti $60 milyardlıq aktivləri idarə edirdi. Eyni ayda keçən il şirkətin portfeli $3.6 milyard dəyərində idi.

    Qadınların fond bazarında rolu getdikcə daha əhəmiyyətli bir yer tutur. Onların gətirdiyi yeni ideyalar, strateji yanaşmalar və risk idarəetmə metodları maliyyə bazarını daha inklüziv və dinamik edir. Gələcəkdə qadınların maliyyə sektorunda daha çox iştirakını təmin etmək üçün təhsil, dəstək və şəbəkə imkanlarını artırmaq vacibdir. Bu yolla, qadın investorlar daha geniş təsir imkanlarına malik olacaq və bazarda daha çox fərqlilik yaradacaqlar.

    Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ hakimiyyəti, İsveçrə mallarına qoyulan gömrük rüsumlarını azaltmağı planlaşdırır

    11 Noyabr 2025

    Trampın pul paylama planları Bitcoinin 845% bahalaşmasına səbəb ola bilər

    11 Noyabr 2025

    Nensi Pelosi siyasi karyerası ərzində ticarətdən 133 milyon dollardan çox qazanıb və onun gəlirliliyi Dow Jones indeksindən 17,000% yüksək olub

    11 Noyabr 2025

    ABŞ Senatı hökumətin yenidən açılmasını dəstəkləyib-Shutdown bitdi

    11 Noyabr 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.