Nike şirkəti internet saytı və mobil tətbiqi vasitəsilə Türkiyədə onlayn satışlarını dayandırıb.
GDP -nin məlumatına görə Bloomberg şirkətin bəyanatına istinadən yazır ki, buna səbəb Ankaranın xaricdən onlayn alış-veriş üçün gömrük rüsumlarını bu yaxınlarda artırması olub.
Qeyd: Bu həftə Türkiyədə yeni gömrük tədbirləri qüvvəyə minib. Avropa İttifaqında onlayn alınan mallara görə vergi dərəcəsi 20%-dən 30%-ə, digər ölkələrdə isə 30%-dən 60%-ə yüksəlib.