26 noyabr 2024-cü il tarixində Azərbaycanda ilk dəfə “Turan e-ticarət və e-ixraracat Forumu” keçiriləcək.
GDP xəbər verir ki,forumun keçirilməsində əsas məqsəd “Made in Turan” markalaşmasının ticarət dövriyyəsinin artırılması, türk dövlətləri markalarının dünya markasına çevrilməsidir.
Forumda dünyanın 16 ölkəsindən fərqli elektron ticarət platformalarının, investorların və iş adamlarının iştirakı planlaşmışdır. Dünyanın bu sahədə ən öncül təşkilatı olan Worldef təşkilatı forumun əsas tərəfdaşıdır.
Bildilir ki, “Made in Turan” markası türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək.