“LEDLINE” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə GDP-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Şirkət tərəfindən Sənaye Parkının 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa ediləcək.
İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.