PAŞA Holdinq Daşkənddə “The Ritz-Carlton Hotel” layihəsinin icrasına başlayıb.
GDP xəbər verir ki,holdinqin rəhbəri Mir Camal Paşayev bu günlərdə bununla bağlı Özbəkistana səfər edib.
Məlumata görə bu günlərdə PAŞA Holdinq ilə Marriott International, Inc. arasında PAŞA Holdinqin Özbəkistandakı ilk layihəsi ilə bağlı müqavilə imzalanıb.
Paytaxt Daşkənddə yerləşəcək “Ritz-Carlton” ölkənin ilk ultra-lüks oteli olacaq. Otelin 30 mərtəbədən çox, 140 otaq və üç fərqli restorandan ibarət binada yerləşməsi planlaşdırılır.
Layihənin növbəti mərhələsində eyni ərazidə yaşayış mənzillərinin və ticarət sahələrinin tikintisini əhatə edəcəyi gözlənilir.