Close Menu
    What's Hot

    Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?

    02 Oktyabr 2026

    Eynar Abdullayev “ePoint”in baş direktoru təyin edilib

    02 Oktyabr 2026

    20 min və 50 min manat: Elektron köçürmələrlə bağlı yeni qayda nəyi dəyişir?

    02 Oktyabr 2026
    Trending
    • Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?
    • Eynar Abdullayev “ePoint”in baş direktoru təyin edilib
    • 20 min və 50 min manat: Elektron köçürmələrlə bağlı yeni qayda nəyi dəyişir?
    • Mərkəzi Banka yeni baş direktor təyin edilib
    • Vaqif Hüseynov Afinada 10-dan çox şirkətlə əməkdaşlıq razılaşması əldə etdi
    • Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir
    • Dövlət Neft Fondu qlobal investisiya şirkəti olan “Brookfield” ilə Anlaşma Memorandumu imzalayıb
    • Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Eynar Abdullayev “ePoint”in baş direktoru təyin edilib

      02 Oktyabr 2026
      Recent

      Eynar Abdullayev “ePoint”in baş direktoru təyin edilib

      02 Oktyabr 2026

      20 min və 50 min manat: Elektron köçürmələrlə bağlı yeni qayda nəyi dəyişir?

      02 Oktyabr 2026

      Mərkəzi Banka yeni baş direktor təyin edilib

      02 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir

      01 Oktyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026

      Belarus ilk iki kriptobankı rəsmi qeydiyyata alıb

      28 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Dow Jones zəif enişə keçib, S&P 500 və Nasdaq yüksəlir

      01 Oktyabr 2026

      Brent neftinin qiyməti 97 dollara düşüb

      01 Oktyabr 2026

      Gümüşün qiyməti 61 dolları ötüb

      01 Oktyabr 2026

      Dollar son 1,5 ilin maksimumunu yeniləyib-bazarda FED-in faiz artımı gözləntiləri güclənir

      30 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026
      Recent

      “BakuBus” Qarabağ üçün Çin şirkətindən 19 ədəd yeni avtobus alır -3.4 milyon manatlıq müqavilə

      29 Sentyabr 2026

      “Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı

      29 Sentyabr 2026

      AZAL Naxçıvan reyslərini təxirə saldı

      28 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bu günün xəbərləri » Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?
    Bloq yazıları

    Transformasiya zamanı niyə yaxşı strategiyalar uğursuz olur?

    02 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Şirkətlərdə transformasiya başlayanda ilk növbədə strategiya hazırlanır. Yeni struktur, yeni biznes modeli, yeni texnologiyalar, yeni KPI-lar, yeni idarəetmə prinsipləri müəyyənləşdirilir. Bəzən aylarla davam edən araşdırmalar aparılır, xarici məsləhətçilər cəlb olunur və kifayət qədər ciddi sənədlər hazırlanır.

    Amma bir müddət sonra qəribə vəziyyət yaranır: strategiya kağız üzərində düzgündür, amma şirkətdə dəyişiklik baş vermir. Bəs problem haradadır? Çox vaxt əmma strategiyanın özündə deyil. Problem planların insanlara necə çatdırılmasında və necə həyata keçirilməsindədir. Strategiya yazmaq transformasiyanın başlanğıcıdır, özü deyil

    Rəhbərlik üçün transformasiya çox vaxt konkret və məntiqli görünür:

    – “Daha çevik olmalıyıq.”

    – “İdarəetməni peşəkarlaşdırmalıyıq.”

    – “Rəqəmsallaşmalıyıq.”

    – “Qərarverməni sürətləndirməliyik.”

    – “Yeni nəsil idarəetmə modelinə keçməliyik.”

    – Bütün bunlar məntiqli səslənir.

    Amma həmin qərarları həyata keçirməli olan əməkdaşların sualları olur:

    – Mənim işim necə dəyişəcək?

    – Mənim rolum əvvəlki kimi qalacaqmı?

    – Yeni sistemdə məndən nə gözlənilir?

    – İndiyə qədər etdiyim iş niyə artıq düzgün hesab olunmur?

    – Bu dəyişiklik mənim üçün nə deməkdir?

    Əgər rəhbərlik bu suallara cavab vermirsə, yaranan informasiya boşluğu çox tez şayiələr, ehtimallar və qorxularla doldurulur.

    Transformasiyanın görünməyən tərəfi

    İstənilən təşkilatda formal strukturla yanaşı, görünməyən bir sistem də mövcuddur.

    • Kim kiminlə necə danışır?

    • Qərarlar əslində necə qəbul olunur?

    • Kim şirkətdə qeyri-formal təsir gücünə malikdir?

    • İnsanlar rəhbərliyin qərarlarına nə qədər inanır?

    • İşçilər dəyişiklik haqqında həqiqətən nə düşünür?

    Bunlar strategiya sənədində həmişə görünmür. Amma transformasiyanın nəticəsini çox vaxt məhz həmin amillər müəyyən edir. Ona görə də dəyişikliyə başlamazdan əvvəl təkcə biznes proseslərini deyil, təşkilatın daxili kommunikasiya və münasibətlər sistemini də başa düşmək lazımdır.

    Müqavimət həmişə problem deyil

    Transformasiya zamanı rəhbərlik tez-tez belə deyir: “Əməkdaşlar dəyişiklik istəmir.” Bu yanaşma isə bəzən problemin özünü daha da böyüdür. Çünki müqavimətin müxtəlif səbəbləri ola bilər. Bəzən insan statusunu itirməkdən qorxur. Bəzən yeni sistemə hazır deyil. Bəzən dəyişiklik haqqında kifayət qədər məlumatı yoxdur. Bəzən isə illərlə formalaşdırdığı təcrübəsinin bir anda dəyərsizləşdirildiyini düşünür.

    Digər tərəfdən, müqavimətin təşkilatın maraqlarına uyğun olmayan şəxsi və ya qrup maraqlarından qaynaqlandığı hallar da ola bilər. Ona görə rəhbərliyin ilk reaksiyası “müqavimət göstərənləri dəyişmək” yox, müqavimətin səbəbini anlamaq olmalıdır.

    Bu situasiyanı kommunikasiya necə həll edir?

    Kommunikasiya sadəcə rəhbərliyin qərarlarını əməkdaşlara elan etmək deyil. Transformasiya zamanı kommunikasiya üç əsas suala cavab verməlidir:

    1. Nəyi dəyişirik?

    2. Niyə dəyişirik?

    3. Bu dəyişiklik işçilərə və şirkətə nə verəcək?

    Amma bununla da bitmir. Kommunikasiya həm də rəhbərliyə təşkilatın reaksiyasını göstərməlidir. Yəni, kommunikasiya yalnız mesaj ötürən deyil, həm də əks əlaqəni quran mexanizm olmalıdır. Əgər rəhbərlik ancaq danışır, qarşı tərəfləri dinləmirsə bu artıq transformasiya kommunikasiyası deyil.

    Strategiyanın taleyini rəhbərliyin davranışı müəyyən edir

    Ən yaxşı hazırlanmış transformasiya strategiyası da rəhbərliyin özü bu dəyişikliklərə hazır deyilsə, uğursuz ola bilər.

    1. Əgər rəhbərlik çeviklikdən danışır, amma bütün qərarlar yenə də bir nəfərin təsdiqindən asılıdırsa;

    2. Əgər şirkət şəffaflıqdan danışır, amma əməkdaşlar əsas qərarları şayiələrdən öyrənirlərsə;

    3. Əgər innovasiyadan danışılır, amma yeni fikir söyləyən əməkdaş cəzalandırılırsa;

    Bu hallarda problem artıq strategiyada deyil. Məsələ strategiya ilə real idarəetmə davranışı arasındakı uyğunsuzluqdadır.

    Transformasiyanın ən vacib sualı

    Məncə, rəhbərlik transformasiyaya başlayarkən yalnız “Nəyi dəyişəcəyik?” sualını verməməlidir. Daha vacib sual budur: “İnsanları bu dəyişikliyə necə hazırlayacağıq?” Çünki strategiyanı rəhbərlik hazırlaya bilər, amma transformasiyanı insanlar həyata keçirir. Buna görə də böyük şirkətlərdə transformasiya yalnız biznes, HR və ya IT layihəsi kimi qəbul edilməməlidir. Bu, eyni zamanda kommunikasiya layihəsidir.

    Düzgün strategiya dəyişiklik üçün istiqamət verir.

    Düzgün kommunikasiya isə insanlara həmin istiqamətdə hərəkət etməyə kömək edir. Və bəzən yaxşı strategiyanın uğursuzluğunun səbəbi onun pis olması deyil. Sadəcə insanlar həmin strategiyanın niyə lazım olduğunu, tranformasiya ilə birlikdə nələrin dəyişəcəyini və özlərinin bu dəyişiklikdə hansı rolu oynayacağını anlamırlar. Məhz buna görə transformasiya yalnız “nə edəcəyik?” sualından başlamamalıdır. “İnsanları buna necə hazırlayacağıq?” sualı da strategiyanın bir hissəsi olmalıdır.

    Müəllif: Vüqar Baba (Strateji kommunikasiya eksperti)

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Holdinqlərdə transformasiya: “atalar və oğullar” dilemması necə həll edilə bilər?

    25 Sentyabr 2026

    Trilyonluq maliyyə tələsi: Yapon yeni niyə dünya bazarlarını silkələyə bilər?

    19 Sentyabr 2026

    Türkiyə kapital bazarında böhran və bizim üçün çıxarılmalı dərslər

    18 Sentyabr 2026

    Bank sektorunda birləşmə və reputasiya riskləri: “Bank Respublika” – “AccessBank” sövdələşməsinin strateji kommunikasiya təhlili

    14 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.