Bakı şəhərində mənzil qiymətlərində artım davam etsə də, bahalaşmanın tempi son illərdə zəifləyib.
GDP xəbər verir ki, bu barədə ABB-nin “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili – V buraxılış” hesabatında məlumat verilib.
Hesabatda yer alan məlumata görə ,ilkin bazarda illik qiymət artımı 2022–2023-cü illərdə 22,7%, 2023–2024-cü illərdə 13,9%, 2024–2025-ci illərdə isə 8,7% təşkil edib. Təkrar bazarda artım müvafiq olaraq 19%, 14,9% və 10% olub.
Müəllif: Aynur Qəniyeva

