Ölkəmizdə keçirilən AIIF-2024 (Azərbaycan Beynəlxalq Sığorta Forumu – Azerbaijan International Insurance Forum) tədbirinin “Bancassurance” panelində yerli və xarici həmkarlarımızla fikir mübadiləsi apardıq.
GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin Sədri Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Sığorta Forum”u barədə bildirib.
O qeyd edib “Bank və sığorta sektorları arasında mümkün sinerji imkanlarını nəzərdən keçirdik. Mövcud perspektivləri dəyərləndirməyə çalışdıq. 7 növ sığorta məhsulu və investisiya həllərini müştərilərimiz üçün əlçatan edən uğurlu rəqəmsal biznes modelimiz barədə fikirlərimizi də bölüşdük”
Abbas İbrahimov bildirib: “ABB-nin maliyyə ekosistemi yaratmaq hədəflərinə doğru bundan sonra da tərəfdaşlarımızla birgə irəliləyəcəyik.”