ABŞ fond indeksləri çərşənbə axşamı ticarət sessiyasının əvvəlində ucuzlaşır.
GDP xəbər verir ki, bazarlara əsas təzyiq neft qiymətlərinin iyul ayından bəri ən yüksək səviyyəyə qalxması ilə bağlıdır. Buna səbəb Tehranın Hörmüz boğazını tam bağlamaqla hədələməsi, eləcə də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar barədə yayılan xəbərlərdir.
Mövcud vəziyyət Fars körfəzi ölkələrindən neft tədarükünün azalacağı ilə bağlı narahatlıqları artırıb.
Enerji sektorunda isə artım qeydə alınıb Chevron Corp. səhmləri 1,3%, Exxon Mobil səhmləri 0,7% bahalaşıb.
İnvestorların diqqəti bu həftə ABŞ-da avqust ayı üzrə inflyasiya göstəricilərinə yönəlib. İstehlak qiymətləri ilə bağlı hesabat cümə günü açıqlanacaq.
Məlumatların gələn həftə keçiriləcək iclasda ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarına təsir göstərə biləcəyi gözlənilir.
Trading Economics-in təqdim etdiyi konsensus proqnoza əsasən, avqustda illik inflyasiyanın 3,4% səviyyəsində qalacağı gözlənilir.
Dow Jones – 0,96% azalaraq 52 903,12 bənd
S&P 500 – 0,37% azalaraq 7 690,21 bənd
Nasdaq – 0,41% azalaraq 26 398,31 bənd

