ABŞ və Çin ümumilikdə 60 milyard dollar dəyərində mallara tətbiq olunan gömrük rüsumlarını azaldacaq
GDP xəbər verir ki, siyahıya ABŞ istehsalı olan ərzaq məhsulları və Çindən idxal edilən məişət malları daxil edilib.
Çin ABŞ-dan idxal olunan qarğıdalı, buğda, sorqo, ət, süd məhsulları, balıq və dəniz məhsulları, həmçinin ağac materialları, kosmetika və tibbi məmulatlara tətbiq edilən gömrük rüsumlarını azaltmaq istəyir.
ABŞ isə Çindən idxal olunan qəhvəbişirənlər, tosterlər, qab-qacaq, yorğanlar, yataq dəstləri və oyuncaqlar, eləcə də uşaq avtomobil oturacaqları və bayram bəzəkləri üçün gömrük rüsumlarını azaltmağı təklif edir.
Hər bir ölkə təxminən 30 milyard dollar dəyərində idxala tətbiq olunan rüsumları azaldacaq. Çin Ticarət Nazirliyinin məlumatına görə, razılaşdırılmış siyahılardakı malların 90 faizindən çoxu əlavə qarşılıqlı gömrük rüsumlarından azad ediləcək.
Yeni tariflərin nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.

