Süni intellekt sahəsində rəqabət getdikcə gərginləşir. Anthropic şirkətinin birjadan kənar bazarda (over-the-counter) bazar dəyəri son günlərdə kəskin artaraq 1,4 trilyon dollara çatıb.
GDP xəbər verir ki, bu, cəmi 24 gün ərzində 40 faizlik artım deməkdir.
2025-ci ilin oktyabrından bəri Anthropic-in dəyəri 1067 faiz yüksəlib. Analitiklərin fikrincə, şirkətin növbəti maliyyələşdirmə raundunda gözlənilən qiymətləndirmə hazırkı lider OpenAI-in dəyərini üstələyə bilər.

