“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının növbədənkənar iclası keçirilib.
İclas çərçivəsində bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qəbul edilən qərara əsasən, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının tərkibində dəyişiklik edilib.
Belə ki, “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Rəşid oğlu Əhmədov Himayəçilər Şurasının yeni üzvü təyin olunub.
Elçin Əhmədov bu vəzifədə Azər Əmiraslan oğlu Əliyevi əvəz edib.

