Close Menu
    What's Hot

    Əmanətlərin Sığortalanması Fondu yanlış məlumatlarla bağlı açıqlama yayıb

    25 Sentyabr 2026

    Holdinqlərdə transformasiya: “atalar və oğullar” dilemması necə həll edilə bilər?

    25 Sentyabr 2026

    “Atəşgah”ın rəhbəri İcbari Sığorta Bürosunda yeni vəzifəyə təyin olunub

    25 Sentyabr 2026
    Trending
    • Əmanətlərin Sığortalanması Fondu yanlış məlumatlarla bağlı açıqlama yayıb
    • Holdinqlərdə transformasiya: “atalar və oğullar” dilemması necə həll edilə bilər?
    • “Atəşgah”ın rəhbəri İcbari Sığorta Bürosunda yeni vəzifəyə təyin olunub
    • Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”
    • Sahil Babayev: Azərbaycan 2030-cu ilədək büdcənin neft gəlirlərindən asılılığını 30 faizə endirməyi hədəfləyir
    • İlham Əliyev “BlackRock”un strukturuna daxil olan GIP rəhbərini qəbul edib: investisiya əməkdaşlığının perspektivləri müzakirə olunub
    • Bankların sayı azaldı, sektor böyüdü: mənfəət 22,65%, manatla əmanətlər 24,98% artdı, kredit portfeli 32,8 milyard manatı keçdi
    • Özbəkistandan Azərbaycana yeni investisiyalar gəlir – Nazir perspektivli sahələri açıqladı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Əmanətlərin Sığortalanması Fondu yanlış məlumatlarla bağlı açıqlama yayıb

      25 Sentyabr 2026
      Recent

      Əmanətlərin Sığortalanması Fondu yanlış məlumatlarla bağlı açıqlama yayıb

      25 Sentyabr 2026

      Bankların sayı azaldı, sektor böyüdü: mənfəət 22,65%, manatla əmanətlər 24,98% artdı, kredit portfeli 32,8 milyard manatı keçdi

      25 Sentyabr 2026

      Azərbaycanda bankların aktivləri 62,5 milyard manata çatıb

      25 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      Nərmin Bayramlı:“Bakı Fond Birjasının tarif strukturundakı dəyişiklik repo bazarının müddət bölgüsünə təsir edib”

      22 Sentyabr 2026

      Azərbaycanda 5 ildən uzunmüddətli istiqrazların həcmi 5 milyard manata çatıb

      22 Sentyabr 2026

      Nərmin Bayramlı:”SOCAR istiqrazlarının bazardan çıxması korporativ qiymətli kağızlarla repo əməliyyatlarını azaldıb”

      22 Sentyabr 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026

      Brent neftinin qiyməti 98 dollardan aşağı düşüb – İran Hörmüz boğazını açmağa hazırdır

      22 Sentyabr 2026

      Brent nefti 2%-dən çox ucuzlaşdı

      21 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      “Brent” neftinin qiyməti 108 dolları ötüb

      24 Sentyabr 2026

      Brent neftinin qiyməti bir barel üçün 101,64 dollara yüksəlib

      23 Sentyabr 2026

      Brent neftinin qiyməti 98 dollardan aşağı düşüb – İran Hörmüz boğazını açmağa hazırdır

      22 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Sahil Babayev: Azərbaycan 2030-cu ilədək büdcənin neft gəlirlərindən asılılığını 30 faizə endirməyi hədəfləyir

      25 Sentyabr 2026
      Recent

      Sahil Babayev: Azərbaycan 2030-cu ilədək büdcənin neft gəlirlərindən asılılığını 30 faizə endirməyi hədəfləyir

      25 Sentyabr 2026

      Bakcell-də hədiyyə mövsümü başladı

      24 Sentyabr 2026

      Maliyyə Nazirliyi dövlət müəssisələrinin monitorinqini genişləndirir: say 10-dan 22-yə çatıb

      23 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Holdinqlərdə transformasiya: “atalar və oğullar” dilemması necə həll edilə bilər?
    Bloq yazıları

    Holdinqlərdə transformasiya: “atalar və oğullar” dilemması necə həll edilə bilər?

    25 Sentyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycanın iri holdinqlərində son illər mühüm proses gedir: 1990–2000-ci illərin biznes reallıqları və idarəetmə təcrübəsi ilə qurulmuş şirkətlər müasir korporativ idarəetmə modelinə keçməyə çalışırlar. Bu transformasiyanın mühüm hissəsi isə birinci nəsildən ikinci nəslə idarəetmə keçididir.

    Burada klassik “atalar və oğullar” dilemması ortaya çıxır. Şirkəti qurmuş nəsil uzun illər ərzində formalaşdırdığı idarəetmə modelinə, münasibətlər sisteminə və qərarvermə üsullarına güvənir. Gənc idarəçilər isə daha sistemli, institusional, data əsaslı və beynəlxalq təcrübəyə uyğun idarəetmə modelinə keçmək istəyir. Məncə, burada əsas problem nəsillərin fərqli düşünməsində deyil. Əsas problem fərqli idarəetmə fəlsəfələrinin eyni qurumda necə uzlaşdırılmasındadır.

    Transformasiyaya ən böyük müqavimət haradan gəlir?

    Uzun illər şirkətdə çalışan əməkdaşların bir hissəsi dəyişikliklərə müqavimət göstərə bilər. Bu müqaviməti yalnız “köhnə düşüncə” və ya “komfort zona”d ilə izah etmək düzgün deyil. Çünki dəyişiklik işçinin statusuna, səlahiyyətlərinə, gələcəyinə və şirkətdəki mövqeyinə toxunur.

    Yeni struktur qurulur, vəzifələr dəyişir, qərarvermə mexanizmləri yenilənir, əvvəlki qeyri-formal münasibətlər sistemi zəifləyir. Təbii olaraq müəyyən narahatlıq yaranır.

    Amma burada rəhbərliyin qarşısında iki fərqli vəzifə dayanır: real narahatlığı anlamaq və dəyişiklikdən şəxsi maraqlarına görə narahat olan müqavimət qruplarını bir-birindən ayırmaq. Bu nüansları çeşidləmədən aparılan transformasiya çox vaxt daxili konfliktlərə çevrilir.

    Əsas problem bəzən idarəetmədə yox, kommunikasiyada olur

    Transformasiya zamanı rəhbərlik çox vaxt yeni strukturu, vəzifələri və qaydaları elan etməklə kifayətlənir.

    Amma əməkdaş üçün əsas suallar başqadır:

    Niyə dəyişirik? Mənim rolum necə dəyişəcək? Şirkətin gələcəyi necə olacaq? Mənim təcrübəm nəzərə alınacaqmı? Yeni sistem necə işləyəcək? Yeni qaydalar mənim xeyrimədir, yoxsa ziyanıma?

    Bu suallar cavabsız qalanda informasiya boşluğu yaranır. Bu boşluğu isə adətən şayiələr, fərziyyələr və qeyri-rəsmi söhbətlərlə doldurulur. Ona görə transformasiya kommunikasiyası sadəcə “işçiləri məlumatlandırmaq” deyil. Bu, dəyişiklik prosesinin özünün idarə olunmasının bir hissəsidir.

    Rəhbərlik üçün 5 əsas sual

    Mən iri şirkətlərdə transformasiya prosesini qiymətləndirərkən rəhbərliyin ilk növbədə aşağıdakı suallara cavab verməsinə çalışıram:

    1. Biz nəyi və niyə dəyişirik?

    Məqsəd aydın deyilsə, insanlar dəyişiklikdən çox onun nəticələrindən qorxacaqlar.

    1. Rəhbərlik daxilində vahid mövqe varmı?

    Təsisçi, yeni nəsil rəhbər və idarəetmə komandası fərqli mesajlar verirsə, transformasiya zəifləyir.

    1. Köhnə təcrübənin hansı hissəsi qorunmalıdır?

    Transformasiya keçmişi silmək deyil. Şirkətin illərlə qazandığı təcrübə ilə yeni idarəetmə prinsipləri arasında balans qurulmalıdır.

    1. İşçilərin müqavimətinin səbəbi nədir?

    Hər müqavimət eyni deyil. Bəzən problemlər qorxudur, bəzən kommunikasiya çatışmazlığı, bəzən isə real maraq toqquşması.

    1. Böhran yaranarsa nə edəcəyik?

    Transformasiyanın özünün böhrana çevrilməsi ehtimalı əvvəlcədən nəzərə alınmalıdır.

    Transformasiya kommunikasiya planı ilə başlamalıdır

    Mənim yanaşmama görə, iri holdinqlərdə transformasiya başlamazdan əvvəl kommunikasiya auditi və maraqlı tərəflərin təhlili aparılmalıdır.

    Kim dəyişiklikdən təsirlənəcək? Kim onu dəstəkləyə bilər? Kim müqavimət göstərə bilər? Hansı mesaj kimə və hansı kanalla çatdırılmalıdır? Rəhbərlik hansı suallara cavab verməlidir?

    Daha sonra vahid mesaj arxitekturası, daxili kommunikasiya planı, rəhbər kommunikasiyası və mümkün böhran ssenariləri hazırlanmalıdır. Burada kommunikasiya funksiyasının rolu yalnız press-reliz və daxili elan hazırlamaq olmamalıdır. Kommunikasiya rəhbərliyə təşkilatın dəyişikliklərə reaksiyasını anlamaqda və reputasiya risklərini idarə etməkdə dəstək olmalıdır.

    Transformasiyanın əsas məqsədi nə olmalıdır?

    Məsələ nəsillərin bir-birini əvəz etməsi deyil. Əsas məqsəd şirkətin şəxslərdən asılı idarəetmə modelindən daha institusional və davamlı idarəetmə sisteminə keçməsidir. Yeni nəsil rəhbərlik əvvəlki nəslin bütün yanaşmalarını rədd etməməli, əvvəlki nəsil də yeni yanaşmaları yalnız “köhnə sistemə qarşı çıxış” kimi qəbul etməməlidir. Çünki transformasiyanın qalibi nə “atalar”, nə də “oğullar” olmalıdır. Qalib şirkətin özü olmalıdır.

    Mənim 20 illik kommunikasiya təcrübəmdə gördüyüm əsas nəticələrdən biri budur: böyük təşkilatlarda dəyişiklik yalnız düzgün strategiya ilə başlamır. Onun davamlı olması üçün insanlar dəyişiklik prosesini anlamalı, rəhbərlik vahid mövqedən çıxış etməli və kommunikasiya bu prosesin ayrılmaz hissəsinə çevrilməlidir. Əks halda ən yaxşı transformasiya planı belə bir müddət sonra yarımçıq qala bilər. Çünki transformasiyada struktur dəyişir, amma onu insanlar həyata keçirir.

    Müəllif: Vüqar Baba, Strateji Kommunikasiya eksperti

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Trilyonluq maliyyə tələsi: Yapon yeni niyə dünya bazarlarını silkələyə bilər?

    19 Sentyabr 2026

    Türkiyə kapital bazarında böhran və bizim üçün çıxarılmalı dərslər

    18 Sentyabr 2026

    İraq 2027-ci il büdcəsində neftin qiymətini 53–56 dollar götürməyi planlaşdırır

    16 Sentyabr 2026

    Forbes: “Tramp 2024-cü il seçkilərində qələbəsindən sonra sərvətini 2,7 milyard dollar artırıb”

    16 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.