- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
Author: Aynure Gdp
ABŞ-ın Səhiyyə naziri kiçik Kennedi, Ukrayna prezidenti Volodimir Zelenskiyə açıq məktub göndərərək bildirib ki, Birləşmiş Ştatlar artıq müharibələrə pul xərcləmək istəmir. GDP xəbər verir ki, Kennedi, Amerikanın xalqının artıq vergi dollarlarının sonsuz müharibələri maliyyələşdirməsini qəbul etməyəcəyini vurğulayaraq, Ukraynada davam edən müharibənin dayandırılmasını tələb edib. “Əziz Zelenski, Amerikanın xalqı artıq heç bir şəkildə əziyyətlə qazanılmış vergi dollarlarının sonsuz müharibələri maliyyələşdirməsini qəbul etməyəcək. Biz bu sonsuz müharibələrin dayandırılmasını tələb edirik. Sülh vaxtıdır! Sonsuz maliyyələşdirmə bitdi!” — deyə Kennedi X platformasında yazdığı məktubda qeyd edib. Bu müraciət, ABŞ-da müharibələrə ayrılan maliyyənin məhdudlaşdırılması ilə bağlı artan müzakirələrin və təzyiqlərin bir hissəsi olaraq qəbul edilir.…
Braziliya hökuməti çərşənbə axşamı OPEC+ təşkilatına qoşulma qərarını təsdiqləyib. GDP xəbər veroir ki, bu addım, ölkənin qlobal neft istehsalında əhəmiyyətli mövqeyini gücləndirərək onu daha da önəmli bir neft istehsalçısına çevirməkdədir. Braziliyanın bu addımı, 2025-ci ilin noyabr ayında BMT-nin keçiriləcək illik iqlim zirvəsinə 9 ay qalmış atılıb. Braziliya, dünya üzrə yeddinci ən böyük neft istehsalçısı olaraq, gündəlik təxminən 4,3 milyon barel neft istehsal edir ki, bu da dünya üzrə ümumi istehsalın 4%-ni təşkil edir. OPEC+ təşkilatına qoşulmaqla, Braziliya neft bazarını daha da stabilizasiya etməyə və qiymətlərin idarə olunmasına töhfə verəcək. OPEC+ təşkilatı 12 üzv ölkə ilə yanaşı, 10 digər böyük neft…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində keçirilən CEME2025 konfransında çıxış edərək ölkədə tətbiq olunan yeni pul siyasəti və əldə edilən nəticələr barədə məlumat verib. “Ənənəvi mərkəzi bankçıların effektiv olmayacağını düşündüyü faiz kanalından istifadə edərək bu mərhələdə, xüsusən də maliyyə inklüzivliyinin artırılması baxımından uğurlu nəticələr əldə etdik”, – deyə Mərkəzi Bank sədri bildirib. Kazımovun sözlərinə görə, 2022-ci ilin sentyabr ayından etibarən tamamilə yeni pul siyasəti tətbiq edilməyə başlanılıb və ilk dəfə olaraq ölkədə pul bazarı yaradılıb: “Maliyyə sektorunun miqyasını nəzərə alsaq, pul bazarının kifayət qədər dərin olduğunu söyləyə bilərik”. Mərkəzi Bank sədrinin sözlərinə görə, Azərbaycanda ilk dəfə…
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) İtaliyanın yüksək sürətli dəmir yolu operatoru “Italo” şirkətinə 34,5 milyon avro həcmində investisiya yatırıb. GDP xəbər verir ki, İnvestisiya “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners (GIP)” tərəfindən idarə olunan fond vasitəsilə həyata keçirilib. 2012-ci ildə təsis edilmiş “Italo” İtaliyanın ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatorudur. Şirkət hazırda “25 AGV 575” və “26 Italo EVO” qatarlarından ibarət parkı ilə ölkənin 54 şəhərini birləşdirən marşrutlarda, o cümlədən Milan-Roma dəhlizində xidmət göstərir. Qatarlar saatda 360 kilometrə qədər sürət yığa bilir. 2024-cü ildə “MSC” şirkəti “Italo”nun təxminən 50 faiz səhmini “GIP”dən alıb. Qalan 50…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Əl-Ula şəhərində keçirilən konfrans çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüş keçirib. “Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik”, – deyə Taleh Kazımov qeyd edib. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sosial şəbəkə hesabında paylaşılıb.
Cashback — alış-verişlərə görə mükafatdır. Bu, banklar, mağazalar və müxtəlif xidmətlər tərəfindən təqdim olunan loyallıq proqramının bir hissəsidir. Məsələn, əgər debet və ya kredit kartı ilə kassada ödəniş etsəniz, bank ümumi sərf etdiyiniz məbləğin 1-5%-ni geri qaytarır. Beləliklə, biznes müştəriləri cəlb edir, onları müəyyən məhsul və xidmətləri almağa və kartla ödəməyə təşviq edir. Cashback nədir?İngilis dilində “cashback” sözünün tərcüməsi “nağd pulun geri qaytarılması” deməkdir. Lakin, praktikada mükafat nağd deyil, kartla geri ödənilir — məsələn, bonuslar şəklində. Cashback mağazalar, aviaşirkətlər və müxtəlif xidmətlər tərəfindən təklif olunur, lakin ən çox banklarla əlaqələndirilir. Kartlarla ödəniş etdikdə, online və ya kassada alış-verişin bir hissəsini…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Al Ula şəhərində keçirilən CEME2025 konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səud Əl-Tani ilə görüşüb. GDP xəbər verir ki,görüş zamanı tərəflər iki ölkənin mərkəzi bankları arasında mövcud əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyətini müzakirə ediblər. Həmçinin, əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi imkanları nəzərdən keçirilib. Qeyd edək ki, AlUlaCEME2025 konfransı mərkəzi banklar arasında regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır.
Unibank rəhbəri açıqlayıb ki, əlaqələndirilmiş maliyyə bankçılığın gələcəyidir GDP xəbər verir ki, Unibank ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Azərbaycan Banklar Assosiasiyalarının təşkil etdiyi Maliyyə Forumu 2025-də əlaqələndirilmiş maliyyənin bank sektorunun gələcəyindəki rolundan danışıb. Abuşov bildirib ki, bankçılıq artıq ayrıca bir sənaye kimi deyil, biznes və gündəlik müştəri təcrübələrinə inteqrasiya olunan bir sistem kimi inkişaf edir. O, buna misal olaraq taksi xidmətlərində tətbiq olunan avtomatik ödəniş sistemlərini göstərib. Unibank rəhbərinin sözlərinə görə, bu transformasiyanı API-lər, smartfonların geniş yayılması, Banking-as-a-Service (BaaS) üçün yaradılan yeni tənzimləmə imkanları və inkişaf etmiş ödəniş infrastrukturu dəstəkləyir. “Qlobal miqyasda Amazon Almaniya və eBay kimi nəhəng şirkətlər…
