- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, İslam İnkişaf Bankının (IsDB) prezidenti Muhammad Al Jasser ilə görüşərək, İslam maliyyəsi və Sukuk emissiyası sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. GDP xəbər verir ki, görüşdə Dr. Al Jasser, İslam İnkişaf Bankının Azərbaycanın İslam maliyyəsi çərçivəsini daha da gücləndirmək və texniki dəstək potensialını artımasını bir daha vurğulayıb. O, Azərbaycanın İslam İnkişaf Bankının Sukuk-larına etdiyi investisiyaları yüksək qiymətləndirib və bu ilin Sukuk emissiyalarında Azərbaycanın iştirakını davam etdirməsinin önəmini qeyd edib. Görüşdə tərəflər arasında İslam maliyyəsinin inkişafı və regional iqtisadiyyatın gücləndirilməsi sahəsində daha dərin əməkdaşlıq perspektivləri gündəmə gəlib.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Səudiyyə Ərəbistanının Al Ula şəhərində keçirilən Al Ula CEME 2025 (Conference on Economic and Monetary Evolution) tədbirində “İnkişaf etməkdə olan Bazarlarda Maliyyə Sisteminin Dayanıqlılığı” adlı paneldə çıxış edib. GDP xəbər verir ki, çıxışı zamanı, cənab Kazımov rəqəmsal aktivlərin, xüsusilə kriptovalyutaların istifadəsinin artdığını vurğulayıb və bildirib: “Biz artıq rəqəmsal aktivlərin istifadəsinin, xüsusilə kriptovalyutaların artdığını görürük. Bu, rəqəmsal aktivlərə dair tənzimləmələrin sürətləndirilməsini zəruri edir.” O, əlavə edib ki, son 3 ildə tənzimləmə və uyğunluq sahəsində böyük irəliləyişlər əldə olunub: “Tənzimləyici mühitdə müəyyən dəyişikliklər baş verdi və biz burada bunu açıq şəkildə müşahidə edirik. Əlbəttə, biz iqtisadi…
Qızılın gözəlliyi və nadirliyi min illər boyu ona olan tələbatı dəstəkləyib. Bundan əlavə, qeyri-müəyyənlik dövrlərində qiymətli metal qoruyucu aktiv kimi çıxış edir. GDP xəbər verir ki, analitiklər nəzəri olaraq Yer kürəsinin hər bir sakininə nə qədər qızıl düşdüyünü hesablayıblar. Bunun üçün onlar 244 min ton (artıq çıxarılmış qızıl və kəşf edilmiş ehtiyatlar) miqdarını planetin əhalisinə (8 161 972 572 nəfər) bölüblər. Nəticədə, hər bir insana təxminən 30 qram qiymətli metal (yəni təxminən 1 troya unsiyası) düşüb ki, bu miqdardan təxminən altı üzük hazırlamaq mümkündür. Lakin qızıl yalnız zinət əşyalarının istehsalı üçün istifadə olunmur. Məsələn, dünyanın mərkəzi bankları onu ehtiyatlarında saxlayır və bu sahədə lider 8 min…
ABŞ fond bazarları həftəni əsasən artımla başa vurdu: Nasdaq Composite 2.58% yüksəldi. İlin yalnız ikinci dəfədir ki, “artım” səhmləri “dəyər” səhmlərini üstələdi. Cümə axşamı, Prezident Tramp qlobal miqyaslı rüsumları ləğv edərək bunun əvəzinə 1 aprelədək “qarşılıqlı rüsumlar”la bağlı fərman imzaladı. Bu, dərhal tətbiqi təxirə salıb danışıqlara vaxt tanıyır.Yanvar inflasiya (CPI) göstəricisi aylıq 0.5%, illik 3.0% artdı. Əsas CPI (Core) 0.4% yüksəldi. İstehsalçı qiymətləri indeksi də proqnozu üstələdi. FED Sədri Cerom Pauell inflyasiyanın hədəfdən yuxarı olduğunu bildirdi. 10 illik istiqrazların gəlirliliyi 4.66%-ə çatsa da, sonradan AvropaSTOXX Europe 600 1.78% artaraq rekorda çatdı. Müsbət mənfəət hesabatları və Ukrayna-Rusiya münaqişəsində diplomatik irəliləyişə ümidlər bazarı dəstəklədi. Böyük…
CFI Financial Group-un Azərbaycan bazarına daxil olmasını həm şirkət, həm də yerli bazar üçün mühüm bir dönüş nöqtəsi adlandırmaq olar. Bu addım, yalnız Azərbaycanın maliyyə sektorunun inkişafını dəstəkləmək məqsədi daşımır, həm də ölkənin qlobal miqyasda iqtisadi və ticarət mərkəzi kimi mövqeyini gücləndirməyi hədəfləyir. CFI-nin təcrübəsi, qabaqcıl texnologiyaları və qlobal brend imici, Azərbaycanın maliyyə bazarında yeni imkanlar yaradacaq və eyni zamanda bazar dinamikalarını dəyişdirəcək. CFI Financial Group-un texnoloji üstünlükləri və rəqabət : CFI-nin təqdim etdiyi süni intellekt əsaslı ticarət alətləri, sıfır-pip spredlər və komissiyasız ticarət şərtləri yerli bazarda böyük rəqabət yaradacaq. Azərbaycan treyderləri və investorları üçün bu xüsusiyyətlər cəlbedici olacaq, çünki CFI, dünya səviyyəli ticarət platformaları təklif…
Tayvanın fond bazarı cümə günü ABŞ prezidenti Donald Trampın Tayvanı ABŞ-ın yarımkeçirici sənayesini əlindən almaqda ittiham etməsindən sonra TSMC-nin (Tayvan Yarımkeçirici İstehsalat Şirkəti) səhmlərinin düşməsi ilə geriləyib. Tayvan Fond Birjasının kapitalizasiya ilə çəkiyə əsaslanan indeksi olan TAIEX 246,8 bənd enərək 23,152.61 səviyyəsində bağlanıb. Dövriyyə 12,2 milyard dollar olub. Kabel və polad sənayesi səhmləri müvafiq olaraq 5,29% və 3,3% artıb. Yarımkeçirici sənaye səhmləri 2,15% azalıb, maliyyə sektoru isə 0,26% enib. Qeyd edək ki, TSMC, Tayvanın iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və qlobal yarımkeçirici bazarında lider mövqeyə malikdir. Bu səbəbdən, TSMC-nin səhmlərinin qiymətləri dünya maliyyə bazarlarında böyük diqqət mərkəzindədir. TSMC özünün…
ABŞ və Belarus arasında sanksiyaların yüngülləşdirilməsi ilə bağlı böyük bir razılaşma müzakirə edilir. GDP xəbər verir ki, məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko, ABŞ-ın Belarus banklarına və kalium ixracına qoyduğu sanksiyaları qaldırmaq və ya yüngülləşdirmək müqabilində bir çox siyasi məhbusu azad etməyə hazırdır. Bu müzakirələr, ABŞ diplomatı Kristofer Smitin Belarusda keçirdiyi son səfər zamanı aparılıb. Səfər zamanı Smitə üç məhbus təqdim edilib: bir amerikalı və iki belaruslu. Məlumatlara görə, bu mübadilə ABŞ və Belarus arasındakı sanksiyaların yüngülləşdirilməsi ilə bağlı gələcək razılaşma üçün bir addım olaraq qiymətləndirilir. Kalium ixracı, Belarus üçün mühüm iqtisadi əhəmiyyətə malikdir, və bu razılaşma ölkənin iqtisadiyyatını müsbət…
Almaniyanın məşhur sənaye nəhəngi Thyssenkrupp, ABŞ Prezidenti Donald Trump tərəfindən tətbiq olunan polad tariflərinin Avropada artıq mövcud olan istehsal gücü problemini daha da dərinləşdirə biləcəyini xəbərdar edib. GDP xəbər verir ki, şirkət, əlavə vergilərin ixracın azalmasına və bazarın Çin istehsalçıları ilə doldurulmasına səbəb olacağını bildirib. Thyssenkrupp-un polad istehsalı bölməsi, Avropadakı avtomobil istehsalının azalması ilə əlaqədar olaraq tələbin enməsi ilə ciddi zərər görüb. Şirkət, bu ilin noyabr ayında Duyssburqdakı polad istehsalı bölməsində 11 min işçinin işdən çıxarılacağını açıqlamış və istehsal gücünü təxminən dörddə bir nisbətində azaldacağını bildirmişdi. Bu addım, şirkətin ümumi xərcləri azaltmaq və səmərəliliyi artırmağı hədəfləyib. Son iki ildə Thyssenkrupp,…
