Author: Aynure Gdp

Britaniya-Hollandiya neft və qaz şirkəti Shell, 2024-cü ilin dördüncü rübündəki xalis mənfəətini əvvəlki rübdən 39% azaldıb ki, bu da analitiklərin gözləntisindən aşağıdır. GDP xəbər verir ki,şirkətin xalis mənfəəti oktyabr-dekabr aylarında əvvəlki rübdəki 6,03 milyard dollarla müqayisədə 3,66 milyard dollar təşkil edib. Şirkətin özü tərəfindən təqdim edilən ekspertlərin konsensus proqnozu 4,1 milyard dollara bərabər idi. Xalis EBITDA əvvəlki rübdəki 16,01 milyard dollardan 14,28 milyard dollara düşüb. Neft və qaz nəhənginin hesabatında deyilir ki, xalis mənfəət iyul-sentyabr aylarında 4,29 milyard dollarla müqayisədə 928 milyon dollar təşkil edib. Shell, növbəti rüblük hesabat dərc olunana qədər 3,5 milyard dollarlıq səhmlərin geri alınması proqramını həyata…

Read More

Xalis xarici aktivlər yanvar-noyabr ayları arasında 24559.4 milyon manatdan 27186.9 milyon manata yüksələrək 2627.5 milyon manat və ya 10.7% artıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki,dekabr ayında isə bu göstərici 26610.1 milyon manata enərək ilin əvvəli ilə müqayisədə 2050.7 milyon manat və ya 8.4% artım nümayiş etdirib. Xalis daxili aktivlər yanvar-noyabr dövrü ərzində 20339.2 milyon manatdan 17504.9 milyon manata enərək 2834.3 milyon manat və ya 13.9% azalıb. İlin sonunda isə bu göstərici 19884.7 milyon manata yüksəlsə də, yanvar ayı ilə müqayisədə 454.5 milyon manat və ya 2.2% azalma qeydə alınmışdır. İqtisadiyyata tələblər yanvardan dekabra qədər 23979.4 milyon manatdan 27234.3…

Read More

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bank sektorunun öhdəliklərinin strukturunda depozit portfeli ənənəvi üstünlüyünü qoruyub. GDP xəbər verir ki, 2024-cü ilin dekabr ayı etibarilə cəmi öhdəliklərin 81.3%-i (37,696.6 mln. manat) depozitlər hesabına formalaşıb. Bankların depozit portfeli ötən ilin müqayisədə dövrü ilə müqayisədə 7.1% və ya 2,504.6 mln. manat artım göstərib. Depozitlərin Bölgüsü: Qeyd edək ki, fiziki şəxslərin depozitlərinə fərdi sahibkarlıqla məşğul olanların depozitləri daxil deyil. Əsas Statistik Məlumatlar: Qeyd: Depozit portfelinin strukturunda hüquqi şəxslərin üstünlüyü Azərbaycan iqtisadiyyatında korporativ investisiyaların və biznes fəaliyyətinin yüksək səviyyədə olması ilə əlaqədardır. Eyni zamanda, fiziki şəxslərin depozitlərinin artımı maliyyə dərəcələşməsinin güclənməsinə işarədir. Bank sektorunun öhdəliklərinin strukturunda depozitlərin davamlı üstünlüyü və portfelin artımı,…

Read More

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, 2024-cü ildə istehlakçı hüquqları və bazar nəzarəti ilə bağlı cəmi 7979 müraciət qeydə alıb. GDP xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkə hesabında məlumat verib. O bildirib kii, müraciətlərin bölgüsü aşağıdakı kimi olub: Agentliyin rəhbəri Məmməd Abbasbəyli sosial şəbəkələrdəki paylaşımında qeyd edib:”Tədbirlərimiz istehlakçıların rifahını və bizneslərin müştəriyönümlülüyünü hədəfləyir. 2024-cü ildə qeydə alınan müraciətlərin 70%-dən çoxu təxirə salınmadan həll edilib.” Statistika:

Read More

Bankların 2024-cü ildə aktivləri, öhdəlikləri və kapitalı artıb GDP Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 2023-cü ilin dekabr ayına nisbətən 7.8% artaraq 53,001.4 mln. manat, cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 7.6% artraq 46,383 mln. manat, balans kapitalı isə illik müqaisədə 9.2% artaraq 6,618.4 mln. manat olub. Bu göstəricilər bank sektorunun davamlı inkişafını və maliyyə sabitliyini əks etdirir. Aktivlərin və kapitalın artımı bankların öz fəaliyyətlərini genişləndirmək və iqtisadiyyata daha çox dəstək vermək imkanlarını gücləndirib.

Read More

Azərbaycan Respublikasında maliyyə xidmətləri istehlakçılarının hüquqlarının daha effektiv müdafiəsi məqsədilə müxtəlif assosiasiyalar nəzdində işçi qrupları təsis edilib. GDP xəbər verir ki, bu qruplar Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Birjası İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək. İşçi qruplarının əsas vəzifəsi istehlakçı hüquqlarının qorunması sahəsində səmərəliliyin artırılması, pozulmuş hüquqların bərpası və mübahisələrin operativ və effektiv şəkildə həll edilməsinə töhfə verməkdir. Məlumatına görə, 2025-ci il yanvar ayının 27-də işçi qruplarının və assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüş zamanı Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin cavablandırılması prosesində qanunvericiliyin tələblərinə riayət edilməsi,…

Read More

ChatGPT-nin yaradıcısı olan OpenAI bəyanat yayaraq Çin startapı DeepSeek-i Amerika şirkətlərinin inkişaflarını öz süni intellekt modellərini təkmilləşdirmək üçün istifadə etməkdə ittiham edib. GDP xəbər verir ki,bu səbəbdən OpenAI ABŞ hakimiyyəti ilə əməkdaşlığını gücləndirəcəyini və texnologiyalarını qorumaq üçün daha sıx tədbirlər görəcəyini açıqlayıb. ABŞ Hərbi Dəniz Donanması milli təhlükəsizlik səbəbindən hərbçilərə DeepSeek-dən istifadəni qadağan edib. Eyni zamanda, Microsoft araşdırma apararaq DeepSeek-in OpenAI-nin çıxış məlumatlarını icazəsiz şəkildə əldə edib-etmədiyini müəyyənləşdirməyə çalışır. DeepSeek-in nüfuzuna zərbə vurmaq üçün aparılan kampaniyaya Britaniya mətbuatı da qoşulub. Daily Mail qəzeti Çinli şirkət təsisçisini qeyri-adi saç düzümü ilə ittiham etməyə qədər gedib.

Read More

Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı 2025-ci ilin ilk iclasında növbəti faiz endirimi etməsi geniş gözlənilir. GDP xəbər verir ki, treyderlər mərkəzi bankın durğun vəziyyətdə qalan Federal Ehtiyat Sistemindən (Fed) nə qədər uzaqlaşmağa hazır olduğunu qiymətləndirməyə çalışırlar. Çərşənbə günü pul bazarları yanvar iclası üçün 35 baza bəndi həcmində faiz endirimini qiymətləndirirdi ki, bu da avrozonanın mərkəzi bankının ən azı dörddəbir faiz bəndi endirim edəcəyini göstərir. Bu addım depozit imkanlarını – bankın əsas faiz dərəcəsini – 2.75%-ə endirəcək və 2024-cü ilin iyun ayında monetar yumşalma başladıqdan bəri beşinci faiz azalması olacaq. Bazar qiymətləndirmələri göstərir ki, AMB mart və iyun iclaslarında daha…

Read More

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yanvar-dekabr ayları üzrə sığora ödənişləri açıqlanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” şirkəti olub. Belə ki, Paşa Həyat Sığorta – 2023-cü ildə 266,164 min manat sığorta ödənişi edib, 2024-cü ildə isə bu rəqəm 418,779 min manata çatıb. Artım 152,615 min manat olub ki, bu da 57.3%-lik artım deməkdir. Bazar payı 2023-cü ildə 45.3%, 2024-cü ildə isə 55.6% olub. 2. Paşa Sığorta – 2023-cü ildə 144,012 min manat sığorta ödənişi edib, 2024-cü ildə 141,292 min manat olub. Dəyişiklik -2,720 min manat olub ki, bu…

Read More