- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimovanın keçirdiyi “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə statistik göstəricilər açıqlanıb. GDP xəbər verir ki, sədr bildirib ki, hesabat dövründə daşınmaz əmlak üzrə ümumilikdə 364 136 dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan obyektlərin ən böyük hissəsini torpaq sahələri təşkil edir — bu istiqamət üzrə 186 595 qeydiyyat rəsmiləşdirilib. Onun sözlərinə görə, mənzillər üzrə 92 888, fərdi yaşayış və bağ evləri üzrə 71 688 qeydiyyat həyata keçirilib. Qeyri-yaşayış obyektləri üzrə 12 122, əmlak kompleksi kimi müəssisələr üzrə isə 728 qeydiyyat aparılıb. Ən…
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə əsas göstəriciləri açıqlayıb. O bildirib ki, 2025-ci ildə 2024-cü illə müqayisədə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə müraciətlərin sayı artaraq 64 454-dən 70 596-ya yüksəlib və bu, 9,5% artım deməkdir. “Alqı-satqı əməliyyatları üzrə qeydiyyatların sayı da müsbət dinamika göstərərək 121 121-dən 122 379-a çatıb, artım 1% təşkil edib.” Onun sözlərinə görə eyni zamanda, bəzi əməliyyat növləri üzrə azalma qeydə alınıb.” Vərəsəlik əsasında qeydiyyatlar 41 018-dən 37 406-ya enərək 9%, bağışlama əməliyyatları isə 44…
ABŞ Mərkəzi Bankı (Federal Ehtiyat Sistemi – Fed) 2026-cı ilin ilk pul siyasəti iclasının yekunlarına əsasən uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Yanvarın 27–28-də keçirilən iclasdan sonra Fed əsas faiz dərəcəsini 3,50–3,75% intervalında dəyişməz saxlayıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların böyük əksəriyyəti də məhz bu qərarı gözləyirdi. Fed sonuncu dəfə 10 dekabr tarixində faiz dərəcəsini 25 baza bəndi azaldıb. Hazırkı səviyyə 2022-ci ilin sonundan bəri ən aşağı göstərici kimi qiymətləndirilir. FOMC-də fikir ayrılığı Federal Açıq Bazar Komitəsi (FOMC) faizlərin sabit saxlanılması qərarını 10 səsə qarşı 2 səslə qəbul edib. Komitə üzvləri Christopher Waller və Stephen Miran isə 25 baza bəndi həcmində faiz endiriminin zəruri olduğunu bildirərək qərara etiraz ediblər. Qərardan sonra yayımlanan açıqlamada qeyd olunub ki, məşğulluq…
“PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesi, maliyyə göstəricilərindəki dəyişikliklər, likvidlik vəziyyəti, marketmeyker mexanizmi və investorlar üçün nəzərdə tutulan rəqəmsal imkanlarla bağlı GDP.Az-a müsahibə verib. Müsahibədə Cavid Quliyev IPO-ya hazırlıq mərhələsində əsas prioritetləri, bankın maliyyə dayanıqlığını və qarşıdakı dövr üçün planları ətraflı şəkildə şərh edib. – 2025-ci ilin maliyyə göstəricilərinə əsasən “PAŞA Bank” ASC-nin ani likvidlik əmsalında azalma müşahidə olunur. Bu tendensiyanı necə dəyərləndirirsiniz? – Azalama olsa da likvidlik əmsalımız minimal tələblərdən qat-qat yüksək səviyyədədir. Bu baxımdan vəziyyət tam nəzarət altındadır. Sadəcə onu qeyd etməliyəm ki,…
2025-ci ilin yekunlarına görə bank sektorunda balans göstəriciləri əvvəlki illə müqayisədə artım dinamikasını qoruyub. Aktivlərin genişlənməsi əsasən kredit portfelinin böyüməsi və maliyyə institutları ilə əməliyyatların artması hesabına baş verib. Eyni zamanda, öhdəliklərin strukturunda fiziki şəxslərin depozitləri əsas hərəkətverici qüvvə kimi çıxış edib, kapital bazası isə güclənməyə davam edib. Aktivlər: kreditlər və maliyyə institutları əsas artım mənbəyidir 2025-ci ilin sonunda bank sektorunun cəmi aktivləri 57 086,2 mln manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 53 001,4 mln manat göstəricisi ilə müqayisədə 4 084,8 mln manat və ya 7,7% artım deməkdir. Nağd vəsaitlər 2 019,4 mln manatdan 2 060,4 mln manata yüksələrək…
PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxış edib. O bildirib ki, PAŞA Bank səhmlərinin 5%-i, yəni 932 mindən çox səhm kütləvi təklif üsulu ilə birjaya çıxarılacaq. Məlumata görə, bir səhmin nominal dəyəri təxminən 20 manat təşkil edəcək. Cavid Quliyev qeyd edib ki, IPO çərçivəsində əhalinin də səhmləri əldə etməsi mümkün olacaq, bu isə yerli investorların kapital bazarlarında iştirak imkanlarını genişləndirəcək. Qeyd edək ki, bu addım Azərbaycan bazarında ABB-dən sonra həyata keçirilən ikinci iri IPO olacaq. IPO-nun ölkənin kapital bazarlarının inkişafına və investisiya mühitinin dərinləşməsinə töhfə verəcəyi…
Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əsas məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişaf etdirilməsi, müvafiq sahələr üzrə institusional və davamlı birgə fəaliyyətin qurulmasıdır. Sənəd çərçivəsində yeni texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların tətbiqi, eləcə də kibercinayətkarlıqla mübarizə sahəsində operativ və səmərəli məlumat mübadiləsinin təmin olunması nəzərdə tutulur. Tərəflər qarşılıqlı əməkdaşlıq vasitəsilə maliyyə sektorunda şəffaflığın artırılmasına, risklərin azaldılmasına və qabaqlayıcı mexanizmlərin gücləndirilməsinə töhfə verməyi hədəfləyirlər. Memorandum eyni zamanda bilik və təcrübə mübadiləsinin təşviq olunmasını, birgə təşəbbüs və layihələrin həyata keçirilməsini də əhatə edir.
Azərbaycan sığorta bazarı 2025-ci ili həcmlərin artımı ilə başa vursa da, statistik göstəricilər sektor üçün daha mürəkkəb və riskli bir mənzərəni ortaya qoyur. Rəqəmlər göstərir ki, bazar genişlənir, lakin sığorta ödənişlərinin artım tempi haqların artımını əhəmiyyətli dərəcədə üstələyir ki, bu da şirkətlər üçün gələcək dövrdə maliyyə dayanıqlılığı baxımından ciddi siqnaldır. 2024-cü ildə sığorta bazarı üzrə ümumi haqlar 1 milyard 353,2 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 1 milyard 504,7 milyon manata yüksəlib. Beləliklə, bazar bir il ərzində 151,5 milyon manat və ya 11,2% artım nümayiş etdirib. Lakin eyni dövrdə sığorta ödənişləri daha sürətlə artaraq 752,7 milyon manatdan…
Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankına səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Akif Bağırov və İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı ilə görüş keçirib. Görüş zamanı kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, FINCERT təcrübəsi, eləcə də kibertəhdidlərin idarə olunması üzrə ssenarilər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər maliyyə sektorunda informasiya təhlükəsizliyinin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı – “Porsche Cayenne” avtomobilinin qalibi Urfan Buksayev olub. “Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas hədiyyəsi – ‘Porsche Cayenne’ avtomobilinin qalibini elan edirik və bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!”, -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib. Qeyd edək ki, lotereya çərçivəsində sonuncu “Zeekr 001” avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini…
