Author: Aynure Gdp

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycanda səfərdədir GDP xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Read More

Qızılın qiyməti bazar günü unsiyası 2,630 dollara qədər düşərək son bir ayın ən aşağı səviyyəsinə enib. GDP xəbər verir ki, bu düşüşün əsas səbəbləri ABŞ dollarının güclənməsi və investorların bu həftə açıqlanacaq vacib iqtisadi göstəricilər öncəsi daha təhlükəsiz aktivlərə üz tutmasıdır. Donald Trampın prezident seçilməsindən sonra genişləyən fiskal siyasət gözləntiləri investorları riskli aktivlərə yönəltməyə davam etdirmiş, bu da qızıl və xəzinə kağızlarına olan tələbi azaltmışdır. Bundan başqa, ABŞ texnologiya şirkətlərinin səhmlərindəki yüksəliş və bitcoinin qiymətinin artması da bu trendi gücləndirir. Tramp administrasiyasının daha yüksək tariflər tətbiq etmə ehtimalı, inflyasiyanın yüksəlməsi və buna bağlı olaraq Federal Ehtiyat Sisteminin gələn il faiz…

Read More

Mis fyuçerslərinin qiyməti bazar ertəsi 1 funt üçün 4.2 dollar səviyyəsinə qədər düşərək son iki ayın ən aşağı səviyyəsinə çatıb. GDP xəbər verir ki, ABŞ dollarının güclənməsi və Çindən gözlənilən iqtisadi dəstəyin zəif olması bu enişin əsas səbəblərindən biridir. Çin Milli Xalq Konqresi yerli hökumətlərin balansdankənar borclarını üzərinə götürmək və onların daha ucuz kreditlərə çıxışını təmin etmək üçün 10 trilyon yuan dəyərində borc dəyişmə paketi açıqlayıb. Bununla belə, istehlakçıları hədəfləyən yeni vəsait axınının olmaması bu tədbirin istehsalat sektoruna dəstək verəcəyinə dair gözləntiləri zəiflədib, bu isə misə olan sənaye tələbinin perspektivlərinə mənfi təsir edib. ABŞ-da prezident seçilən Trampın genişlənən fiskal siyasəti…

Read More

PAŞA Kapital İnvestisiya Şirkəti 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan maliyyə bazarındakı mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olub. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib. Şirkətin həyata keçirdiyi ümumi əməliyyatların həcmi 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 15.93 milyard manatdan 2024-cü ilin müvafiq dövründə 21.47 milyard manata yüksələrək, 34.80% və ya 5.54 milyard manat artım nümayiş etdirib. Bu əhəmiyyətli artım şirkətin bazar payının 28%-ə yüksəlməsinə səbəb olub.Bu göstərici ilə PAŞA Kapital İnvestisiya Şirkəti ölkədə yalnız bazarın 52.1%-inə nəzarət edən “ABB Invest İnvestisiya Şirkəti” QSC-dən geri qalır.…

Read More

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Ukraynada vəziyyətin daha da gərginləşməməsi üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib.  GDP xəbər verir ki, The Washington Post qəzetinin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən verdiyi məlumata görə, Tramp cümə axşamı Putinlə ilk telefon söhbətini aparıb. Tramp söhbət zamanı Putinə müraciət edərək, Ukrayna münaqişəsinin daha da gərginləşməsindən çəkinməsini istəyib. Trampın prezident seçilməsindən sonra Putinlə keçirdiyi bu ilk telefon söhbəti dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Söhbətin ətraflı detallarına dair məlumat verilməsə də, Trampın Ukrayna ilə bağlı müraciəti ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə dair müxtəlif təhlillərə yol açıb.

Read More

Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway üçüncü rübdə Apple şirkətindəki payını 25% azaldaraq səhmlərdən çıxmağı davam etdirib. Şirkət nağd vəsaitlərini rekord hədd -325,2 milyard dollara çatdırıb. Berkshire bu rübdə Apple-ın 100 milyon səhmini sataraq, şirkətdəki payını 300 milyon səhmə endirib. 2024-cü ildə ümumilikdə 600 milyondan çox səhm satılsa da, Apple 69,9 milyard dollarlıq dəyərlə Berkshire-in ən böyük səhm paketi olaraq qalmaqdadır. Şirkətin rüblük əməliyyat mənfəəti 6% azalaraq 10,09 milyard dollar təşkil edib. Bu azalmanın əsas səbəbləri Helene qasırğası ilə bağlı sığorta öhdəliklərinin artması və ABŞ dollarının güclənməsi ilə əlaqədar valyuta itkiləridir. Warren Buffett mayda Apple səhmlərinin satışını federal vergi dərəcəsinin…

Read More

Texnologiya şirkətləri maliyyə ilinin sonunda işdən çıxarmalara daha çox müraciət etməyə başlayıblar. GDP xəbər verir ki,onlayn səyahət agentliyi Booking 6000 əməkdaşı (işçi heyətinin 25%-ni) ixtisar etmək niyyətindədir. Booking üçüncü rüb üzrə əməliyyat xərclərinin 13,6% artdığını açıqlayıb. İşdən çıxarmaları elan edən ilk şirkət deyil. ABŞ-a köçən Perm startapı Miro işçi heyətinin təxminən 18%-ni – 300 nəfəri işdən azad edəcək. Layoffs-un məlumatına görə, ABŞ-ın texnologiya sektorunda hər gün 780 əməkdaş işini itirir. Keçən il bu sahədə 263 min insan işsiz qalıb.

Read More