Author: Aynure Gdp

Noyabrın 27-si Yelo Bank-ın dəstəyi, Finance Time Şirkətinin təşkilatçılığı, və 123media-nın birgə təqdimatı ilə PR Forum 2024 keçiriləcək. Tədbirdə sahələrində tanınmış bir çox nüfuzlu spikerlər çıxış edəcək. Onlar öz təcrübələrini bölüşərək, iştirakçılara dəyərli məsləhətlər verəcəklər. PR Forumunun əsas məqsədi gənc mütəxəssisləri bir araya gətirmək və onlara qiymətli biliklər və təlimatlar verməkdir. Tədbir zamanı, müxtəlif sektorlarda uğur qazanmış mütəxəssislər öz hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşacaq. Bu, iştirakçılara peşəkar inkişaf və şəbəkə qurma imkanı verəcəkdir. PR Forum, mövcud bilikləri genişləndirmək və iş dünyasında öz yerinizi möhkəmləndirmək üçün unikal bir tədbirdir. PR Forum 2024 Tərəfdaşları – İnnovasiyalar Mərkəzi, A-Qroup Sığorta Şirkəti, TAM…

Read More

Sement sektorunda xalis sıfır emissiyaya nail olmaq məqsədilə Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində mühüm addım atılıb. GDP xəbər verir ki, Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ilə Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) arasında Anlaşma Memorandumu imzalanıb. ECRA-nın dəstəyi ilə hazırlanacaq yol xəritəsi, sement istehsalında karbon emissiyasının sıfıra endirilməsi üçün konkret addımları müəyyən edəcək. Layihə çərçivəsində Qlobal Sement və Beton Assosiasiyasının təsdiq edilmiş metodologiyasından istifadə olunacaq. Bu, yol xəritəsinin beynəlxalq standartlara uyğunluğunu təmin edəcək. Bu təşəbbüs sement sənayesinin ətraf mühitə təsirinin azaldılması və davamlı inkişaf məqsədlərinə nail olunması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Read More

Bitcoin (BTC) kriptovalyuta bazarında yeni bir rekorda imza atdı. GDP xəbər verir ki,dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-də Bitcoin ilk dəfə 80,000 dollar səviyyəsini keçdi. Bu, Bitcoinin tarixində qeydə alınmış ən yüksək qiymətdir. Bu yüksəliş kriptovalyuta bazarında yeni bir dönüş nöqtəsi hesab olunur və rəqəmsal aktivlərə olan marağın artdığını göstərir.

Read More

Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıqsəhmdar Cəmiyyəti növbədənkənar ümumi yığıncağının keçiriləcək. GDP xəbər verir ki, yığıncaq 13 dekabr 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında baş tutacaq. Toplantının əsas gündəliyində nizamnamə kapitalının artırılması və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəsi var. Bundan əlavə, ABB-nin törəmə innovasiya şirkətinin yaradılması da gündəmdədir. Səsvermə qiyabi şəklində həyata keçiriləcək və səsvermə bülletenləri 1 dekabr 2024-cü il tarixindən etibarən səhmdarların şəxsi kabinetlərində yerləşdiriləcək.

Read More

Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan GP Cotton Holdingsin şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini Prime Cotton MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.  Prime Cotton-un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. Raleway fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo, Prime Cotton-un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır. Gələn il…

Read More

11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi vebsaytında yerləşdirilib. GDP xəbər verir ki böyük maraqla gözlənilən COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramını təqdim edib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər. Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq…

Read More

Fransa Polymarket platformasını qadağan etmək qərarına gəlib – səbəb treyderlərin Trampın qələbəsinə mərc qoyaraq 45 milyon dollar qazanması olub GDP xəbər verir ki, Polymarket siyasi və iqtisadi hadisələrə mərc qoymağa imkan verən platformadır və ABŞ seçkiləri zamanı onun populyarlığı xeyli artıb. Fransa hakimiyyət orqanları Polymarket-in qumar oyunları haqqında qanunvericiliyə uyğunluğunu yoxlamaq üçün araşdırmaya başlayıb. Məsələ ilə bağlı Fransanın Maliyyə Bazarlarına Nəzarət Qurumu tərəfindən aparılan araşdırma çərçivəsində platformanın fəaliyyətinin qanuniliyinin hərtərəfli təhlili aparılır. Qeyd edək ki, bu cür platformalar vasitəsilə istifadəçilər müxtəlif siyasi və iqtisadi hadisələrin nəticələrinə dair proqnozlar verərək mərc edə bilirlər.

Read More

Dünyanın ilk insanabənzər robot tərəfindən çəkilmiş tablosu Sotheby’s-də 1,08 milyon dollara satılıb. GDP xəbər verir ki, hərrac evinin bəyanatında deyilir ki, rekord qiymət artıq “AI texnologiyası ilə qlobal incəsənət bazarı arasında artan qarşılıqlı əlaqədə kritik an” adlandırılıb. Riyaziyyatçı Alan Turinqi təsvir edən süni intellekt tanrısı tablosu Ai-Da adlı robot tərəfindən hidravlik qollardan istifadə etməklə yaradılmışdır.

Read More

Co Bayden və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 13 noyabr çərşənbə günü görüşəcəklər. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, gedən və yeni prezidentlərin görüşü ənənəvi xarakter daşıyır. Lakin Donald Tramp 2020-ci il prezident seçkilərində məğlub olduqdan sonra Co Baydeni görüşə dəvət etməmişdi. Qeyd edək ki, ABŞ-da prezidentlərin görüşü uzun illərdir davam edən ənənədir və siyasi varislik prosesinin vacib elementidir.

Read More