Author: Aynure Gdp

Süni intellekt sahəsində lider olan Nvidia şirkəti Dow Jones Sənaye İndeksində Intel-i əvəz edəcək. Bu dəyişiklik noyabrın 8-də qüvvəyə minəcək. GDP xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri səhmləri 170% artan Nvidia-nın bazar dəyəri 3,3 trilyon dollara çataraq, Apple-dan sonra dünyanın ən dəyərli ikinci şirkəti olub. Microsoft, Meta, Google və Amazon kimi texnologiya nəhəngləri süni intellekt layihələri üçün Nvidia-nın qrafik prosessorlarını böyük həcmdə alırlar. Son beş rübdə şirkətin gəlirləri iki dəfədən çox artıb. Intel isə Advanced Micro Devices qarşısında bazar payını itirib və süni intellekt sahəsində ciddi irəliləyiş əldə edə bilməyib. Şirkət bu il 16,500 işçinin ixtisara salınacağını açıqlayıb. Bu…

Read More

1 noyabr tarixində İqtisadi Şuranın növbəti iclası keçirilib. GDP Nazirlət Kabinetinə itinadən xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət, aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi, ikinci məsələ kimi işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, Fondun inkişafının və dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə, investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması və üçüncü məsələdə əmək…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov uçot dərəcəsinin maliyyə bazarına transmissiyasının səviyyəsi barədə açıqlama verib. GDP-nin məlumatına görə. T.Kazımov bildirib ki, transmissiyanın səviyyəsi, hətta çox az da olsa, sevindiricidir. AMB sədri qısa müddət ərzində bu təsirlərin müşahidə edilməsini böyük nailiyyət kimi qiymətləndirib. “Hədəfimiz uçot dərəcəmizin depozitlərə və birbaşa kreditlərə təsiridir. Amma bunun üçün vaxt lazımdır”, – deyə T.Kazımov vurğulayıb.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüqar Əhmədov uçot dərəcəsinin maliyyə bazarına transmissiyası barədə ətraflı məlumat verib. GDP -nin məlumatına görə,AMB-nin davamlı şəkildə uçot dərəcəsinin bazara təsirini qiymətləndirir. Baş direktor qeyd edib ki, uçot dərəcəsi dəyişəndə bir sıra maliyyə göstəriciləri də dəyişir: 1 günlük AZİR indeksi dərhal reaksiya verir, 1 həftəlik AINA AO repo dərəcələri paralel olaraq dəyişir. Transmissiyanın təsirləri göstərir ki, AZİR indeksinin təxminən 1% dəyişməsi qısamüddətli faizlərə 0.3-0.6% təsir göstərir, uzunmüddətli fazilələrdə isə hüquqi şəxslərin depozit faizlərinə təxminən 0.2-0.4% təsir edir. V.Əhmədov vurğulayıb ki, bu göstəricilər ilk dəfə olaraq Mərkəzi Bankın faiz dəhlizinə daxil olduğundan dinamik xarakter daşıyır…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında məzənnə siyasəti ilə bağlı açıqlama verib. GDP -nin məlumatına görə, T.Kazımov bildirib ki, AMB-nin əsas məqsədi məzənnə rejimi deyil, makroiqtisadi sabitliyin təmin edilməsidir. “Bu vəzifəyə təyin olunandan həmişə qeyd etmişəm ki, bizim əsas məqsədimiz məzənnə rejimi deyil, makroiqtisadi sabitliyin təmin edilməsidir. Makroiqtisadi sabitliyin təmin edilməsi üçün biz hansı rejimi daha çox müvafiq görürüksə, o rejimdə də qalacağıq”, – deyə AMB sədri vurğulayıb. Onun sözlərinə görə, hazırkı monetar şəraitə orta və uzunmüddətli dövrdə nəzər saldıqda AMB sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün yeganə rejim kimi görür.

Read More

Avropa təbii qaz fyuçersləri meqavatt-saat üçün 39.4 avrodan aşağı səviyyədə qərarlaşıb. Bu, oktyabrın 25-də qeydə alınmış 11 aylıq zirvə olan 43.6 avrodan kəskin geriləməni əks etdirir. GDP xəbər verir ki, geriləmənin əsas səbəbi təchizatın kifayət qədər olacağı ilə bağlı yeni gözləntilərdir. Məlumatlara görə, kommunal xidmətlər və alıcılar Azərbaycanla, cari ilin sonunda Ukrayna boru kəmərləri ilə bağlı mövcud müqavilənin başa çatmasından sonra Rusiya qazının Avropaya nəqlinin davam etdirilməsi ilə bağlı razılığa yaxınlaşırlar. Bu, yaxın perspektivdə təchizatı təmin edəcək və mayeləşdirilmiş təbii qaz idxalından asılılığın artması ilə bağlı narahatlıqları azaldacaq. Eyni zamanda, Avropada qış yaxınlaşdığı bir vaxtda qeyri-adi isti hava şəraiti qazla…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycanda mövcud inflyasiyanın strukturu barədə açıqlama verib. GDP xəbər verir ki, AMB rəhbərinin sözlərinə görə, 2024-cü ilin 9 ayı ərzində inflyasiyanın formalaşmasında təklif faktorları əsas rol oynayıb. Taleh Kazımov bildirib ki, inflyasiyaya artırıcı təsir göstərən amillər arasında ticarət tərəfdaşlarının inflyasiyası 6.2 faiz bəndi, kənd təsərrüfatı istehsalçılarının payı 1.31 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.8 faiz bəndi, dövlət istehlakı 0.68 faiz bəndi və tənzimlənən qiymətlər 0.6 faiz bəndi təşkil edib. AMB sədri qeyd edib ki, eyni dövrdə inflyasiyanı azaldan amillər sırasında manatın nominal effektiv məzənnəsinin təsiri 4 faiz bəndi, digər amillərin təsiri…

Read More

Hazırkı monetar siyasət inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. GDP xəbər verir ki, Mərkəzi Bankın baza ssenarisinə əsasən, 2024-cü ilin sonu və 2025-ci il üçün illik inflyasiyanın hədəf çərçivəsində qalacağı gözlənilir.Yenilənmiş oktyabr proqnozları göstərir ki, illik inflyasiya növbəti iki il ərzində də hədəf diapazonundan kənara çıxmayacaq – 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% səviyyəsində olacağı gözlənilir.

Read More

Cari ildə valyuta bazarında sabitlik qorunub və Mərkəzi Bankın təşkil etdiyi hərraclarda bütün tələblər qarşılanıb. GDP xəbərinə görə Mərkəzi Bankın bu barədə olan məlumatında qeyd olunur li, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərsə də, ötən ay dövlət layihələri, müdafiə və digər strateji əhəmiyyətli xərclərin maliyyələşdirilməsi üçün 424 milyon ABŞ dolları həcmində xüsusi satış həyata keçirilib.Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 10 ay ərzində 241 milyon dollar azalıb. Bu satış 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard dollar hesabına aparılıb.Qeyd edək ki, valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir…

Read More