- SOCAR-ın “yaşıl” istiqrazları üzrə 4-cü faiz ödənişi həyata keçirilib
- “Rabitəbank” ASC kotirovka elan edir
- Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. GDP ARDNF-ə istinadən xəbər verir ki, Anlaşma Memorandumu, Hassana İnvestisiya Şirkətinin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən imzalanmışdır. “Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-nin “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün…
Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb. AMB-dən bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir. Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək…
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov bankın COP29-un Əsas Bank Tərəfdaşı olduğunu elan edib. GDP xəbər verir ki, A.İbrahimov qeyd edib ki, iqlim dəyişikliyi artıq sadəcə ekoloji problem deyil, eyni zamanda iqtisadi və sosial tarazlığa dərindən təsir göstərən reallıqdır. Onun sözlərinə görə, belə bir çağırış qarşısında, xüsusən iqlim maliyyələşməsinə çıxış imkanlarının genişləndirilməsində bank sektorunun da üzərinə məsuliyyət düşür. Bank rəhbəri vurğulayıb ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə təkcə ölkələrin deyil, biznesin, o cümlədən maliyyə sektorunun oynadığı əhəmiyyətli rolun müzakirəsi üçün mühüm platforma təqdim edir. “Ümidvarıq ki, belə bir imkandan hamılıqla faydalana biləcək, COP29-da qazandığımız bilik və təcrübə…
2024-cü il üzrə Charities Aid Foundation-ın (CAF) World Giving Index hesabatında Azərbaycan dünya üzrə ən böyük geriləmə yaşayan ölkə kimi qeydə alınıb. GDP xəbər verir ki, ölkə 65 pillə geriləyərək 119-cu sıraya düşüb və bu, ölkədə ianəçilik və könüllülük sahəsində azalmanın davam etdiyini göstərir. CAF hesabatına əsasən, Azərbaycanın bu enişi, ianə vermə və ictimaiyyətə yardım fəaliyyətindəki azalma ilə əlaqələndirilir. Ümumilikdə isə, dünya üzrə 75 ölkə indeks ballarını artırarkən, 51 ölkədə azalma müşahidə olunub və 16 ölkənin göstəriciləri dəyişməz qalıb. Hesabatda Yunanıstan, Filippin və Sinqapur 2023-cü ildə ən böyük irəliləyiş göstərən ölkələr kimi diqqət çəkib. Yunanıstanın qəribə kömək göstərmə sahəsində ən…
Mastercard, iqtisadi inkişafı gücləndirmək və sosial məsuliyyətlərini yerinə yetirmək öhdəliyini vurğulayaraq 2023 ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) Hesabatını təqdim edib. GDP xəbər verir ki, “Yaxşı işlər görməklə uğur əldə etmək” prinsipinə əsaslanan Mastercard, bu hesabatda İnsanlar, Rifah və Planet mövzuları üzrə əldə etdiyi əsas nailiyyətləri açıqlayıb. İnsanları dəstəkləmək istiqamətində qadın və kişi işçilər arasında maaş bərabərliyini 96.4% səviyyəsinə çatdıran Mastercard, həmçinin “Girls4Tech™” proqramı ilə 6.8 milyon qıza texniki təhsil verib. Dünyada rifahı təşviq etmək məqsədilə isə 870 milyondan çox insanı rəqəmsal iqtisadiyyata cəlb edib və 48 milyon kiçik müəssisəyə dəstək olub. Bu məqsədlə 37 milyon qadın sahibkara və 12…
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “PAŞA Sığorta” ASC-dir. Qalib şirkətə 818 min manat ödəniləcək. AMB ötən il bu sığorta növü üzrə “Meqa Sığorta” ASC-ni seçmişdi.
Oktyabrın 31-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək. GDP xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb. Söhbət Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında yerləşən, dəyəri 360 min manat olan 882,7 kv.metrlik əmlak kompleksindən gedir.
Wall Street-in “ağır çəkili” idmançıları Davos tipli konfrans üçün Ər-Riyada axışsa belə, Səudiyyə Ərəbistanı aşağı neft qiymətləri, büdcə kəsirləri və xarici investisiyaların cəlb edilməsi ilə bağlı çətinliklərlə mübarizə aparır. GDP xəbər verir ki, bu, krallığı başqa bir maliyyə mənbəyinə arxalanmağa məcbur edir: borc. ABŞ dolları və avro ilə korporativ və suveren satışları əhatə edən Bloomberg-in tərtib etdiyi məlumatlara görə Səudiyyə hökuməti və onun İctimai İnvestisiya Fondu kimi qurumlar 2024-cü ildə təxminən 50 milyard dollarlıq istiqraz buraxıblar. Bu aktivlik neftlə zəngin ölkəni bu il inkişaf etməkdə olan bazarlarda beynəlxalq borcun ən böyük emitentlərindən birinə çevirdi. Arqaam Capital-ın sabit gəlirli araşdırma direktoru…
Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Bankın nümayəndə heyətinin İllik Toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb. GDP xəbər verir ki, görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
