Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatını idarə etmək üçün istifadə edilən pul siyasətinin ən mühüm alətlərindən biri olan uçot-faiz dərəcəsi ilə bağlı noyabrın 1-də qərarını açıqlayacaq. Sonuncu dəfə sabit saxladığı faiz dəcəsi ilə bağlı Mərkəzi Bank tərəfindən hansı qərarın veriləcəyi təbi ki, iqtisadi sferada maraq doğurur. Cari ildə ardıcıl olaraq üç dəfə, Mərkəzi Bank faizlərin aşağı həddini 6.25 faiz, yuxarı həddini 8.25 faiz, uçot faiz dərəcəsini isə 7.25 faizdə saxlayıb. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın yavaşlaması və makroiqtisadi göstəricilərin yaxşılaşmasına cavab olaraq uçot-faiz  dərəcəsini tədricən azaldır yaxud sabit saxlamaqla yumşaldıcı yöndə siyasətini davam etdirdiyinə işarə edir. Əgər inflyasiya azalmaqda davam edərsə və…

Read More

Böyük Britaniyada hakimiyyət orqanları əhalini ətraf mühit naminə ət və süddən imtina etməyə çağırıb. GDP xəbər verir ki, bu barədə The Telegraph yazır. Analitiklər hesab edir ki, britaniyalılar bu məhsulların istehlakını 50% azaltmalıdırlar. Bununla bağlı hökumət iribuynuzlu mal-qaranın və qoyunların sayının azaldılması ilə bağlı təkliflərə baxacaq. İqlim nəzarəti komitəsinin sədri Piers Forster etiraf edib ki, hakimiyyət fermerlər üçün subsidiyaları kəsəcək, heyvandarlıq məhsullarına vergiləri artıracaq və onların reklamını azaldacaq.

Read More

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur. Dövlət Vergi Xidməti bildirir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan…

Read More

Neft qiymətləri 5%-dən çox ucuzlaşıb. GDP xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 73 dollardan (25 oktyabr cümə günü keçirilən ticarətdə bu, təqribən 75 dollar olub), WTI markalı neftin qiyməti noyabr fyuçersləri 68 dollardan aşağı düşüb.

Read More

S&P 500 indeksi altı həftə ardıcıl artmasindan sonra bu həftə düşdü. Böyük şirkətlərin səhmləri kiçik şirkətlərin səhmlərindən daha yaxşı performans göstərdi. Tesla, güclü mənfəət və 2025-ci il üçün proqnozlaşdırılan 20%-30% satış artımı sayəsində “Möhtəşəm Yeddi”yə liderlik edərək, geniş miqyaslı azalmaları tarazlaşdırdı və son on ilin ən yaxşı günlük qazancını əldə etdi. Əksinə, Apple analitiklərin iPhone 16-nın zəif satış proqnozları səbəbindən indeksi aşağı çəkdi.İqtisadi məlumatlar az idi, lakin Fed-in “Bej Kitab” hesabatı ABŞ-da mülayim artım, əmək bazarının nisbətən zəifliyi və inflyasiyanın yavaşlamasını göstərdi. Buna baxmayaraq, 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi həftənin əvvəlində 4,20%-ə yüksəldi. Avropa STOXX Europe 600 İndeksi, FED yumşaltma…

Read More

COP29-un Tekstil Tərəfdaşı olaraq dayanıqlılıq təcrübələrinə və qlobal iqlim hədəflərinə sadiqliyini vurğulayan GiLTEX MMC, dayanıqlılıq istiqamətində növbəti nailiyyət olaraq Amfori BSCI sertifikatını əldə edib. İsveçrənin SGS şirkəti tərəfindən keçirilən audit zamanı şirkət “A” dərəcəsi ilə qiymətləndirilib. Bu nailiyyət, Azərbaycanda dayanıqlılıq hərəkatının əsas oyunçularından biri olan GP Cotton Holdings-in şirkətlərindən biri olan GiLTEX-in Amfori BSCI standartlarına yüksək səviyyədə uyğunluğunu və məsuliyyətli biznes praktikasına sahib olduğunu təsdiqləyir. Amfori BSCI tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. GiLTEX də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini…

Read More

Seymur Əliyarlı Korporativ Mərkəzi Bankın Maliyyə Departamentinin rəhbəri təyin olunub. GDP xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında (MB) Korporativ Maliyyə Departamentinin rəhbəri vəzifəsinə Seymur Əliyarlı təyin olunub. Əliyarlı, daha öncə Beynəlxalq Maliyyə Korporasiyasında (IFC) iqlim riskləri üzrə analitik kimi çalışıb və davamlı maliyyənin inkişafında mühüm töhfələr verib. Həmçinin, MB-nin Kapital Bazarı Siyasəti və Nəzarət Şöbəsində baş analitik kimi investorların etimadını artıran və dayanıqlı maliyyəni dəstəkləyən bir sıra layihələrə rəhbərlik edib. Onun müxtəlif beynəlxalq təcrübəsi və sektordakı müvəffəqiyyətləri Azərbaycan maliyyə bazarının inkişafına yeni töhfələr verəcəyinə işarə edir.

Read More