- Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
Author: Aynure Gdp
Qızılın qiyməti bir unsiya üçün 2748 dollara yüksələrək yeni rekorda imza atıb. GDP xəbər verir ki, qızıl bahalaşmaqda davam edir qiymətli metalın qiyməti bazar ertəsi hərracda rekordunu yenilədi. Dekabr qızıl fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 13:40-ə 1 troya unsiyası üçün 2 746,9 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,6% çoxdur. Əvvəllər ticarət zamanı qiymətli metalın qiyməti bir unsiya üçün 2748 dollara qalxıb. Təhlükəsiz sığınacaq aktivlərinə tələbin artması fonunda qızıl bahalaşır. Treyderlər regionda münaqişənin genişlənməsindən ehtiyat edərək Yaxın Şərqdə baş verən hadisələri diqqətlə izləyirlər. ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı qeyri-müəyyənlik də qiymətli metala tələbi dəstəkləyir.
Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıbİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirib. Dövlət Vergi Xidmətindən GDP-ə bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Çin baza kredit faizlərini azaldır. GDP xəbər verir ki, bir il müddətinə baza dərəcəsi (LPR) əvvəlki 3,35%-lik dəyərdən 3,1%-ə, beş ildən çox müddət üçün baza dərəcəsi isə 3,6%-ə (əvvəllər 3,85%) endirilib. . Bu azalma bu il üçüncü və ən əhəmiyyətli azalma oldu.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı ilə əlaqədar olaraq İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-relizin yayımlanması öncədən təyin olunmuş 30 oktyabr tarixindən 1 noyabr 2024-cü il saat 10:00-a keçirilir. GDP xəbər verir ki, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Ukraynanın qızıl-valyuta ehtiyatları yenidən kəskin şəkildə azalır, iqtisadçı Robin Brooks yazır. BVF Ukrayna hakimiyyətini vergiləri artırmağa çağırıb. GDP xəbər verir ki, iqtisadçı Robin Brooks bildirib “Fondun proqnozuna görə, Ukraynanın borcunun ÜDM-ə nisbəti gələn il 100%-i keçə bilər, 2029-cu ildə isə mənfi ssenaridə, demək olar ki, 300%-ə qədər arta bilər.
Hər kəs bəh-bəhlə bir müddət öncə qüvvəyə minmiş nizamnamə kapitalının ödənilməməsi yaxud ödənildikdən sonra məlumatın verilməməsi barədə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikdən danışsın, mən isə əlavə edilmiş yeni normayla bağlı bir neçə problemə toxunum : 1- ci məsələ : Yeni norma nizamnamə kapitalının tamamilə ödənilməməsini, həmçinin yalnız tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumat verməməyi inzibati xəta olaraq qəbul edir və məsuliyyət tədbiri müəyyən edir. Bu o deməkdir ki, hüquqi şəxsin şərti olaraq 1000 azn nizamnamə kapitalı müəyyən edilmişdirsə, şirkət 1 manat nizamnamə kapitalını kassa mədaxil orderi ilə kassaya mədaxil edib elə əvvəlki kimi öz fəaliyyətini davam etdirə bilər. Cərimə tətbiq…
Azərbaycan iqtisadiyyatının 2025-2028-ci illər üzrə ortamüddətli xərclər çərçivəsi və büdcə siyasətinə dair əsas istiqamətlər təqdim olunub. GDP əsas məqamları iqtisadi rəqəmlərlə birlikdə daha qısa formada təhlil edib. Qlobal iqtisadi mühit: 2024-cü ilin birinci yarısında dünyada iqtisadi sabitlik və inflyasiya azalmağa başlayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü il üçün proqnozuna görə, qlobal ÜDM artımı 3.2%, Dünya Bankının proqnozu isə 2.6% təşkil edir. 2025-ci il üçün isə BVF artımın 3.3%, Dünya Bankı isə 2.7% səviyyəsində olacağını gözləyir. İnflyasiya: 2024-cü ildə qlobal inflyasiya 5.9%, 2025-ci ildə isə 4.4%-ə enəcək. İnkişaf etmiş ölkələrdə bu rəqəm 2025-ci ildə 2.1%, inkişaf etməkdə olan ölkələrdə isə 6.0% olaraq proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatı: 2024-cü ilin ilk yarısında Azərbaycan…
ABŞ S&P 500, kommunal xidmətlər və daşınmaz əmlak sektorunun səhmləri tərəfindən dəstəklənərək yeni zirvəyə çatdı. Eyni zamanda, enerji səhmləri İsrailin İranın neft və qaz infrastrukturlarına hücumları ilə bağlı narahatlıqların azalması səbəbindən neft qiymətlərinin düşməsi ilə zəiflədi.Russell 2000 və S&P MidCap 400 yukseldi. Nasdaq, cümə günü Taiwan Semiconductor-un güclü nəticələri ilə süni intellektlə bağlı səhmlərin canlanması fonunda yüksəldi. Netflix kimi müsbət gəlir hesabatları, abunəçi artımı və əməliyyat marjlarının genişlənməsi də indeksi dəstəklədi.Istigrazlar uzre faizler, evlərinin inşası və tikinti icazələrinin azalması ilə yenidən düşdü. ABŞ-ın pərakəndə satışları sentyabrda 0.4% artdı, sənaye istehsalı isə 0.3% azaldı. Bunun əsas səbəbləri arasında Boeing-in istehsalın dayandırılması…
Bakıda Mərkəzi Bank, Azərbaycan Fintex Assosiasiyası və “AndersenLab” şirkətinin təşkilatçılığı ilə “FinEdge: Açıq bankçılıq və açıq maliyyə” mövzusunda tədbir keçirilib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov bildirib ki, Açıq bankçılıq konsepsiyası ölkənin maliyyə sektorunun rəqəmsal transformasiya strategiyasının əhəmiyyətli tərkib hissəsidir. O, bu yanaşmanın daha inklüziv, şəffaf və səmərəli maliyyə ekosisteminin formalaşmasında mühüm rol oynayacağını vurğulayıb. “AndersenLab” şirkətinin təmsilçisi Dmitri Gibert və Gürcüstan Mərkəzi Bankının nümayəndəsi Vasil Şengeliya tədbir iştirakçılarına Açıq bankçılığın inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində həmçinin Açıq bankçılığın tarixi inkişaf yolu və müxtəlif ölkələrdə bu sahəni…
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin yanvar-sentyabr aylarında 10% artaraq 61,7 milyard ABŞ dolları təşkil edib. Bu barədə GDP.az bu barədə Fonda istinadən xəbər verir. Cari ilin əvvəlində ARDNF-nin aktivləri 56 milyard 69,7 milyon ABŞ dolları idi. 2024-cü ilin ilk doqquz ayında ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub. Həmin dövr ərzində fondun neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər 9 milyard 424,1 milyon manat təşkil edib. Mənfəət neftinin və qazın satışından gəlir 8 milyard 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat,…
