- Dünya iqtisadiyyatı son 50 ilin ən böyük enerji böhranı, 20 milyon barellik risk və qlobal inflyasiya ilə üz-üzə – Azərbaycan iqtisadiyyatı üçün fürsətlər və gözləntilər
- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
Author: Aynure Gdp
Bu il ölkədən xaricə satılan təbii qazın 1000 kub-metri 324 dollara (ortalama) ixrac edilib, bu, keçənilki 559 dollarla müqayisədə 42 faiz ucuzdur. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracdakı digər sıxıntı yaradan keçən illə müqayisədə bu il təbii qazın daha ucuz ixracıdır. Bu il ölkədən xaricə satılan təbii qazın 1000 kub-metri 324 dollara (ortalama) ixrac edilib, bu, keçənilki 559 dollarla müqayisədə 42 faiz ucuzdur. Əlavə olaraq keçən ilin eyni dövründə ölkə xaricə 20.42 mlrd. kub-metr təbii qaz satmışdı, cari ildə bu rəqəm 18.73 mlrd. kub-metrə düşüb. Nəticədə ölkənin təbii qazdan gəliri illik müqayisədə 47 faiz azalaraq 6.08 mlrd.…
Azərbaycanın xariclə ticarət balansında uzun müddətli fasilədən sonra aylıq böyük defisit yaranıb. GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayında 1 mlrd. 623.15 mln. dollar ixrac olduğu halda, 1 mlrd. 879 mln. dollar həcmində idxal olub. İdxalın ixracı üstələməsi nəticəsində ticarət balansında 255.86 mln. dollar defisit (mənfi saldo) yaranıb. Uzun müddət idi ki, ölkənin ticarət balansı qalıqla tamamlanırdı. Neft qiymətlərinin yüksəlməsi ilə paralel təbii qaz ixracının artması ixracın güclü artımını təmin etmişdi. İxracın düşməsinə başlıca təsir edən amil neft və qazın həm qiymətlərdəki performansı, həm də ixrac həcminin düşməsindən irəli gəlir. Cari ilin ilk üç rübündə ölkə xaricə…
İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat ayayıb. GDP xəbər verir ki, məlumatda bildirilir: Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC. Məlumat üçün bildiririk ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində…
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 612,2 milyon manatının və yaxud 1,6 %-nin səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,7 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 392,6 milyon manatının və yaxud 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,65 % çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub. GDP xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfertin həcmindən 13,3% və ya 1,7 milyard manat
GDP Azərbaycanın banklarının 2024-cü ilin 3-cü rübü üzrə maliyyə göstəricilərinə əsaslanaraq bankların müsbət və mənfi məqamları nəzərə çatdıraraq, geniş analitik təhlil etməyə çalışıb 1. Ümumi Makroiqtisadi Vəziyyət 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan bank sektorunda maliyyə göstəricilərində ümumilikdə pozitiv dinamika müşahidə olunmuşdur. Bankların əsas gəlir mənbələri olan faiz və qeyri-faiz gəlirlərində əhəmiyyətli artımlar qeydə alınmış, kredit portfelləri böyüməyə davam etmişdir. Ancaq bəzi banklarda depozitlərin azalması və əməliyyat xərclərinin gəlirləri üstələməsi kimi problemlər özünü göstərmişdir. 2. Əsas Bankların Maliyyə Göstəriciləri Aşağıda ən böyük Azərbaycan banklarının maliyyə vəziyyətləri təhlil edilmişdir: Kapital Bank Unibank Yelo Bank ABB (Azərbaycan Beynəlxalq Bankı) PAŞA Bank 3. Problemlər və Çətinliklər…
NEQSOL Holding dünyanın ən böyük titan xammalı istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) sahibi olur. Titan istehsalı qlobal tələbatın davamlı olaraq artması səbəbindən dünyanın diqqət mərkəzindədir. Bu möhkəm və yüngül metal müxtəlif sənaye sahələrində geniş istifadə olunur və aerokosmik sənayesi, yüksək texnologiyalı tibbi avadanlıqların, protezlərin və elektronikanın istehsalı, habelə kimya sənayesi üçün kritik əhəmiyyət daşıyır. NEQSOL Holding-in tərkibində olan “Semin Ukrayna” şirkəti, özəlləşdirmə hərracının nəticəsində “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” SC-nin 100% səhmlərinin alıcısı olub. Bu özəlləşdirmə müqaviləsi Ukrayna Nazirlər Kabineti tərəfindən də təsdiq edilib. “Birləşmiş Dağ-Mədən Kimya Şirkəti” dünyada titan və sirkonium filizinin konsentratlarını istehsal və emal edən…
30 sentyabr 2024-cü il tarixində “Kapital Bank”ın xalis mənfəəti 166 milyon 73 min manat təşkil edib ki, bu da illik müqaisədə 8.76% azalmanın göstəricisidir. Gəlirlərdə artım: Xərclərdə artım: Mənfəətlilik: Kapital Bank 2024-cü ilin 9 ayında əməliyyat həcmini və gəlirlərini artırmağa nail olub. Lakin xərclərin, xüsusilə faiz xərclərinin kəskin artması mənfəətliliyə mənfi təsir göstərib. Bank bazarda payını artırmaq üçün aktiv strategiya yürüdür, ancaq bu, qısamüddətli dövrdə mənfəətliliyin azalması hesabına baş verir. Uzunmüddətli perspektivdə bu strategiyanın effektivliyi bazar payının artması və xərclərin optimizasiyası ilə müəyyən olunacaq. Ümumi artım: Kapital Bankın əsas maliyyə göstəriciləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır.…
Azərbaycan bank sektorunun mənfəətlilik göstəricilərinə baxdıqda, aşağıdakı əsas nöqtələri qeyd etmək olar: Ümumilikdə, Azərbaycan bank sektorunda mənfəətlilik baxımından əhəmiyyətli fərqlər müşahidə olunur. Böyük banklar və bir neçə iri özəl bank bazara hakim olsa da, kiçik və orta ölçülü banklar daha təmkinli nəticələr göstərirlər. Bəzi banklar haqqında məlumatın olmaması tam təhlil aparmağı çətinləşdirir, lakin ümumi mənzərə sektorun müsbət inkişafını göstərir. *Qeyd: Bank BTB üçün göstərilən məbləğ gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmadan hesablanıb.
