- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
Nazirlər Kabineti “Müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması Qaydası”nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, banka ləğvedici təyin edildikdən sonra bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların hesablanması bu Qaydaya uyğun aparılacaq. Gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Mərkəzi Bank “Meta-Kapital” MMC-nin və “Delta Capital” MMC-nin vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankı məlumat yayımlayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Meta-Kapital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Delta Capital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü…
Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq. Bu barədə GDP-yə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.Qeyd edilib ki, 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq. Vurğulanıb ki, bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
Məmmədov Arif Cavanşir oğlu Bank of Baku-nun Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə GDP-yə Bankdan bildirilib. Qeyd edilib ki, Arif aMəmmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. O, bank sahəsində 11 illik peşəkar iş təcrübəsinə sahibdir. Arif Məmmədov Bank of Baku-dakı iş fəaliyyətinə 2013-cü ildə başlayıb və 2018-ci ilə qədər bankın müxtəlif sahələrində çalışıb. 2018-ci ildə Problemli kreditlər departamentində bölmə rəhbəri, 2 il sonra isə eyni departamentin müvafiq şöbəsinin müdiri vəzifəsini icra edib. 2022-ci ildə Alternativ satış kanalları departamentinin Onlayn bankçılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2023-cü ildən indiki təyinatına qədər…
Yanvar-avqust aylarında Azərbaycan 580 min tona yaxın buğda idxal edib. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır. Eyni zamanda, dəyər ifadəsində idxalın həcmi 30,1% azalaraq 128 milyon 362 min ABŞ dolları təşkil edib.
“PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib. O bildirib ki, bank, KOS-lara rəqəmsal məhsul və xidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını daha effektiv və sürətli etməyə şərait yaradır. “Ən çox tələbat rəqəmsal kredit, rəqəmsal faktorinq və rəqəmsal təchizat zənciri maliyyələşdirilməsi məhsullarınadır. “PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir”,-deyə Bəhruz Nağıyev fikirlərini davam…
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “BakıKart”ın mobil tətbiqi 1 aydan çox müddətdir ki, işləmir və bank kartlarından “BakıKart”a pul yükləmək mümkün deyil. Vətəndaşlar tətbiqdəki cüzdan bloklandığı üçün balansdakı puldan istifadə edə bilmirlər. Bu bloklanmadan sonra “Bakı Kart”ın operatoru “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Buna baxmayaraq yenə də “BakıKart”ın mobil tətbiqinin fəaliyyəti bərpa olunmadı. Çox təəssüf ki, 1 aydan çox müddət keçməsinə baxmayaraq vətəndaşların “Bakı Kart” tətbiqindəki vəsaitləri barədə hələ də heç bir məlumat verilmir. 18 sentyabr tarixində “Bakı Kart”ın operatoru “K Group” MMC-yə Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək…
Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki,memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək. Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.
