Author: Aynure Gdp

Azərbaycan Dövlət İqtisad Universiteti və İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunan “Business in Eurasia” adlı blok kurs proqramı çərçivəsində tələbələrin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfəri baş tutub. GDP xəbər verir ki, ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. ARDNF-nin rəhbər heyətinin iştirakı ilə keçirilən infosessiyada tələbələrə Fondun investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, Hasilatın Pay Bölgüsü sazişləri, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında…

Read More

Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.  GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib. O bildirib: ““PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.” Bəhruz Nağıyevin sözlərinə görə,bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. “Faktorinq xidmətləri ilə təchizatçılar mallarının və xidmətlərinin ödənişlərini vaxtında alır, alıcılar isə borclarını bank vasitəsilə ödəyir. Bu, KOS-lara maliyyə…

Read More

Kamala Harris prezidentlik planda açıqlayıb ki, hamıya pul verəcək. GDP xəbər verir ki, Birləşmiş Ştatların xanım prezidentliyə namizədi açıqlamasında qeyd edib, o prezident seçiləcəyi təqdirdə gənc ailələr 6.000 dollar, startaplar 50.000 dollar, ipoteka götürənlər 25.000 dollar alacaqlar. Təkcə bu tədbirlər ABŞ büdcəsinə 1,7 trilyon dollara başa gələcək. Həyata keçirilərsə, inflyasiya və dövlət borcu kəskin şəkildə artacaq. Tarixdə heç vaxt sadəcə pul vermək qərarı yaxşı bir şeyə səbəb olmayıb.

Read More

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin ilk 8 ayı ərzində onlayn şəkildə 32 ədəd qızıl külçə, 47 ədəd qızıl sikkə və 4 ədəd gümüş sikkə məhsulları satıb. Bu barədə GDP-yə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib Məlumata görə sifarişlər ölkə daxilində yaşayan müştərilər tərəfindən edilir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti onlayn şəkildə alınan sikkələrin Bakı və Sumqayıt şəhərlərinə çatdırılması xidmətini də həyata keçirir.

Read More

 “PAŞA Bank” ASC-nin mobil tətbiqində istifadəçilər üçün AÖS ilə köçürmə etmək imkanı yaradılıb. GDP Azərbaycan Respublikasının Mərkəzi bankına istinadən xəbər verir ki, sözügedən funksionallığın yaradılması nəticəsində “PAŞA Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olub. Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “PAŞA Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını…

Read More

Bitcoin sentyabrın sonuna saylı günlər qaldığı müddətdə 64.000 dolları keçərək bir ayın ən yüksək qiymətinə yüksəlib və aydan bu günə qədər qazancını təxminən 10%-ə çatdırıb. GDP xəbər verir ki, treyderlər indi iyulun sonunda baş verənlərə bənzər bitcoin üçün potensial müqavimət kimi 70.000 dollar qiymətini nəzərdən keçirirlər.

Read More

Telegram Durovun həbsindən sonra müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə əməkdaşlığa başlayıb. GDP xəbər verir ki, indi messencerin nümayəndələri təkcə Fransadan deyil, Belçikadan, ABŞ-dan və Cənubi Koreyadan da sorğular haqqında məlumat göndərirlər.Məsələn, Avropa İttifaqı ölkələrindən biri artıq 100-ə yaxın sifarişli qətlin müzakirə edildiyi Telegram qrupunun sorğusuna cavab ala bilib, Le Figaro yazır. Telegram-ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. O, hakimiyyətlə əməkdaşlıqdan imtina etmək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şərik olmaq və s. Daha sonra Durov 5 milyon avro girov müqabilində sərbəst buraxılsa da, hələlik o, Fransanı tərk edə bilmir.

Read More

İnkişaf etmiş ölkələrdə yetişkin əhalinin 60%-dan cox hissəsi şirkət səhmlərinə və fond yatırımına sahibdir. Bu insanlara illik əlavə gəlir təmin edir. Buna səbəb maliyyə savadlılığının yüksək olması və bazar durumudur. Azərbaycanda dəqiq statistika əldə edə bilməsək də bu rəqəmin cox aşağı olduğu dəqiqdir. Son illərdə kapital və investisiya şirkətlərinin aktiv şəkildə istiqraz və səhm bazarında fəaliyyətlərini izləmək mümkündür. Bu o deməkdir ki insanların bu yatırım sahəsinə maraqları artmışdır. Bəs nəyə yatırım edək? Yatırımın bir neçə növü vardır: 1.Daşınmaz əmlak 2.Bank əmanətləri 3.İstiqrazlar 4.Səhmlər 5.Aktiv yatırım 6.Digər yatırımlar Hər bir yatırımın müsbət və mənfi tərəfləri vardır. Gəlin birlikdə gəlir nisbətinə görə…

Read More