- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
Author: Aynure Gdp
Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatını 1,3% artırıb GDP xəbər ki, Səudiyyə Ərəbistanı 2024-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə neft hasilatını 1,3% artırıb, ixracı isə 5,1% azaldıb. İxracın həcmi iyunda gündəlik 6,047 milyon barellə müqayisədə sutkada 5,741 milyon barel təşkil edib. Bununla belə, bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 11,1% azdır. Səudiyyə Ərəbistanının iyulda neft hasilatı iyunda gündəlik 8,83 milyon barellə müqayisədə 8,941 milyon barel olub. İllik ifadədə isə bu göstərici 0,8% azalıb.
AFBİA üzvləri Qazaxıstan Fond Birjasının rəsmiləri ilə kapital bazarlarının inkişafını müzakirə edib
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvləri (AFBİA) və Qazaxıstan Fond Birjası (KASE) nümayəndələri arasında görüş keçirilib. GDP xəbər verir ki, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası məlumat yayımlayıb. Məlumata görə, görüşün məqsədi iki ölkə arasında kapital bazarlarının inkişafı, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq sahələrində yeni perspektivləri müzakirə etmək olmuşdur.
Həmkarlarla və özəl sektor nümayəndələri ilə birgə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak etdik.GDP xəbər verir ki. bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəsmi sosial meaia hesabında yazıb. O bildirib ki, beynəlxalq ticarətin asanlaşdırılması, eləcə də Dünya Bankı Qrupunun “B-Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru üzrə təkmilləşmələrin aparılması istiqamətində görülmüş işlər barədə müzakirələr apardıq. “Bu sahədə dövlət xidmətlərinin keyfiyyətinə dair qanunvericiliyin tənzimləməsi, idxal və ixrac əməliyyatlarının səmərəliliyi üzrə təqdimatları dinlədi”,-deyə Elnur Əliyev əlavə edib.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə yeni sədr təyin edilib. Sığorta şirkətinin sədrinin vəzifəsindən getməsindən sonra səhmdarların Ümumi Yığıncağının qərarı ilə İlkin Mirzəyev Şahin oğlunu İdarə Heyətinin yeni sədri təyin ediblər. Buna qədər İdarə Heyətinin sədri Orxan Əfəndiyev Oqtay oğlu idi. O, buna qədər İcbari Sığorta Bürosunda Maliyyə Departamentinə rəhbərlik edib. Daha öncələr isə lisenziyası ləğv edilmiş “Günay Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, ASS-nin Direkotlar Şurasının yeni sədri Rəşad Əhmədov da İSB-dən gəlib. O, 2024-cü ilin ikinci yarısında qədər İSB-nin icraçı direktoru idi. Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur. © “Report
Donald Tramp Nyu Yorkdakı barda burgerlərin pulunu Bitcoin ilə ödəyib GDP xəbər verir ki, Nyu Yorkda seçicilərlə görüşməzdən əvvəl Tramp kriptovalyuta ilə ödəniş edə biləcəyiniz PubKey barında dayanıb. O, bar sahibinin köməyi ilə pul kisəsinin QR kodunu skan edərək ödəmək üçün bir neçə burger üçün pul köçürüb, sonra onu özü ilə tərəfdarlarına paylayıb. Ödənişi başa vurduqdan sonra o, bunu “tarixi an” adlandırıb. PubKey kriptovalyuta həvəskarları üçün görüşlər və digər tədbirlərə ev sahibliyi edən temalı bardır.
Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib. GDP xəbər verir ki, dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub. Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də, öz növbəsində, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır. Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı…
Hesablama Palatası və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb. GDP bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olan IFAC-ın prezidenti xanım Asma Resmouki ilə görüş keçirib. Görüş zamanı xanım Resmouki Federasiyanın əsas strateji məqsədləri barədə məlumat verməklə təmsil etdiyi qurumun yüksək keyfiyyətli standartların yaradılması və təkmilləşdirilməsi, uçot və hesabatlılığın təşviqi, müvafiq tədqiqatlar aparılması, məqalələrin hazırlanması sahəsində gördüyü işlərdən bəhs edib. V.Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlar və dövlət sektorunda hesabatlılığın gücləndirilməsində ali audit orqanının rolu barədə məlumat verib. Sədr bildirib ki, mühasibat…
