Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankı Faiz dəhlizinin parametrləri haqqında press-reliz yayıb. GDP xəbər verir ki, bu barədə press-relizdə bildirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6%…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir.  GDPXəbər verir ki, müsabiqənin şərtləri aşağıdakı kimidir. – Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər; – Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır; – Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir; – Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır; – Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və…

Read More

Bu gün Bakıda iqlim dəyişikliyinin mənfi nəticələrinə xüsusilə həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış Zərər və Zərərlərin Kompensasiyası Fondunun Direktorlar Şurasının 3-cü iclası işə başlayıb. GDP xəbər verir ki,tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, BMT və digər beynəlxalq təşkilatların, Dünya Bankının, beynəlxalq qeyri-hökumət təşkilatlarının və həmfikir qrupların 200-ə yaxın nümayəndəsi iştirak edir. İclasdan sonra Fondun icraçı direktoru təyin olunacaq. İclasın gündəliyinə həmçinin COP29 zamanı Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunacaq itki və zərərin maliyyə mexanizmləri üzrə yüksək səviyyəli dialoqa hazırlıq daxildir.

Read More

2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15500,0 milyon manat təşkil edəcəkdir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230,0 milyon manat və ya 1,5% çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9% azdır. 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edir.

Read More

Növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12781,0 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6600,0 milyon manatı və ya 18,0 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895,0 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə neft-qaz sektoru üzrədövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə neftsektorundan…

Read More

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçünşəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol,təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni- tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Read More

Baza ssenaridə 2025-ci ildə 4,6% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə isə 3,8 olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,İqtisadiyyat Nazirliyi tərəfindən inflaysiya proqnozunun formalaşdırılmasında beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürüldüyü bildirilir.

Read More

2025-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Beləliklə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir formalaşır.

Read More