- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
- Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
- Brent nefti 92,89 dollara qədər ucuzlaşıb
- ABŞ səhm bazarı həftəyə yüksəlişlə başladı
- Reuters: “ABŞ BƏƏ və Hindistanda Rusiya ilə bağlı daha iki treyderi sanksiya siyahısından çıxardıb”
- Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır
- “PAŞA Maliyyə Holdinqi”nin İdarə Heyətinin sədrinə müavini təyin edilib
Author: Aynure Gdp
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan İtaliya ilə 6 milyard 961 milyon 671,69 min ABŞ dolları əsas ticarət əməliyyatları həyata keçirib ki, bu da ümumi ticarət dövriyyəsinin 22,46%-ni təşkil edir. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,9% azalıb. Məlumata görə ikinci i yerdə 4 milyard 174 milyon 34,37 min ABŞ dolları (pay – 13,47%) ticarət dövriyyəsi ilə Türkiyə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24,5% azdır.Üçüncü yerdə ticarət dövriyyəsi 5,8% artaraq 2 milyard 947 milyon 302,92 min ABŞ dolları (pay – 9,51%) olan…
Braziliya Federativ Respublikası ilə kənd təsərrüfatı sahəsində ilk Anlaşma Memorandumunu imzaladıq. GDP xəbər verir ki, bunu Kənd Təsərrüfatı Naziri məcnun Məmmədov öz sosial şəbəkə hesabında yazıb. O bildilirb ki, G20 Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində həmkarım Carlos Favaro ilə keçirilmiş ikitərəfli görüş nəticəsində kənd təsərrüfatı sahəsində imzalanmış memorandum ölkələrarası mövcud dostluq əlaqələrini daha da genişləndirməsinə xidmət edəcək. Nazirin sözlərinə görə,memorandum özündə elmi və texnoloji yeniliklərin, ekspertlərin, mütəxəssislərin mübadiləsini, birgə müəssisələrin, investisiyaların və digər əməkdaşlıq formalarının təşviqini ehtiva edir. “İmzalanmış memorandumun ölkələrarası ticarət və aqrobiznes investisiyalarının təşviqinə mühüm töhfə verəcəyinə inanırıq”,-deyə Məcnun Məmmədov fikirlərini tamamlayıb.
“BP TAP-dakı payını “Apollo” fonduna satır. GDP xəbər verir ki, “BP Pipelines”ın TAP-dakı qeyri-nəzarət payını qlobal aktiv fondu olan “Apollo”ya 1 milyard ABŞ dollara satmağa razılaşıb. “BP Pipelines” – BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəmərində 20 %-lik paya sahib olan törəmə şirkətidir.
2024-cü ilin yanvar-avqust aylarında nəzarət tədbirləri nəticəsində 186,9 milyon manat məbləğində maliyyə pozuntusu aşkarlanıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, “Auditor xidməti haqqında” qanunun 30 illiyinə həsr olunmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq konfransda deyib. O qeyd edib ki, aşkar edilmiş maliyyə pozuntusundan büdcəyə zərər 64,5 mln. manat, digər pozuntuların məbləği isə 122,4 mln. manat olmuşdur. Hesablanmış büdcəyə zərər məbləğindən 48,9 mln. manatın bərpası, eləcə də əvəzləşdirilməsi üzrə Hesablama Palatasının Kollegiyası tərəfindən təkliflər verilmişdir. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə ehtimal olunan pozuntu məbləği təxminən 8, mln. manatdır. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 7,6 mln. manatı…
Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Energetika Nazirliyindən GDP-yə verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxışı zamanı bildirirb. Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan – Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8…
Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2 dəfədən çox azalaraq 13 milyard 203 milyon 962 min ABŞ dollarından 5 milyard 467 milyon 658 min ABŞ dollarına düşüb. Bunun səbəbi ixracın azalması, eyni zamanda idxalın da artmasıdır. 2024-cü ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424 min ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxal əməliyyatları üzrə 12 milyard 763 milyon 883 min ABŞ dolları ticarət qeydə alınıb. Nəticədə 5 milyard 467 milyon 658 min…
Brent markalı neftin bir barreli 71,57 dollara satılır Neftin qiymətləri ötən həftənin sonundakı artımdan sonra bazar ertəsi səhər bir qədər dəyişdi. Bakı vaxtı ilə saat 09:16-a Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,57 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,04 dollar (0,06%) azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,07 dollar (0,1%) artaraq 68,72 dollar təşkil edib.
