Author: Aynure Gdp

Etalon neft markalarının qiymətləri əvvəlki gün 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə endikdən sonra çərşənbə səhəri yüksəlir. GDP xəbər verir ki, bakı vaxtı ilə saat 8:14-ə Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri bir barel üçün 69,59 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,4 dollar və ya 0,58% bahadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,38 dollar və ya 0,58% artaraq 66,13 dollar təşkil edib.

Read More

ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent neftinin qiyməti ilə bağlı proqnozunu 82,8 dollar/barelə endirib. GDP xəbər verir ki, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 84,44 dollar/bareldən 82,8 dollar/barelə qədər,aşağı salıb. 2025-ci il üçün proqnoz 85,71 dollar/bareldən 84,09 dollar/barelə qədər aşağı salınıb. Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, avqustda Brent kotirovkaları nisbətən dar diapazonda olub, ayın orta qiyməti 82 dollar/barel olub. Sentyabrın əvvəlində neft qiymətlərində müşahidə edilən kəskin enişin davam etməsinə baxmayaraq, ABŞ Energetika Nazirliyi OPEC+-ın hasilatın artırılmasını təxirə salmaq qərarına görə ilin sonuna kimi qiymətlərin artacağını proqnozlaşdırır. Agentlik analitiklərinin fikrincə, bu, dünya neft…

Read More

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir. GDP “The Evening Standard”ın London nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib. Məlumat üçün deyək ki, NCA Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağında qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinqdən çox məbləğ xərclədiyini üzə çıxardıqdan sonra məsələ ilə bağlı araşdırma açılmışdı. Nəşrin xəbərinə görə, indi Zamirə Hacıyevanın həmin qızıl-zinət əşyalarını…

Read More

JPMorgan Chase & Co. analitiklər qrupu hesab edir ki, Amerika fond bazarına sərmayə qoyan investorlar zəifləyən ABŞ iqtisadiyyatı fonunda portfeldə müdafiə sektorundan olan qiymətli kağızların payını artırmalıdır. Mütəxəssislərin fikrincə, daha qısa müddətə malik dövlət borc qiymətli kağızlarının gəlirliyi uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyindən daha çox azalır. Bu, adətən bazarın iqtisadiyyatı stimullaşdırmaq üçün Federal Ehtiyatın tezliklə faiz dərəcələrini azaltmasını gözlədiyini göstərir. “Fed-in yumşaldmağa başladığı son səkkiz dəfədən dördü yumşaq enişlə, digər dördü isə tənəzzüllə izlənilib”,-deyə ekspertlər bildirib. Bundan əlavə, faiz dərəcələrinin endirilməsinin başlanmasından sonrakı ilk aylarda tənəzzülün olub-olmamasından asılı olmayaraq, tsiklik səhmlərin digər şirkətlərin qiymətli kağızlarından geri qaldığını vurğulayan ekspertlər. Buna görə…

Read More

Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib. GDP İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir ki, müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub. Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.

Read More

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupu”nun növbəti iclası keçirilib.GDP xəbər verir ki, “Webex” platforması üzərindən keçirilən iclasda işçi qrupunun cari ildə fəaliyyət planının birinci yarımilliyi üzrə görülmüş işlər müzakirə edilib və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükü, borc dinamikası, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasın əsas müzakirə mövzusu olub.

Read More

11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə, “Nağd pul ofisi” 13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı fəaliyyətini dayandıracaq. Qeyd edək ki, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2024-cü il tarixli Qərarı ilə “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Qeyd edək ki, “Multi Solutions” MMC 2002-ci ildə təsis edilib və 500 010 manat nizamnamə kapitalı var.

Read More

Azərbaycanda 270 milyondan çox istifadəçisi olan kriptovalyuta əməliyyatları üzrə dünyanın ən böyük platforması Binance – birgə “Binance Akademiya”nın yaradılması planlaşdırılır. GDP xəbər verir ki, bunu “4SIM Azerbaijan”-in baş icraçı direktoru Fariz Cəfərov jurnalistlərə bildirib. O bildirib: ” Binance-la insanların maarifləndirilməsi, investisiya qoyarkən nələrə diqqət etməsi, blokçeyn üzərindən həm dövlət xidmətlərində, həm bizneslərdə müəyyən texnologiyaların tətbiqi ilə yeni xidmətlərin yaranması və s istiqamətində birgə əməkdaşlıq edəcəyik”

Read More

8 ay ərzində ölkədə 33 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 18,1 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. GDP Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 milyard kubmetr artımla qaz hasil edilib. Məlumata görə, bu dövrdə xaricə qaz satışı 16,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur. Avropaya 8,4 milyard kubmetr, Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 milyard kubmetr qaz nəql…

Read More