Author: Aynure Gdp

İqtisadi İnkişaf Nazirliyi 2024-cü ildə neft və qaz ixracı proqnozunu artırıb GDP xəbər verir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi 2024-cü il üçün neft və qaz ixracı üzrə proqnozunu 17,4 milyard dollar artıraraq 239,7 milyard dollara çatdırıb. Belə ki, nazirlik bu il Rusiya neftinin orta ixrac qiymətinin 70 dollar/barelə yüksələcəyini gözləyir ki, bu da aprel ayı üzrə proqnozdan 5 dollar yüksəkdir. Qaz ixrac qiymətləri ilə bağlı proqnoz həm Avropa, həm də Çin üçün də artırılıb.

Read More

ARDNF-nin səhm portfelinin tərkibində “İntel” şirkətinin 31 milyon dollarlıq səhmləri var. Bu səhmlər ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,2 faiz təşkil edir. GDP Intel səhmlərinin qiymət dəyişikliyi və ARDNF-nin potensial itkilərini təhlil edib. Qeyd edək ki, bu hesablamalarda, ARDNF-nin səhmləri ən yüksək qiymətdə aldığını fərz edilib. Əgər ortalama alış qiyməti daha aşağı olubsa, real itki daha az ola bilər. Eyni zamanda İntel səhmlərinin fondun ümumi portfelində kiçik bir paya (0.2%) sahib olması, ümumi risk səviyyəsini məhdudlaşdırır. ARDNF kimi böyük fondlar adətən uzunmüddətli investisiya strategiyası izləyirlər və qısamüddətli bazar dalğalanmalarına dözümlüdürlər. Müəllif: Aynur Qəniyeva

Read More

Bank of America (BofA) 2025-ci ildə neft qiymətləri ilə bağlı proqnozunu aşağı salıb. Bank of America-nın analitikləri iqtisadi artımın yavaşlamasını və daha böyük ehtiyata səbəb olacaq zəif tələb proqnozlarını əsas gətirərək, gələn il üçün benchmark xam neft qiymətləri ilə bağlı proqnozlarını azaldıblar. Ekspertlər indi Brent markalı neftin əvvəllər gözlənilən 80 dollar/bareldən orta hesabla 75 dollar/barel olacağını gözləyirlər. WTI üçün proqnoz bir barel üçün 75 dollardan 71 dollara endirilib. “Bazar, ehtimal ki, bu rübdə neft balansları üçün ən sıx dövrünü yaşayır və ABŞ-ın ehtiyatları sürətlə azalsa da, qlobal enişlər təsir edici deyil”,- deyə bildirib BofA. Analitiklər gələn il OPEC-ə daxil olmayan…

Read More

Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində sosial sahənin idarəedilməsi ilə bağlı koordinasiya görüşü keçirilib. GDP SOCAR-a istinadən xəbər verir ki, görüş şirkətin aparat rəhbəri Hafiz Zeynalovun və aidiyyəti məsul şəxslərin iştirakı ilə baş tutub. Görüşdə aparat rəhbəri bu sahənin SOCAR üçün əhəmiyyətindən danışıb, bu xüsusda qarşıya qoyulan hədəflər, strateji layihələr, əməkdaşların rifahının artırılması, habelə sosial tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı məlumat verib. İştirakçıların sualları cavablandırılıb, təqdimat dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Read More