Author: Aynure Gdp

WSJ ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama verib. ABŞ administrasiyası uzun illər ərzində Venesuelanın neft sənayesində üstünlük təsis etməyi, oradan Rusiya və Çini çıxarmağı və bununla da neftin qiymətini arzulanan səviyyə olan barrelə 50 dollara çatdırmağı planlaşdırır, mənbələr bildirir. Onların sözlərinə görə, nəzərdən keçirilən plan ABŞ-ın Venesuelanın dövlət neft şirkəti PdVSA üzərində müəyyən nəzarəti təsis etməsini, o cümlədən onun neft hasilatının böyük hissəsini satın almasını və satmasını nəzərdə tutur. Belə bir halda ABŞ, öz ərazisindəki və amerikan şirkətlərinin nəzarət etdiyi digər ölkələrdəki yataqları nəzərə alaraq, Qərb yarımkürəsindəki neft ehtiyatlarının böyük hissəsinə nəzarət əldə edə…

Read More

ABB-nin törəmə maliyyə təşkilatı “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr seçilib. GDP xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarı ilə bu vəzifəyə Aqşin Əmirov təyin edilib. Aqşin Zəkaray oğlu Əmirov 1978-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsini bitirib. 2013–2014-cü illərdə Böyük Britaniyada yerləşən “London Business School”-da MBA dərəcəsi alıb. 2004–2016-cı illərdə “Bank Respublika” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2007–2016-cı illərdə bankın İdarə Heyətinin üzvü və sədr müavini olub. 2016-cı ildən etibarən ABB-nin İdarə Heyəti sədrinin müavini, bankın Baş risk inzibatçısıdır. Xatırladaq ki, “ABB-İnvest” 2020-ci ilin iyun ayında ABB (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən yaradılıb. Şirkətin…

Read More

2025-ci ilin yanvar-dekabr ayları ərzində  Bakı Fond Birjasında (BFB) həyata keçirilən ticarət əməliyyatlarında əvvəlki illə müqayisədə həm ümumi həcmdə, həm də əməliyyat sayında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuşdur. Kapital bazarında ümumi ticarət həcmi 2024-cü ildəki 71,156,813,220 manatdan 2025-ci ildə 63,823,560,346 manata düşərək, 7,333,252,874 manat və ya 10.3% azalmışdır. Əməliyyatların ümumi sayı isə 71,730-dan 29,585-ə enərək 42,145 əməliyyat və ya 58.8% azalmışdır. Dövlət Qiymətli Kağızları (DQK) Bu kateqoriyada ticarət həcmi 5,875,695,950 manatdan 9,288,188,552 manata yüksələrək 3,412,492,602 manat və ya 58.1% artmışdır. Əməliyyatların sayı isə 2,306-dan 812-yə düşərək 1,494 əməliyyat və ya 64.8% azalmışdır. İlkin bazarda 2025-ci ildə ticarət həcmi 31,270,789 manat və…

Read More

Tramp bəyan edib ki, ABŞ sanksiyalar səbəbilə dondurulmuş Venesuelaya məxsus 50 milyon barelədək nefti emal edib satacaq. GDP xəbər verir ki,Çin bu addımı beynəlxalq hüququn pozulması və öz maraqlarına birbaşa zərbə kimi dəyərləndirərək kəskin tənqid edib. Bildirilib ki, Çin Venesuela ilə “neftə qarşı kredit” və digər sazişlər çərçivəsində həmin neftin böyük bir hissəsini artıq maliyyələşdirib. Trampın planlarına görə, bu razılaşmalar nəzərə alınmadan, neft müsadirə olunaraq ABŞ neft emalı zavodlarına göndəriləcək. Bu isə Çin üçün milyardlarla dollar itki deməkdir. Tramp “The New York Times”a müsahibəsində bildirib ki, ABŞ-ın Venesuela üzərindəki nəzarəti illərlə davam edə bilər və ölkə artıq Venesuela neftinin satışından…

Read More

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. GDP xəbər verir ki, 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olmuş Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsini almışdır. Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə, 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. 2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyətini…

Read More

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib. GDP xəbər verir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib. U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat…

Read More

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə  2024-cü ildə ölkə üzrə 95.741 ədəd yeni nəsil NKA quraşdırılıbsa, 2025-ci ildə bu rəqəm 110.518-ə yüksəlib. GDP xəbər verir ki, bu, 14.777 ədəd və ya 15,4 faiz artım deməkdir. Artım tempi göstərir ki, sahibkarlar arasında yeni texnologiyaya keçid prosesi sürətlənir və bu da uçot və hesabatlılığın keyfiyyətinə müsbət təsir göstərir. Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyədə də nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, 2025-ci ildə bu aparatlarla rəsmiləşdirilən dövriyyə 28 milyard 162 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3 milyard 600 milyon manat və ya 14,8 faiz çoxdur.

Read More

“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar – Çinin “BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters” şirkətləri cəlb edilib. Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: “Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə…

Read More

2024–2025-ci illər üzrə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaların müqayisəsi göstərir ki, 2025-ci ildə ümumi vergi daxilolmaları 16,3535 milyard manata çatıb. GDP xəbər verir ki, Bu rəqəm 2024-cü ilin faktiki göstəricisi olan 15,808 milyard manatla müqayisədə 0,5455 milyard manat artım deməkdir və təxminən 3,5% yüksəlişə bərabərdir. Başqa sözlə, büdcəyə daxil olan vergi vəsaitində ümumi artım müşahidə olunsa da, bu dinamikanın əsas mənbəyi sektorlar üzrə fərqli istiqamətdə formalaşıb. Sektoral bölgüdə ən diqqətçəkən dəyişiklik qeyri-neft-qaz sektorunda qeydə alınıb. Belə ki, 2024-cü ildə bu sektordan büdcəyə təxminən 11,0274 milyard manat daxil olduğu halda, 2025-ci ildə göstərici 12,006 milyard manata yüksəlib. Nəticədə…

Read More

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı  ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb. İSB-nin yaydığı məlumatda bildirilir ki, ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib. Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib: İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi, Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması, Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası.  ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə…

Read More