Author: Aynure Gdp

Apple gələn ildən etibarən satılan bütün iPhone modellərində Cupertino şirkətinin aşağı səviyyəli modelləri üçün istifadə etməyə davam etdiyi maye kristal displeylər (LCD) əvəzinə orqanik işıq yayan diod (OLED) displeylərdən istifadə edəcək. GDP xəbər verir ki,LCD displeylərdən imtina iki yapon təchizatçısı olan Japan Display (JDI) və Sharp ilə işgüzar əlaqələrin dayandırılmasına səbəb olacaq. Bu iki şirkət on il əvvəl iPhone ekranlarının ümumi 70 faizinə sahib idi, lakin Apple son illərdə qiyməti aşağı olan modellərdən başqa bütün modellərin ekranını OLED-ə keçirdi. Cənubi Koreya və Çin OLED displey istehsalında liderlik edir və Apple artıq Çin firması Boe Technology Group və Cənubi Koreyanın LG…

Read More

Türkiyə Mərkəzi Bankının yeni riskləri və problemləri var. GDP xəbər verir ki, Türkiyədə inflyasiya avqust ayında da yavaşlamağa davam edib – ölkənin Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, illik ifadədə inflyasiya, bir ay əvvəlki 61,78%-dən sonra ilin minimumu 51,97% təşkil edib. Göstərici ardıcıl üçüncü aydır ki, davamlı şəkildə azalır və Türkiyə Mərkəzi Bankının inflyasiya ilə mübarizədəki aralıq uğurlarını qeyd edir. Bu uğurlar artıq daxil olan statistik rəqəmlərdə də özünü göstərir – 2024-cü ilin ikinci rübündə ölkənin ÜDM-i pandemiyadan sonrakı minimum, yanvar-mart aylarında 5,3% artımdan sonra 2,5% artıb. Belə şəraitdə İdarə Heyətinin növbəti iclaslarında tənzimləyici inflyasiya riskləri ilə mübarizə və sabit iqtisadi…

Read More

Neft qiymətlərinin enişi bu gün axşam saatlarında güclənib. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 19:21-də 3,32 dollar (4,28%) ucuzlaşaraq 74,2 dollar/barelə bərabər olub. Brent nefti bu il ilk dəfə olaraq bir barel üçün 75 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 2,78 dollar (3,78%) azalaraq 70,77 dollar/barelə bərabər olub.

Read More

İyulda dünya mərkəzi bankları 37 ton qızıl alıb. GDP xəbər verir ki, ən irihəcmli alıcılar Polşa Mərkəzi Bankı 14,3 ton, Özbəkistan Mərkəzi Bankı 9,6 ton və Hindistan 5,4 ton olub. Məlumata görə qlobal mərkəzi banklar son aylarda qızılın yığılmasına sadiq qaldılar. Qızılın qiyməti yeni zirvələrə qalxmağa davam etdiyi üçün ümumi tələb səviyyələri soyusa da, buna baxmayaraq, müsbət olaraq qaldı.

Read More

Kiyev 2025-ci il yanvarın 1-dən Rusiya nefti və qazının Avropaya tranzitini dayandıracaq, lakin bunu başqa ölkələrdən həyata keçirməyə hazırdır. GDP xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, xüsusilə Qazaxıstan və Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, hansısa Avropa ölkəsi Qazaxıstandan və ya Azərbaycandan qaz almağı zəruri hesab edərsə, Ukrayna “onu nəql etməyə hazırdır”. Bunun üçün “Ukraynanın keçid rolunun ayrıca göstəriləcəyi müvafiq logistika, sorğu, müqavilə razılaşmaları olmalıdır”, – Podolyak əlavə edib

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məlumat yayıb. GDP xəbər verir ki, fond tərəfindən 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fondun avqust ayında valyuta satışı iyul ayı ilə müqayisədə 63,3 milyon ABŞ Dolları və ya 7,7% azalıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları…

Read More