Author: Aynure Gdp

Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan, “Kristal Abşeron” MTK ilə birgə çalışan “Kristal Bakı” ASC-nin yığılmış zərəri 30 milyon manatdan çoxdur. Diqqəti cəlb edən, 445 milyon manat cəmi aktivləri malik olan “Kristal Bakı” şirkətinin ötən il mənzillərin tikintisi və satışı fəaliyyətindən cəmi 52 min manat gəlir əldə etməsidir.  “Kristal Bakı” ASC 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin yığılmış zərəri 30 milyon 131 min manat təşkil edib. Şirkətin cəmi kapitalı mənfi 30 milyon 121 min manat…

Read More

Gələn il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. Şavkat Mirziyoyev deyib ki, bunu ciddi nəticələrlə möhkəmləndirməlidirlər. Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistanda iqtisadi kooperasiyalar yaradılmasını, 20 prioritet istiqamət üzrə çalışılmasını təklif edib: “Ticarət dövriyyəsini artırmalı və sənaye kooperasiyasında yeni mərhələyə keçilməli, o cümlədən üçüncü ölkədə birgə layihələr həyata keçirilməlidir. Bizim görüşümüzdə dəyəri 2 milyard dollardan artıq olan perspektiv layihələr barədə danışdıq. Bu gün həmin layihələrin reallaşması barədə biznes nümayəndələrimiz geniş müzakirələr apardılar. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu da effektiv çalışır. Əgər layihələr olarsa, bu Fond da genişləndirər”.

Read More

Biz Prezident İlham Əliyevlə razılaşdıq ki, ayrıca yol xəritəsi qəbul edək, regionların üçüncü forumunu keçirək, turizm kompleksləri yaradaq. Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. Şavkat Mirziyoyev deyib ki, son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənib: “Parlamentlər, nazirliklər arasında əlaqələr genişlənib. Hökumətlərarası komissiyaların iclasları mütəmadi keçirilir, forumlar, sərgilər təşkil olunur. Çox şadam ki, Prezident İlham Əliyev bizim görüşümüzə Azərbayсanın biznes liderlərini dəvət edib. İnanıram ki, bunun çox ciddi nəticələri özünü çox gözlətməyəcək”.

Read More

Alibaba avqustun 28-də Honq-Konq listinq statusunu əsas səviyyəyə yüksəldəcək GDP xəbər verir ki, Çinin internet nəhəngi Alibaba Group Holding Honq-Konq Birjasındakı listinq statusunu “əsas” səviyyəsinə yüksəldərək, şirkətə Çinin yerləşdiyi regiondan milyardlarla dollar investisiya cəlb etməyə kömək edəcək. Alibaba səhmdarları avqustun 28-də listinqin dəyişdirilməsi planını təsdiqləyiblər, şirkətin açıqlamasında bildirilir. Bu, sizə Stock Connect proqramına (Hong Kong Fond Birjası ilə Şanxay və Şençjendəki saytlar arasında ticarət sxemi) daxil olmaq imkanı verəcək. Bu plan ilk dəfə iki il əvvəl müzakirə edilib, lakin ABŞ və Çin arasında artan gərginlik səbəbindən inkişaf etməyib. Alibaba səhmləri Nyu-York Fond Birjasında da satılır.

Read More

Azərbaycanda özəl bank kimi ən iri aktivlərə və eləcə də xidmət şəbəkəsinə malik “Kapital Bank” ASC-nin səhmdarlarına bölüşdürülməmiş mənfəətindən dividend ayrılacaq. Bu barədə İdarə Heyətinin sədri Fərid Hüseynovun səhmdarlara ünvanlandığı məktubda bildilir Məktubda bildirilir ki, 26 sentyabr 2024-cü il, saat 11:00-da səhmdarların Ümumi Yığıncağı keçirləcək. Yığıncağın məsələsinə yalnız 2023-cü ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi müzakirə ediləcək. Kənar audit “E&Y”-nin verdiyi rəyə əsasən, 2023-cü ildə 304 milyon manat xalis mənfəət əldə edib. Bununla da cari ilin əvvəlinə onun kapitalında 824 milyon manat bölüşdürülməmiş mənfəət olub. Bank son iki ildə səhmdarlara müvafiq olaraq 153 milyon və 171 milyon manat dividend…

Read More

Azərbaycan nefti cüzi ucuzlaşıb Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,15 % azalaraq 79,4 ABŞ dolları təşkil edib.

Read More

2024-cü il 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686,1 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borc portfelinin 35,0%-i (və ya 1 milyard 876 milyon dollar) Asiya İnkişaf Bankının, 25,9%-i avrobondların, 16,7%-i Dünya Bankının, 22,4%-i isə digər…

Read More

Neft qiymətləri bir qədər bahalaşıb. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan vəziyyətə görə bir barel üçün 77,27 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar və ya 0,06% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,05 dollar və ya 0,07% artaraq bir barelə görə 73,06 dollar olub.

Read More

Neft kotirovkaları əvvəlki dörd sessiyanın nəticələrindən sonra (yanvardan bəri minimumlara) endikdən sonra cümə axşamı yuxarıya doğru korreksiya edir. Bazar ABŞ Energetika Nazirliyinin ötən həftə ölkədəki kommersiya neft ehtiyatlarının 4,65 milyon barel azaldılması ilə bağlı məlumatları ilə dəstəklənib. London ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 18:19-a qədər 1,29 dollar və ya 1,7% artaraq bir barel üçün 77,34 dollar olub. Nyu-York əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 1,23 dollar və ya 1,7% artaraq bir barelə görə 73,16 dollara çatıb.

Read More