- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
Author: Aynure Gdp
Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. GDP xəbər verir ki, fərmana əsasən, Agentliyin fəaliyyət istiqamətləri sırasına yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək əlavə edilib. Eyni zamanda Agentliyin vəzifələri artırılıb və aşağıdakı yeni vəzifələri müəyyən edilib: – Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək; – taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək; – Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında…
Bu gün Prezident İlham Əliyev bəzi fərmanda və sərəncamda dəyişiklik edilməsi barədə fərman imzalayıb. GDP xəbər verir ki, fərman ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aşağıdakı yeni səlahiyyətlər verilib: – tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; – Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək; – yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi…
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Birgə İnvest” MMC nizamnamə kapitalını azaltdığını elan edib. GDP xəbər verir ki, “Birgə İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 3 220 000.00 manat dəyərindən 3 195 075.10 manat dəyərinə qədər azaldığını elan edib. Xatırladaq ki, “Birgə İnvest” 2019-cu ilin noyabr ayında “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumun KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2023-cü ili 162 milyon 917 min manat xalis zərər ilə başa vurub. Agentlik 2022-ci ili 136 milyon 157 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il Dövlət Məşğulluq Agentliyinin xalis zərəri 26 milyon 760 min manat və ya 19,7% artıb. Dövlət Məşğulluq Agentliynin 2023-cü il üzrə maliyyə hesabatında əsas gəlirlər barədə məlumat verilməyib. Yalnız ötən il Agentliyin 4 min 212 manat maliyyə gəliri əldə etdiyi göstərilib. Hesabata görə, ötən il Dövlət Məşğulluq Agentliynin cəmi əməliyyat xərcləri 163 milyon 22 min manat, vergidən əvvəlki zərəri 162 milyon 915 min manat təşkil edib. …
Raiffeisenbank sentyabrın 2-dən fiziki şəxslərə valyuta köçürmələrini dayandıracaq GDP xəbər verir ki, sentyabrın 2-dən etibarən Raiffeisenbank, Avropa Mərkəzi Bankının (ECB) əsas Raiffeisen Bank International (RBI)-a tövsiyələri ilə əlaqədar fiziki şəxslərə xarici valyutada pul köçürmələrini dayandıracaq, bankın müştəriləri İnterfaksa dəstək xidmətinin cavabını təqdim ediblər. . “2024-cü il sentyabrın 2-dən etibarən Raiffeisenbank artıq bütün kateqoriyalı fərdi müştərilər üçün xarici valyutada gedən köçürmələri həyata keçirə bilməyəcək. Məhdudiyyət ECB-nin sərəncamı ilə əlaqədar RBI qrupunun qərarına uyğun olaraq tətbiq edilib. Biz Bu vəziyyət maliyyə planlarınızı pozarsa, üzr istəyirik, lakin biz bu qərara təsir edə bilmərik”, – deyə bankın müştəri dəstəyi bildirib. Bank qeyd edib ki,…
Azərbaycanda inflyasiya 2024-cü ildə Mərkəzi Bankın (4±2%) hədəf diapazonuna yaxın olaraq qalacaq. Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətindən bildirilib. FS bu il üzrə ölkədə orta illik inflyasiyanı 2,5%, 2025-ci il üzrə isə 3,5% proqnozlaşdırdığını açıqlayıb. “Fitch Solutions” analitikləri qeyd ediblər ki, orta illik inflyasiya bu ilin ilk dörd ayında 1,2%-ə enib. Azərbaycanın enerji ixracatçısı olması qlobal neft qiymətlərindəki dəyişikliklərin daxili yanacaq qiymətlərinə təsirini neytrallaşdırır. Bununla belə, qlobal inflyasiyadakı dəyişikliklər idxal kanalı vasitəsilə daxili iqtisadiyyata təsir edə bilər. Mənbə:APA
Çinin Qingdao şəhərində nəhəng neft platforması işə salınıb. GDP xəbər verir ki, platformanın tikintisi təxminən 3 il davam edib, çəkisi 17 min tondur, hündürlüyü isə 24 mərtəbəli binanı üstələyir. Platforma Səudiyyə Ərəbistanının şelfinə göndəriləcək. O, işlədiləcəyi ərazidə yerləşdirilməsi üçün təxminən 6,5 min dəniz mili qət etməli olacaq. Platforma eyniadlı Mərcan yatağının işlənməsi üçün nəzərdə tutulduğu üçün “Mərcan” adlandırılıb. Bu nəhəng strukturun köməyi ilə ildə 24 milyon tondan çox neft və 7,5 milyard kubmetr qaz hasil etmək mümkün olacağı planlaşdırılır.
Azərbaycan manatı ölkə müstəqillik əldə etdikdən sonra 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılıb. GDP-nin məlumatına görə,əvvəlcə müxtəlif nominallı əskinas və sikkələr, habelə rubllar dövriyyədə idi. 2005-ci ildə valyutanın denominasiyası həyata keçirildi, nəticədə köhnə manatlar yeniləri ilə əvəz olundu və 1 yeni manat 5000 köhnə manata bərabər oldu. Yeni manat Avstriyanın OeBS şirkəti tərəfindən hazırlanıb və İsveçrə Milli Bankının dəstəyi ilə çap edilib.
Sentyabrda şokoladın qiymətləri kəskin artacaq. GDP xəbər verir ki,istehsalçılar kakao paxlasının maya dəyərinin azalmasına baxmayaraq, qiymətlərin 40-50% indeksləşdirilməsi barədə xəbərdarlıq ediblər. Sentyabrın 1-dən etibarən Mars barları, Twix, Snickers və digər Mars məhsullarının qiymətləri 15-20% artacaq. İstehsalçı xəbərdarlıq edib ki, Extra Cacao xəttindən Ritter Sport şokoladının qiymətləri dərhal 40%, Extra Nuts xəttindən isə 27% artacaq.
İran Mərkəzi Bankının və bir sıra digər bankların əsas sistemi sındırılıb. GDP xəbər verir ki, İran Mərkəzi Bankı və digər banklar geniş yayılmış kiberhücumdan sonra böyük fasilələrlə üzləşir.Bildirilir ki, hücum bank əməliyyatlarında və vətəndaşlara xidmətdə ciddi fasilələrə səbəb olub. Bu, ölkə tarixində İran infrastrukturuna qarşı ən böyük kiberhücumlardan biri ola bilər. Bu, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq Tehranın İsrailə hücumla hədələməsindən sonra regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Son illərdə İsrail yanacaqdoldurma məntəqələri, dəmir yolları və hətta nüvə obyektləri də daxil olmaqla, İran infrastrukturuna silsilə kiberhücumlara görə hesab olunur.
