- Azərbaycan, Qazaxıstan və Belarus Rusiyadan çay idxalında liderdir
- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
Author: Aynure Gdp
2024-cü ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton6 təşkil edib ki, da ötən rüblə müqaisədə 0.3 milyon ton6 yaxud 7.1% azdır. GDP xəbər verir ki, hesabat dövründə ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton5 xam neft hasil olunub ki, bu da birinci rübün müvafiq göstəricisi ilə müqaisədə 0.1 milyon ton yaxud 1.3%azdır.
Unibank KB yeni strategiyasına uyğun olaraq ilin əvvəlindən etibarən biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqda davam edir. Biznes üzrə inkişaf templəri ümumi portfelin həcmində biznes kreditlərinin artımında da özünü göstərir. Bankda bu günlərdə Mikro kreditləşmə sahəsinin satış Mərkəzinin yaradılması isə “Unbank”ın biznes məhsulları və xidmətlərinin mikro və kiçik sahibkarlar üçün daha da əlçatan olmasına imkan verəcək. Bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib. Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov bankçılıq sektorunda 17 ilə yaxındır ki fəaliyyət göstərir. Bu təyinatadək o, Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb. Bəxtiyar Bəxtiyarov yerli və bir sıra nüfuzlu xarici universitetlərdə təhsil alıb. Türkiyənin Boğaziçi…
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi AIKGF və Cənub Qaz Dəhlizinin avrobondlarının reytinqini “BBB-” səviyyəsinə yüksəldib. GDP xəbər verir ki, agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) təmin olunmamış avrobondlarının uzunmüddətli xarici valyutada reytinqini “BB+”dan “BBB-”-yə yüksəldib. Reytinq tədbirləri Azərbaycanın IDR-nin “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilməsindən sonra həyata keçirilir.
2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2%-i fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. GDP xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid və ya 6,3%, o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid və ya 6,1%, hüquqi şəxslərin sayı 13.810 vahid və ya 7,4% artıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin iyulun 1-i vəziyyətinə müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton2 neft hasil olunub ki, bu ötən rüblə müqaisədə dəyişməz qalıb. Hesabat dövründə şirkətin əsas payçısı olduğu yataqlardan 1,8 milyard kubmetr3 qaz hasil olunub. GDP xəbər verir ki, ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr4 təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib. GDP Dövlət Statistika Komotəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar…
2024-cü ilin yanvar-iyun aylarında Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22169,2 milyon ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 168 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunub. Hesabat dövründə ticarət dövriyyəsinin 13302,0 milyon dollarını və ya 60,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 8867,2 milyon dollarını (40,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4434,8 milyon dollar məbləğində müsbət…
2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox investisiya yönəldilib. GDP xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi…
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 % təşkil edib. GDP xəbər verir ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,0 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 faiz təşkil edib. 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz,yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. GDP Dövlət Statistika Komitəsinə İstinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artmışdır. ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0…
