- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçında 91 fərdi yaşayış binasının tikintisi ilə bağlı tender keçirib. GDP xəbər verir ki, tenderin qalibi olan “Minera” MMC ilə 21,5 milyon manatlıq müqavilə bağlanıb. Bu o deməkdir ki, Laçın rayonunun Bəylik kəndində ev tikintisinə 236 min manatdan çox vəsait xərclənəcək və bu qiymətə torpağın dəyəri də daxildir.
Ötən həftə ABŞ-da neft hasilatı bir il əvvəl gündəlik hasil edilən 12,6 milyon bareldən 800 min barel artaraq, gündəlik 13,4 milyon barellə rekord həddə çatıb. GDP xəbər verir ki, bu yeni hasilat rekordu, Enerji İnformasiya Administrasiyası (EIA) mart ayında ABŞ-ın hər hansı digər ölkədən daha çox xam neft hasil etdiyini elan etdikdən bir neçə ay sonra müəyyən edilib. ABŞ-da neft hasilatı artmağa davam etdikcə, Enerji İnformasiya Administrasiyas qlobal istehlakın da artacağını proqnozlaşdırır, baxmayaraq ki, qaz istehlakının artımının dayanacağı gözlənilən Çində iqtisadi yavaşlama səbəbindən əvvəllər gözləniləndən bir qədər yavaş templə.
Azərbaycan Mərkəzi Bank (AMB) cari ilin iyul ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb. GDP AMB-yə istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayında Azərbaycanda ən çox şikayət edilən bank 3.25 indeksi ilə “Bank of Baku” seçilib. Qeyd edək ki, indeksdə yer alsın növbəti banklar sırasında “Yapı Kredi Azərbaycan”dır. Digər banklar üzrə göstəricilər isə aşağıdakı kimidir:
Misir və BƏƏ-nin Aralıq dənizində yerləşən neft limanları vahid mərkəzdə birləşdiriləcək. GDP xəbər verir ki, Misir və BƏƏ hakimiyyətləri Aralıq dənizində neft ticarəti üçün yeni logistik zonanın yaranması ilə bağlı razılığa gəliblər. Tərəflər layihəyə 3 milyard dollara qədər investisiya qoymaq niyyətindədirlər İki ölkə neft ticarətində tərəfdaşlığı nəzərdə tutan memorandum imzalayıb. BƏƏ-nin Füceyrə bölgəsindəki obyektlərin, eləcə də Misirin Əl-Hamra neft limanının vahid mərkəzdə birləşdirilməsi planlaşdırılır. Qeyd olunur ki, BƏƏ Misir iqtisadiyyatı üçün mühüm investordur; tərəflər turizm sektorunda fəal əməkdaşlıq edirlər
Mərkəz biznes, hökumət və cəmiyyətdə rəqəmsal transformasiyaya və səmərəliliyin artırılmasına töhfə verən 60 təşəbbüsün həyata keçirilməsini hədəfləyir. GDP xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin rəhbəri Fariz Cəfərov “Euronews” telekanalına müsahibəsində deyib. O bidirib: ” Dördüncü Sənaye İnqilabında istifadə olunan əsas texnologiyalar – qarşılıqlı əlaqə, Əşyaların İnterneti (IoT), süni intellekt (AI), böyük verilənlər, blokçeyn və məlumatların idarə edilməsi – və onların idarəetmə, idarəetmə və istehsala transformativ təsirindən danışır. “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” proqramına uyğun olaraq, Mərkəz biznes, hökumət və cəmiyyətdə rəqəmsal transformasiyaya və səmərəliliyin artırılmasına töhfə verən 60 təşəbbüsün…
Beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə görüş keçirilib Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, Komitənin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə DGK-nın, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının və 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər. Görüş gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi…
«BAZARSTORE» digər rəqib şəbəkələrə nisbətdə «sərfəli qiymət» təklif edən supermarketlər şəbəkəsi kimi qavranılır. GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir. Məlumata görə, «BRAVO» Umico loyallıq proqramı sayəsində «yüksək bonus» təqdim edən, «endirimli kampaniyalar» tətbiq edən şəbəkə kimi qiymətləndirilir. Digər tərəfdən «BRAVO»nun böyük sahəyə malik mağazalarının olması «BRAVO»da da «çeşid bolluğunun» olmasını özündə ehtiva edir.
Korrespondensiya analizindən gəlinən nəticələrə görə analizlər göstərir ki, digər supermarketlərə nisbətdə 24%-lə «ARAZ» ən çox paya sahib olan müştəriləri bazasına malikdir . GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir. Demək olar ki, hər 4 nəfərdən biri «ARAZ»ın müştərisidir. Amma buna baxmayaraq, NPS(Beynəlxalq Müştəri Loyallığı İndeksi) qiymətləndirməsinə görə «ARAZ» ən yaxın rəqibləri 31.4 bal ilə «BAZARSTORE» və «BRAVO»dan, hətta sektor ortalamasında geridə qalaraq 3-cü pillədə qərarlaşıb . «ARAZ» əsasən alternativi olmayan bölgələrdə daha yüksək qiymətləndirilir. Alternativi olan bölgələrdə isə rəqibləri «ARAZ»ın önünə keçir. Bu…
“Temu”nun sahibi Kolin Huang Çinin ən zəngin adamı olu. GDP xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Kolin “Bloomberg”in dünyanın ən varlı adamları reytinqində 25-ci yerdədir. Milyarderin sərvəti 48.6 milyard dollardır. 2021-ci ildən etibarən Çinin ən zəngin adamı “Nongfu Spring” şirkətinin sahibi və həmtəsisçisi Zhong Shanshan olub. Hazırda onun sərvəti 47.4 milyard dollar olaraq qiymətləndirilir.
Respondentlər ən çox alış-veriş etdikləri elektronika mağazalarından 14 şəbəkə mağazanın adını qeyd ediblər. GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir. Məlumata görə sorğuda iştirak edənlərin 84.0%-i ən çox alış-verişlərini TOP 10 şəbəkə mağazadan edir.Bu mağazalardan müştərilərin 28.6%-i “Kontakt Home” , 19.2%-i İrshad mağazalar şəbəkəsindən alış-veriş edib. Respondentlərin 12.1%-i ən çox alış-veriş etdikləri mağazaların adlarını «xatırlamayıblar». 2.8% respondent isə «alışveriş etmirəm» cavabını qeyd edib
