Author: Aynure Gdp

Amerika fond indeksləri ABŞ-da işsizlik müavinəti üçün yeni müraciətlərin sayında gözləniləndən daha əhəmiyyətli azalma ilə bağlı statistik məlumatların dərcindən sonra durmadan yüksəlir. GDP xəbər verir ki, Əmək Departamentinin hesabatı göstərdi ki, ABŞ-da ixtisarların sayı hələ də aşağı olaraq qalır və əmək bazarı kifayət qədər yaxşı vəziyyətdədir. Amerika şirkətləri artıq əvvəlki kimi çox adamı işə götürmürlər, lakin onlar da onları işdən çıxarmağa tələsmirlər. Bu, əmək bazarının soyuması və normallaşmasına işarədir, lakin böyük pisləşmədən söhbət getmir. İlk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 17 min nəfər azalaraq 233 minə düşüb. Bu gün Bakı vaxtı ilə saat 16:55-ə olan…

Read More

Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb. GDP xəbər ki, birjaya istinadən xəbər verir ki, 16 milyard 444 milyon 844 min 299 manat əməliyyat həcmi ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC1-ci, 11 milyard 909 milyon 222 min 124 manat əməliyyat həcmi ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC2-ci, 3 milyard 496 milyon 344 min 477 manat əməliyyat həcmi ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC 3-cü,  2 milyard 128 milyon 936 min 936 manat əməliyyat həcmi ilə “CPM-İnvest İnvestisiya Şirkəti “QSC 4-cü,  1 milyard 673 milyon 676 min 951 əməliyyat həcmi ilə “AzFinance İnvestisiya Şirkəti” QSC 5-ci,  504 milyon 130 min 981 manat əməliyyat həcmi ilə “İnvest-Az…

Read More

Azərbaycan və Qazaxıstan arasında İKT sahəsində Anlaşma Memorandumu imzalanıb. GDP bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti 5-7 avqust tarixində Qazaxıstana işgüzar səfər edib. Səfər çərçivəsində ETX və Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Komitəsi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur. ETX ölkə Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına…

Read More

2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.GDP xəbər verir ki, bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC (Rabitabank OJSC), “AccessBank” QSC (Azərbaycan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC”, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) və “Yelo Bank” ASC daxildir.Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına…

Read More

Rusiya prezidenti Vladimir Putin noyabr ayından etibarən Rusiyada kriptovalyuta istehsalının qanuniləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. GDP xəbər verir ki, qanun bu cür fəaliyyətin aparılması qaydasını və şərtlərini müəyyən edir. Rəqəmsal İnkişaf Nazirliyinin reyestrinə daxil edilmiş Rusiya hüquqi şəxsləri və fərdi sahibkarlar mədənçiliklə məşğul olmaq hüququ əldə edəcəklər. Fərdi sahibkar olmayan ruslar, Rusiya hökuməti tərəfindən müəyyən edilmiş enerji istehlakı həddini aşmasalar, reyestrə daxil edilmədən rəqəmsal valyuta istehsal edə biləcəklər. Hüquqi şəxslər və fərdi sahibkarlar Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən də aparılacaq belə operatorların reyestrinə daxil edildikdən sonra mədən infrastrukturunun operatoru kimi fəaliyyət göstərmək hüququ əldə edəcəklər.

Read More

2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) “Kapital Bank” ASC-nin səhmdarı olduğu şirkət və qurumların adı açıqlanıb. GDP xəbər verir ki, 01 İyul 2024-cü il tarixində “Kapital Bank” ASC  BirKart BOKT” MMC -yə 25.06.2012-ci il tarixində 68 milyon 48,58 min manat , “Pashsa Pay MMC”yə 21.05.24-cü il tarixində 48 milyon 704,4 min manat, “Pasha Texnologiya” MMC-yə 2 milyon 34,64 min manat,  “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə   14.03.2003-cü il tarixində 478 min 42 manat, “Azərbaycan Kredit Bürosu” MMC-yə 30.01.2018-ci il tarixində 249 milyon 99 manat, “Bakı Fond Birjası”na 12.01.2001-ci il tarixində  240 milyon  manat həcmində invesisiya qoyub. Beləliklə  “Kapital Bank” ASC Birkart BOKT…

Read More

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gedib. GDP xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More

Uorren Baffetin sevimlisi Yapon birjalarındakı eniş ona daha çox səhm almaq şansı verə bilər. GDP xəbər verir ki, Berkshire Marubeni Corp., Itochu Corp., Sumitomo Corp., Mitsui & Co ,və Mitsubishi Corp. şirkətlərinin orta hesabla 8.2% səhminə sahibdir. Milyarder investor son bazar enişində təxminən 980 milyard yen yəni 6,7 milyard dollar itirdi, Lakin Yaponiya səhmləri bərpa olunduqca çərşənbə günü bazarın bağlanış məlumatlarına görə itkilər 550 milyard yen-ə qədər azalıb. Milyarder onları daha ucuza ala bilsə, yaxşı qazanclar əldə edə bilər.

Read More

“Accessbank” QSC-nin Sabiabad filialına yeni rəhbər təyin olunub. GDP xəbər verir ki, bu Bəxtiyar Bəxtiyarovdur. Məlumata görə o. 1984-cü ildə Zəngilan rayonunda anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Menecment ixtisası üzrə  təhsil alıb. 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi üzrə təhsil alıb. 2006-2007-ci illərdə isə “Bees Group” şirkətində İnsan resursları departamentində direktor müavini vəzifəsində çalışmışdır.  2021-ci ildən  “Accessbank” QSC-də Nərimanov filialının rəhbəri vəzifəsində çalışıb.Hazırda  “Accessbank” QSC-nin Sabiabad filialının rəhbəri vəzifəsinə təyin olunub.

Read More