Author: Aynure Gdp

ABŞ-ın maliyyə yardımının Gürcüstanın dövlət büdcəsi ilə heç bir əlaqəsi yoxdur GDP xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O bildirib: “Biz başqa dövlətdən subsidiya alan geridə qalmış ölkə deyilik”. O əlavə edib ki, xaricdən ölkəyə daxil olan pulların nəyə xərcləndiyi hələ də məlum deyil.

Read More

Azərbaycanda qadının kartından investisiya adı ilə 50 min manat oğurlanıb GDP xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil, Elşad Hacıyev qeyd edib ki, avqustun 2-də isə ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank…

Read More

Xəzərdə “Caspian Dream Liner” otelinin təməli tam hazırdır. GDP xəbər verir ki, bunu azərbaycanlı milyarder və müğənni Emin Ağalarov deyib. O bildirib: “Biz gecə işləyirik, bu, tarixi bir məqamdır, tikintini sürətləndirmək üçün gecə-gündüz işləyəcəyik”. Dubaydakı Burj əl Ərəb otelinin analoqu adlandırılan otelin ümumi sahəsi 120 min kvadratmetrdir. İş adamı əvvəllər layihəyə sərmayələri 230-250 milyon dollar həcmində qiymətləndirmişdi.

Read More

Rusiya Google, IOS və Android-i bloklayır. GDP xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Didenko “Google”un, o cümlədən “Android” əməliyyat sistemi və “Apple” şirkətinin “iOS”unun tezliklə Rusiyada bloklanacağını bildirib. Didenko ictimaiyyətə YouTube kimi xidmətlərdən yapışmamağı tövsiyə edərək, “Tezliklə Google, Google Android ilə birlikdə bloklanacaq. iOS da bloklanacaq və bu, bizim təşəbbüsümüz olmayacaq” deyib.

Read More

Keçmiş prezident Donald Trampın özünün Truth Social sosial şəbəkəsindəki səhmləri vitse-prezident Kamala Harrisin yenidən seçki kampaniyasına başlamasından sonra 900 milyon dollar ucuzlaşıb. GDP xəbər verir ki, jurnalistlərin sözlərinə görə, Truth Social-ın sahibi olan Trump Media & Technology Group-un səhmlərinin qiyməti prezident Co Baydenin ikinci müddətə namizəd olmaqdan imtina etməsi və Harrisin seçilməsini dəstəkləməsi səbəbindən təxminən 23% ucuzlaşıb.

Read More

Telegram-ın yaradıcısı Pavel Durov ilk dəfə olaraq Bloomberg Billionaires Index (BBI) milyarderlər reytinqinə daxil edilib. GDP xəbər verir ki, Durov 9,15 milyard dollar sərvəti ilə 279-cu, ruslar arasında 17-ci yerdədir. İlk üçlük aşağıdakı kimidir. 1.İlon Mask – 241 milyard dollar. 2. Ceff Bezos – 207 milyard dollar 3.Bernard Arno – 182 milyard dollar.

Read More

ABŞ Ədliyyə Departamenti Nvidia-nın süni intellektlə işləyən Run:ai startapını almaq müqaviləsini yoxlayır GDP xəbər verir ki, ABŞ Ədliyyə Departamenti Amerika qrafik prosessor istehsalçısı Nvidia Corp.-un alınması ilə bağlı müqaviləni nəzərdən keçirir. İsrailin süni intellektlə işləyən startap Run:ai antiinhisar qanunlarının mümkün pozulmasına görə, məlumatlı mənbələrə istinadən Financial Times yazır. Nvidia, alış qiymətini açıqlamadan aprel ayında müqaviləni elan etdi. TechCrunch-a görə, startap təxminən 700 milyon dollar dəyərində ola bilər. Qəzetin mənbələri qeyd edir ki, Ədliyyə Nazirliyi bazar iştirakçılarından sövdələşmənin potensial nəticələrini, o cümlədən sektorda rəqabəti boğmaq və Nvidia-nın bazardakı mövqeyini gücləndirə biləcəyini qiymətləndirməyi xahiş edib.

Read More

Berkshire Hathaway daha 775 milyon dollar dəyərində Bank of America səhmlərini satıb GDP xəbər verir ki, amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc. Bank of America Corp-dakı payını azaltmaqda davam edir. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi sənədlərə əsasən, Berkshire çərşənbə axşamından cümə axşamına kimi bankın 19,2 milyon qiymətli kağızını cəmi təxminən 775 milyon dollara satıb. Market Watch qeyd edir ki, iyulun ortalarından etibarən Baffetin investisiya şirkəti Bank of America-dakı payını 3,8 milyard dollardan çox azaldıb, lakin bankın ən böyük səhmdarı olaraq qalır.

Read More

Bakıda 21, 51 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. GDP xəbər verir ki,paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 3 avqust 2024-cü il tarixində 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi – 8 Noyabr prospekti ilə təşkil ediləcək.

Read More

“Morgan Stanley Səudiyyə Ərəbistanı İnkişaf Fondundan Səudiyyə Ərəbistanı tikinti şirkəti olan Saudi Binladin Group-un səhmlərini alacaq.  GDP xəbər verir ki, bu şirkət Əl Qaidə lideri Usama Bin Ladenin ailəsinə aid olub. Yəməndən Səudiyyə Ərəbistanın Ciddə şəhərinə köç edən Usamanın atası bu şəhərdə bu tikinti şirkətini qurub. Bu şirkət Məkkədə bir sıra tenderlərin əsas qalibi olub və Səudiyyə Ərəbistanı höküməti ilə geniş əlaqələri olub”

Read More