Author: Aynure Gdp

Amerika fond indeksləri ticarətin əvvəlində yüksəlir, investorlar Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrini gözləyirlər. Treyderlər hesab edirlər ki, Amerika Mərkəzi Bankı bu dəfə faiz dərəcələrini 5,25-5,5% səviyyəsində saxlayacaq. CME FedWatch-un , bazarın bu ehtimalı 95,9% qiymətləndirdiyini açıqlayıb. Teslanın səhmləri kapotdakı problemlərə görə ABŞ-da 1,7 milyondan çox elektrik avtomobilinin geri çağırılması xəbərindən sonra 1,7% ucuzlaşıb. Dow Jones 0,45% artaraq 40 721,42 bənd təşkil edib. S&P 500 indeksi 0,3% artaraq 5 480,17 bənd olub. Nasdaq 0,22% dəyər qazanaraq 17 408,02 bənd təşkil edib.

Read More

Azərbaycan Mərkəzi Bankı “City Finance BOKT” MMC-nin, “Kəpəz BOKT” MMC-nin  vəzifəli şəxslərinin və BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “City Finance Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində…

Read More

Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bəs gəlirdən tutulmayan vergini (əmlak, torpaq, mədən, ƏDV və s.) 2 dəfə və ya daha artıq ödəmək məcburiyyətimiz ola bilərmi ? Aydındır məsələdir ki, yox, amma gördüyümüz kimi mövcud maddə 9 dövlət vergisi və eləcə də onların hesablanmasına əsas vermiş bütün halları əhatə etmir. İndi isə yuxarıdakı maddənin fonunda dövlətimizin vergiqoyma və vergitutma siyasəti ilə bağlı bir hüquqi məsələni qələmə alaq. Məsələ isə yol vergisi olacaqdır. Beynəlxalq tətbiqata baxdığımız zaman yol vergisinin müxtəlif ölkələrdə müxtəlif məqsədlər üçün tutulduğunu…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, ölkədə daxili kredit reytinqi mexanizminin yaradılması AMB-nin əsas prioritetlərindən biridir. Bu mexanizmin yaradılması real sektor müəssissələri üzrə informasiya asimmetriyasının azalması, maliyyəyə çıxış imkanlarının artırılması və maliyyə bazarlarının inkişafı baxımından önəmlidir. Qeyd edilənləri nəzərə alaraq, AMB daxili kredit reytinqi layihəsinin icrasına start verib və beynəlxalq təşkilatların kənar ekspertlərini cəlb etməklə texniki iqtisadi əsaslandırma işləri aparıb. Qiymətləndirmə nəticələri əsasında strateji yanaşma və fəaliyyət planı tərtib edilərək icrasına başlanılıb. “Hazırda “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsinin hazırlanması işləri tamamlanmaq üzrədir. Həmçinin daxili kredit reytinqi ekosisteminin formalaşdırılması…

Read More

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib. GDP xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalası Fondu məlumat yayımlayıb Məlumata görə, bununla bağlı qərar “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan…

Read More

2024-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. GDP xəbər verir ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Read More

Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüş zamanı rəqəmsal ödəniş sahəsində təhlükəsizliyin və inklüzivliyin təmin olunması, çağırışların effektiv şəkildə aradan qaldırılması, eləcə də infrastrukturun daha da təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə olunub.Həmçinin fintex ekosisteminin inkişafı ilə rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsini şərtləndirəcək strateji təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Read More

 2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurduq və aktivlərimiz artıq 10 milyard manatı keçib. GDP xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov müsahibəsində deyib. O bildirib: “Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib.”  Fərid Hüseynov əlavə edib bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. “Bu gün əminliklə deyə bilərəm ki, Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına…

Read More

“İtaliyanın “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşümüzdə qlobal enerji keçidi ilə bağlı fikirlərimizi bölüşdük.” GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Tvitter hesabında yazıb. O bildirib : “Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik.”

Read More