Author: Aynure Gdp

2024-cü ilin yanvar-iyun aylarında 230,2 milyon manat həcmində ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin 64,6 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir. Beləliklə 2024-cü ilin ilk yarısında verilmiş ipoteka kreditlərinin cəmi 28.06%-nə güzəştli şərtlər tətbiq edilib. GDP İpoteka və Kredit Zəmanət Fondu (Fond)na istinadən xəbər verir ki, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırmışdır. İyul ayının 1-nə olan məlumata görə, 2024-cü ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 91000 manat təşkil etmişdir. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə…

Read More

Azərbaycanlı bir turist Türkiyədə “Duty-Free” mağazalar şəbəkəsində iri məbləğdə vəsait xərcləyib. GDP xəbər verir ki, bunu Türkiyənin “Duty-Shop Tax Free” mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan “Global Blue” şirkətinin baş direktoru Selim Şeyxun deyib. “Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat-red.). O bu məbləğə saatlar və zinət əşyaları alıb”, – şirkət rəhbəri qeyd edib. Turistin Türkiyəyə böyük ehtimalla Azərbaycandan gəldiyi bildirilib.

Read More

Azərbaycan Respublikasının suveren xarici valyuta ehtiyatlarının həcmi 1 iyul 2024-cü il tarixinə 69 milyard 738.2 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu rəqəm 67 milyard 682.7 milyon dollar idi. GDP xəbər verir ki,ilin əvvəli ilə müqayisədə 2 mlrd. 55.5 mln. dollar və ya 3% artıb Cari ilin ilk yarısının sonuna Dövlət Neft Fondunun ehtiyatları ilin əvvəli ilə müqayisədə 3.4% artaraq 58 milyard 0.6 milyon dollar, Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları isə 1.1% artaraq 11 mlrd. 737.6 mln. dollar təşkil edib.

Read More

2024-cü ilin yanvar-iyun ayları ərzində KOB evlərində sahibkarlara 208 194 xidmət göstərilib. GDP xəbər verir ki, bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür. KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (“G2B”), 20 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Read More

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil edib. GDP Neft Fondunun yayımladığı məlumata istinadla xəbər verir ki, Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub. “Bazar iştirakçıları və Mərkəzi bankların uçot dərəcələri…

Read More

Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 milyard 818,4 milyon manat təşkil edib. GDP Dövlət Neft Fonduna istinadən xəbər verir ki, hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 milyard 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil edib.

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 milyard 600 min ABŞ dolları təşkil edib. GDP xəbər verir ki,2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 414,4 milyon manat təşkil edib.

Read More

Qızıl rekord səviyyədə bahalaşıb, çünki sentyabr ayında faiz dərəcəsinin azaldılması gözləntilərinin artması qızıla tələbi artırır.Qızıl fyuçersləri sessiya zamanı 2474,5 dollarlıq yeni rekorddan sonra gün ərzində 1 unsiya üçün 2,467,8 dollarla bütün zamanların ən yüksək qiyməti ilə ilə ticarət gününü bağlayıb. Qızıl fyuçerslərinin qiymətləri bu il 19%-dən çox artıb.Qızılın qiyməti sessiya zamanı bir unsiya üçün 2 468,68 dollara yüksəlib.. London Fond Birjasının məlumatları göstərir ki, bu, inflyasiya nəzərə alınmadan 1968-ci ildən bəri bütün zamanların ən yüksək göstəricisidir.Qızıl qiymətləri bu ilin əvvəlində rekord həddə bahalaşıb və sonra investorların qiymətli metala münasibətinin daha uzun müddət soyuması üçün daha yüksək faiz dərəcələri perspektivi olaraq…

Read More

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı minik avtomobillərinin idxalı və satışı ilə məşğul olan “Auto Azərbaycan” MMC tərəfindən müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. Xidmətdən GDP-yə verilən məlumata görə, yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Auto Azərbaycan” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması prosesində “Auto…

Read More

Bitcoin, kriptovalyutalara qarşı yüksəliş əhval-ruhiyyənin canlanması fonunda təxminən bir ayın ən yüksək səviyyələrinə çataraq 65.000 dolları keçib. GDP xəbər verir ki, Bitkoin indi kriptovalyuta tərəfdarı kimi tanınan ABŞ-ın keçmiş prezidenti Donald Trampın həftə sonu uğursuz sui-qəsd cəhdindən sonra noyabrda Ağ Evi geri alacağına dair artan optimizm fonunda iyul ayının minimum göstəricisindən 20%-dən çox bahalaşıb.

Read More