2024-cü ilin yanvar-iyun ayları ərzində KOB evlərində sahibkarlara 208 194 xidmət göstərilib.
GDP xəbər verir ki, bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (“G2B”), 20 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.