Author: Aynure Gdp

Litva Avropa İttifaqında(Aİ) kriptovalyuta sahəsində lisenziyalaşdırma tətbiq edən ilk ölkələrdən biridir.GDP xəbər verir ki, Litva Seym qanunvericiliyə, xüsusən kripto-aktiv bazarları haqqında qanuna müvafiq düzəlişlər qəbul edib.Dəyişikliklər Litva kriptovalyuta bazarının fəaliyyətinin Kripto Aktivlər Bazarları üzrə Avropa Qaydalarına (MiCA) uyğunlaşdırılması üçün bir müddət müəyyən edir.Bazar iştirakçılarının 2025-ci ilin iyun ayına qədər lisenziyaları hazırlamaq və əldə etmək imkanı olacaq – bu ana qədər virtual valyuta operatorları Litva Bankına MICA qaydalarında göstərilən sənədləri təqdim etməlidirlər.

Read More

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndiricilərin “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursuna yekun vurub.AQC-dən GDP-yə verilən məlumata görə, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 19 iştirakçının qatıldığı sertifikatlaşdırma kursunu bitirən 9 iştirakçı imtahanda müvəfəqiyyət qazanıb. “Access Bank”ı təmsil edən Rüfət Abdullayev və Məhərrəm Əsədov, “SOS Consulting” şirkətindən Sevinc Rəhimova, “İVC Group” şirkətindən Günel Həsənova, “Caspro” şirkətindən Asif Yusifov, “Asel Servis” şirkətindən Günel Binnətova, “Real Prays” şirkətindən Tural Əliyev, “Acons” şirkətindən Fərid Hüseynov vəFərhad Qılmanov imtahanı uğurla başa vuraraq qiymətləndirici sertifikatını əldə ediblər.Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk DövlətləriQiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc qalibləri təbrikedib və Azərbaycan qiymətləndiricilərinin keyfiyyətcə…

Read More

Azərbaycan Fintex Assosiasiyası “Gələcək üçün Assosiasiyalar” (AFA) layihəsinin benefisiarı olaraq seçilib.GDP xəbər verir ki,əsas icraçısı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) olan layihə yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.Layihənin məqsədi Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq ölkənin iqtisadi inkişafında töhfə verməkdir. Layihə çərçivəsində benefisiar assosiasiyalar üçün, öz üzvlərinə daha yaxşı xidmət göstərmək məqsədilə bilik və bacarıqlarının artırılması, fəaliyyətlərininin təkmilləşdirməsi və kiçik qrantların təqdim olunması nəzərdə tutulur.AFA Layihəsinin seçilmiş yeni benefisiarları ilə tanışlıq və layihənin təqdimatı məqsədi ilə görüş keçirilib.

Read More

bp Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını bu gün elan edib. GDP xəbər verir ki,dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları  olan“BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb. Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur. Müqavilənin iş həcminə daxildir: “Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma…

Read More

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan respublikasının Energetika Nazirliyi məlumat yayımlayıb Məlumata görə, bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.Bu da Azərbaycanın hasilatının iyun ayında “OPEC+” çərçivəsində kvotasından 8 662 ton az olmasının .göstəricisidir. QEYD: “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Read More

Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyirGDP TASS-a istinadla xəbər verir ki, bunu X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova deyib.“Azərbaycan öz xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir, bu, beynəlxalq platformalar çərçivəsindəki fəaliyyətlərə aiddir”, deyə Azərbaycan spikeri bildirib. Onun fikrincə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək. Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib.”Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı, qarşıdurma ilə mübarizə aparmalıdır. Biz, məsələn, Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün səmimi dialoqu təşviq etməliyik”-deyə spiker…

Read More

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 2 530 ədəd yubiley, xatirə və investisiya pul nişanı satıb. GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Bildirilir: “Yubiley və xatirə pul nişanlarının satışı Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC, investisiya pul nişanlarının satışı isə müəyyən edilmiş agent banklar vasitəsilə həyata keçirilib.” QEYD: AMB ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə yüksək əyarlı yerli qızıldan hazırlanmış 1 troy unsiya (31.1 qr.), 1/2 troy unsiya (15.55 qr.), 1/4 troy unsiya (7.78 qr.) və 1/10 troy unsiya (3.11 qr.) çəkilərdə investisiya pul nişanlarını, eləcə…

Read More

Hesab məlumatları (login və şifrələr) təcavüzkarlar üçün cəlbedici hədəfdir. Onları oğurlamaq üçün təcavüzkarlar troyan stilerlər kimi zərərli proqramlardan və ya müxtəlif fişinq üsullarından istifadə edə bilərlər. Təkcə ötən il Azərbaycanda Kaspersky həlləri tərəfindən 945 min fişinq hücumunun qarşısı alınıb. “Şifrə rəqəmsal təhlükəsizliyin vacib elementidir və o, həm fişinqdən, həm də müxtəlif zərərli proqramlardan qorunmalıdır. İstifadəçilər onu təhlükəsiz saxlamalı və mütəmadi olaraq dəyişməlidir. Fişinq tələlərinə düşməyin, şəxsi məlumatlarınızı daxil etdiyiniz bu və ya digər rəqəmsal kanalların həqiqiliyini hər zaman yoxlayın. Təşkilatlar və rəqəmsal xidmətlər üçün effektiv təhlükəsizlik həllinin köməyi ilə bütün rəqəmsal məlumatları, o cümlədən şifrələri etibarlı şəkildə qorumaq vacibdir”, -…

Read More

2024-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. Bildilir:”İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.”

Read More

“İnhisarçı mühit, bildiyimiz kimi, hər zaman investisiyaların stimullaşdırılmasını zəiflədir. ” GDP xəbər verir ki,bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Rəqabət Forumunda çıxışı zamanı deyib. O bildirib: “Biz nə üçün inhisarlaşmanın əleyhinəyik, ədalətsiz gəlir transferinə imkanlar yaradır və nəticəsi olaraq iqtisadiyyatda sosial bərabərsizlik dairəsi genişlənmiş olur. Məhz bu məqsədlər üçün rəqabət mühitinin formalaşması və azad sahibkarlığın inkişafı əsas hədəflərdən biridir. İnhisarçı mühitdən fərqli olaraq, azad bazar sahibkarlığı bizim şirkətlərimizin bizim biznes subyektlərinin dayanıqlığını gücləndirməklə xarici böhranlar qabağında bizim dövlətimizin iqtisadiyyatının immunitetini artırmış olur. ” Məmməd Abbasbəyli qeyd edib ki, o nöqteyi nəzərdən də yenə də…

Read More