- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Moody’s reytinq agentliyinin hesabatına əsasən, Azərbaycan iqtisadiyyatının dollardan asılılığının azaldılması valyuta bazarlarının əhəmiyyətli volatilliyə məruz qalmasını azaldıb və bu da öz növbəsində kreditlərin xarici risklərə həssaslığını azaldıb. Bankların valyuta riskləri ilə bağlı prudensial tədbirlər sərtləşdiyindən maliyyə sistemində dollarlaşma azalmaqda davam edir. Pul siyasətinin güclü effektivliyi və etibarlılığı qərarların qəbulunda şəffaflığı artıran islahatları, eləcə də makroprudensial risklərin monitorinqi və idarə olunmasına proaktiv yanaşmanı əks etdirir. “2022-ci ilin sonunda yeni əməliyyat çərçivəsinin tətbiqi yolu ilə pul siyasətinin ötürülməsini yaxşılaşdırmaq üçün son və davam edən səylər siyasətin effektivliyini daha da artırmalı və uzunmüddətli perspektivdə inflyasiya hədəflənməsinə keçid üçün zəmin hazırlamalı olan islahatlara sadiqliyi nümayiş etdirir”, hesabatda…
Dünən Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlaması, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.Belə bir şəraitdə, BRİCS-ə üzvlük Azərbaycana iqtisadi və geosiyası baxımdan nə verə bilər? BRİCS-ə daxil olmaqla Azərbaycan hansı real faydaları axtarır?2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu bir beynəlxalq təşkilatdır.…
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd “Pacco onlayn ticarət” MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, “MRP” MMC-nin müştəri rəyləri platforması, “Renter” MMC-nin onlayn icarə platforması, “Kodlasan” MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, “AREA Engineering” MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, “Etik Teknoloji Baku” MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, “SOS Avto” MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiq, “BYQR” MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, “Tezfinance Tech” MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat…
2024-cü ilin iyun ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 % təşkil etmişdir. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə,iyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çoxbahalaşma parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarınınqiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddidəyişikliklər baş verməmişdir.
2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 %, qeyriqida məhsulları üzrə 101,0%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9%,yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7% təşkil edib. 2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlakqiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 %, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,4% təşkil etmişdir.
Brent markalı neftin qiyməti 84,4 dollar/barelə düşüb GDP xəbər verir ki, bu səhər benchmark neft qiymətləri enməkdə davam edir. Treyderlər bazar ertəsi Texas sahillərini vuran Beril qasırğasının təsirini, həmçinin tələb proqnozlarını və ABŞ-ın neft ehtiyatları ilə bağlı qeyri-rəsmi məlumatları qiymətləndirirlər. Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları 0,27 dollar və ya 0,32% azalaraq 84,39 dollar/barel təşkil edib. Onların qiyməti 1,09 dollar və ya 1,3% ucuzlaşaraq 84,66 dollar/barelə çatıb ki, bu da iyunun 17-dən bəri minimumdur.
Təbii sərvətlərdən, xüsusilə neft və qaz kimi strateji əhəmiyyətli resurslardan əldə edilən gəlirlər, ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Bu gəlirlərin səmərəli və effektiv idarə edilməsi, uzunmüddətli makroiqtisadi inkişafın təmin edilməsi üçün vacibdir Azərbaycan Dövlət Neft Fondunun (ADNF) fəaliyyəti nəticəsində əldə edilən gəlirlər, dövlət büdcəsinə böyük dəstək verir və müxtəlif sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldilir. Bu layihələr arasında infrastrukturun inkişafı, təhsil və səhiyyə sektorlarının gücləndirilməsi, eləcə də kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkə iqtisadiyyatının diversifikasiyasını təmin edir və neftdən asılılığı azaldır. Fond ölkə büdcəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Neft Fondundan büdcəyə edilən irihəcmli tranferlər…
Dünya Bankının araşdırmasına görə, alıcılıq qabiliyyəti paritetində Azərbaycanın ümumilli gəliri 228 milyard dollar təşkil edib. GDP xəbər verir ki, region ölkələrindən Gürcüstanın ümumi milli gəliri 2023-cü ildə 11,75% artıb,ümumilli gəliri 86,6 milyard dollar təşkil edib. Bu göstəriciyə görə Gürcüstan Avropa İttifaqına üzv olan altı ölkəni: Lüksemburq, İslandiya, Malta, Kipr, Latviya və Estoniyanı qabaqlayır.Ölkə həm də 62,3 milyard dollar ümummilli gəlirlə Ermənistanı qabaqlayır, lakin 228 milyard dollar ümumilli gəlirə malik olan Azərbaycandan xeyli geridədir.
Beynəlxalq reytinqimiz bu il də yüksəldi. Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq yerli və xarici valyutada uzunmüddətli depozit reytinqimizi Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Moody’s Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqləri ilə bağlı qərarı barədə deyib. Abbas İbrahimov qeyd edib ki,reytinq proqnozumuz isə yenə də “Pozitiv” səviyyəsindədir. “Bankımızın aktivlərinin artan keyfiyyəti, yüksək mənfəətliliyi, güclü kapital mövqeyi, likvidliyi, risklərinin məhdudluğu və digər bu kimi müsbət amillər son illər beynəlxalq reytinqlərimizin yüksəlişində də özünü göstərir.Uğurlarımızda payı olan hər kəsə təşəkkürlər”
Fidan Fərzəliyeva “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin müşaviri təyin edilib.GDP xəbər verir ki, barədə AZAL məlumat yayıb.O, bu vəzifəyə təyin olunmazdan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri olub.
