Author: Aynure Gdp

Azərbaycan nefti ucuzlaşıb GDP xəbər verir ki, dünya birjlarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,56 % azalaraq 90,29 ABŞ dolları təşkil edib.

Read More

İnformasiya texnologiyalarının sürətli inkişafı həyatımızın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, müsbət və mənfi dəyişikliklərə səbəb olmuşdur. Daha çox texnoloji dəyişikliklərə məruz qalan sahələrdən biri də maliyyə sistemidir. Texnologiyanın maliyyə sektoruna tətbiqi FinTech adlanır. Maliyyə sistemində informasiya texnologiyalarından istifadə bank-maliyyə sistemində, xərclərin səmərəliliyində, müştəri məmnuniyyətində, əməliyyatların daha sadə və müştəriyönümlü idarə edilməsində, daha çox müştəriyə xidmət göstərilməsində avtomatik emal əmsalının artmasına səbəb olmuşdur. Fintech maliyyə inkişafını, inklüzivliyi və səmərəliliyi gücləndirməklə, rəqəmsal iqtisadiyyatın çiçəklənməsi üçün tələb olunan maliyyə xidmətlərini təmin etməklə artımı və yoxsulluğun azaldılmasını dəstəkləyir. Bu faydaları əldə etmək üçün səlahiyyətli orqanlar maliyyə sektorunun rəqəmsal transformasiyası davam etdirərək sabitlik, tamlıq,…

Read More

Carlsberg Britaniya içki istehsalçısı Britvic-i 3,3 milyard funt-sterlinqə alacaqGDP xəbər verir ki, danimarkalı pivə istehsalçısı Carlsberg, Britaniyanın sərinləşdirici içki istehsalçısı Britvic-i 3,3 milyard funt-sterlinqə və ya 4,2 milyard dollar alacağını bildirib.Carlsberg, idarəetmə komandası yekdilliklə şirkətin səhmdarlarına tövsiyə etmək niyyətində olan Britvic-in direktorlar şurası ilə müqavilənin şərtlərini razılaşdırıb.Carlsberg hər Britvic səhminə görə 13,50 funt sterlinq ödəyəcək ki, bu da mümkün sövdələşmədən əvvəl, iyunun 19-da bazar dəyərindən 36% yüksəkdir.

Read More

Rusiyanın Ural neftinin qiyməti 80 dollara qədər bahalamaqla müharibədən bəri rekord müəyyən edib. GDP xəbər verir ki, artıq Rusiya demək olar ki, nefti endirimlə satmır. Müharibənin əvvəlindən endirim 20 dollardan 5dollara qədər azalıb.

Read More

Nvidia üç gün ərzində 550 milyard dollar dəyər itirib. GDP xəbər verir ki, şirkət 2,905 trilyon dollar dəyərində qiymətləndirmə ilə bütün şirkətlər arasında bazar kapitallaşması baxımından üçüncü yerə düşüb. Hazırda Nvidia-nın qrafiki Cisco-nun qrafikini əks etdirir. Tarix yenidən təkrarlanır?

Read More

Vergi Məcəlləsinin müasir dövrlə ayaqlaşmaqda gecikdiyi normalarından biri də vergi ödəyiciləri ilə yazışmayla bağlı 70-ci maddənin normalarıdır. Bu normanın iki əsas problemi : 1-ci məsələ ondan ibarətdir ki, maddə yalnız vergi orqanından vergi ödəyicisinə göndərilən məlumatlar üzrə müddətləri və qaydaları müəyyən edir. Lakin vergi ödəyicisinin göndərdiyi istər elektron istər fiziki üsulla təqdim edilmiş məktublar, şikayətlər barədə heç bir məsələyə toxunmur. Əmlakın siyahıya alınmasının ən xırda lazımsız prosesual təfərrüatlarına qədər toxunmuş Vergi Məcəlləsinin bu məsələni unutması çox da məqbul deyildir. Bu səbəblə vergi ödəyicisindən vergi orqanlarına göndərilən sənədlər qalır Vətəndaşların müraciətləri haqqında AR qanununun ümidinə . Bəs həmin qanun nə deyir…

Read More

TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının nöbədənkənar iclası keçirləcək. GDP xəbər verir ki, bu barədə TuranBank ASC -nin elanında məlumat verilib. Bildirilir ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının nöbədənkənar iclası 14 avqust 2024-cü il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Qeyd olunub ki,iclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.

Read More

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 326 457 şəxs qəbul edilib və onlara 492 520 sayda xidmət göstərilib GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bildirilir: “Bunlardan 185 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 103 minə çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.” Ümumi elektron xidmətlərin 88,1 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: – Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim…

Read More

Azərbaycan Mərkəzi Bankı daha bir yerli təşkilata elektron pulun təşkili ilə bağlı fəaliyyət göstərmək üçün müddətsiz lisenziya verib.GDP xəbər verir ki, bunu sabiq deputat Vüqar Bayramov açıqlayıb. O bildirib: “Elektron pul nəinki ödəniş sistemini sadələşdirir, həm də gələcəkdə kağız pullardan istifadənin tədricən minimuma endirilməsinə gətirib çıxara bilər”Eyni zamanda, elektron pul şəffaflığı artırır. Bayramov əlavə edib ki, onlar pul bazarında aparılan əməliyyatlar vasitəsilə vətəndaşlar üçün elektron əmanət və hətta gəlir mənbəyinə çevrilə bilərlər.

Read More

İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib. GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” nda çıxış edərkən deyib. O bildirib: “KOBİA-nın əsas hədəflərindən biri də Qarabağ ərazisində biznes sektorunun bərpasının dəstəklənməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir.” Orxan Məmmədov şun sözlərinə gprə indiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət…

Read More