Author: Aynure Gdp

“Birbank” Azərbaycan bazarının 1-cisi olub. GDP xəbər verir ki, ölkənin aktivlərinə görə ən böyük ikinci bankı “Kapital Bank”ən mobil tətbiqi “Birbank” Rusiyanın “Markswebb” konsaltinq agentliyiinin araşdırmasına görə 1 ci yeri tutub.

Read More

2004-cü ildən fəaliyyətə başladığı tarixdən etibarən “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) dövlətin siyasətini dəstəkləyərək Azərbaycanla qardaş Türkiyə dövləti arasında iqtisadi və sosial əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində öz töhfəsini verməkdə davam etdirir. Ölkəmizdə münbit biznes mühitinin olması nəticəsində ATİB daimi olaraq dövlət qurumları ilə sahibkarlar arasında əlaqələr yaradır, ölkəmizə investisiyarın cəlb edilməsi sahəsində bir sıra işlər həyata keçirir. Ölkəmizdə fəaliyyət göstərən türk və yerli şirkətlərin inkişafına dəstəyin göstərilməsi, eləcə də qurum tərəfindən indiyədək görülmüş işlərlə bağlı  ATİB-in sədri Mürsəl Rüstəmovla olan müsahibəni təqdim edirik. Hörmətli Mürsəl müəllim, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini nəzərə alaraq son 3 il ərzində ATİB-ə üzv…

Read More

“İşğaldan azad edilmiş ərazilərdə mütəmadi monitorinqlər aparırıq. İşəgötürənlərlə bağlı hər hansı uyğunsuzluq aşkarlananda onlara müvafiq xəbərdarlıqlar edirik”. GDP xəbər verir ki, bunu əmək və məşğulluq münasibətlərinin tənzimlənməsi, “DOST” müfəttiş layihəsinin təqdimatı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, işəgötürənlərin sözügedən ərazilərə işə cəlb etdikləri şəxslərlə həmin gün əmək müavilələri bağlaması vacibdir: “Əks halda uyğunsuzluq olur. Bəzən işçilərlə işə başlayandan sonra əmək müqavilələri bağlanır. Bu kimi hallara yol verilməməsi üçün işəgötürənlərə müraciət edirik ki, diqqətli olsunlar. Eyni zamanda, qarşıda duran hədəflərə uyğun olaraq bir sıra yeniliklər gözlənilir. 2016-cı ildən başlayaraq əmək müqaviləsi bildirişləri nazirliyin əmək…

Read More

Bitcoin fevral ayından bəri ən aşağı səviyyəyə düşübGDP xəvər verir ki, Federal Ehtiyat Sisteminin (FRS) hələ də faiz dərəcələrini endirməyə hazır olmadığına dair narahatlıqlar səbəbiylə bitkoinin qiyməti fevralın sonundan bəri minimum səviyyəyə enir.CoinDesk-in məlumatına görə, Bitcoin 6,7% ucuzlaşıb və qiyməti 54 359 dollar təşkil edir. Ötən ay kriptovalyuta ilin əvvəlindən təxminən 30% dəyər qazansa da, demək olar ki, 23% dəyər itirib.Bundan əvvəl Federal Açıq Bazar Komitəsinin (FOMC) 11-12 iyun tarixlərində keçirilmiş iclasının protokolları dərc edilmişdi. Sənəddə deyilir ki, Fed siyasətçiləri pul siyasətini yumşaltmağa başlamaq üçün inflyasiyanın yavaşlamasına dair əlavə dəlillərə ehtiyac duyurlar.

Read More

Qarabağda fəaliyyət üçün 2100-dən artıq sahibkarın müraciəti qeydə alınıb. Bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib. Onun sözlərinə görə, onların yarısı investisiya layihələri, digərləri isə müxtəlif işlərin görülməsi ilə bağlıdır: “220-dən artıq layihə artıq reallaşdırılıb. 80-dən artıq layihə isə tamamlanmaq üzrədir. Qısa zamanda qeydə alınan rezidentlərin sayı göstərir ki, Qarabağda biznes fəaliyyətinə maraq böyükdür”.

Read More

Himayəçilər Şurasının qərarı ilə İcbari Sığorta Bürosunun (Büro) rəhbərliyində dəyişiklik edilib. GDP xəbər verir ki,Vüsal Məsiyev Hamlet oğlu Büronun icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. Vusal Məsiyev daha əvvəl İcbari Sığorta Bürosunun Baş İnformasiya Meneceri vəzifəsində çalışmişdır. Qeyd edək ki, 2022-2024-cü illərdə DOST rəqəmsal innovasiyalar agentliyində direktor müavini vəzifəsində, 2021-2022-ci illərdə Dövlət Məşgulluq Xidmətində idarə heyətinin sədrinin müşaviri vəzifəsində və 2005-2019-cu illərdə Cibernet MMC-də Texniki direktor vəzifəsində çalışmışdır.

Read More

Heydər Əliyev Beynəlxalq Aeroportu iyulun 2-4-də Türkiyənin İstanbul şəhərində keçirilən ACI EUROPE 34-cü İllik Konqresi və Baş Assambleyasında iştirak edib. GDP hava limanına istinadən xəbər verir ki, bu mühüm hadisə sənayenin inkişafının əsas aspektlərini müzakirə etmək üçün Avropanın aparıcı hava limanları rəhbərlərini və aviasiya sənayesi ekspertlərini bir araya gətirir. İştirakçılar əsas diqqəti geosiyasi amillərin hava limanı sənayesinə təsiri, sərnişin təcrübəsinin təkmilləşdirilməsi, hava limanı infrastrukturunun modernləşdirilməsi və aviasiya sənayesinin karbonsizləşdirilməsinə yönəldiblər. Öz növbəsində Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf strategiyasını, o cümlədən tullantıların təkrar emalı sistemlərinin, ətraf mühitə təsirin azaldılması üçün innovativ texnologiyaların tətbiqini və digər əsas təşəbbüsləri fəal şəkildə həyata…

Read More

Ölkəmizdə özəl sektorun ən böyük təmsilçilərindən biri olan “Azərsun Holdinq” MMC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. GDP xəbər verir ki, “Azərsun Holdinq” MMC-nin 2023-cü ildə aktivləri 2022-ci ilə nisbətən 96 milyon 435 min 911 manat və ya 19.3% azalaraq 402milyon 226.720 min  manat təşkil edib. Holdinqin cəmi aktivləri 0.09181001 manat yaxud 7.8% azalaraq 1 milyard 71 milyon 600.612 min manat olub. “Azərsun Holdinq” MMC 2023 cü il ərzində 58 milyon 312,392 min manat xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilə nisbətən 43 milyon 115.565 min manat və ya 73.9% çoxdur. Şirkət 2023-cü ildə 29 milyon 171 min…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 27 iyun 2024-cü il tarixli Qərarı ilə “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi bankı məlumat yayımlayıb. Qeyd edək ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Read More

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ilə Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsi arasında protokol imzalanıb. AZSTANDART-ın GDP-yə verdiyi məlumata görə, sənəd Azərbaycanın milli standartlarının Belarusda tətbiqini nəzərdə tutur. Bu imkanların həyata keçirilməsi Belarus Dövlət Standartlaşdırma İnstitutuna həvalə olunub. Sözügedən saziş ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Read More