Author: Aynure Gdp

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub. “BP-Azerbaijan” şirkətindən GDP-yə daxil olan məlumata görə, hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir. Leyla Məmmədova BP-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib. L.Məmmədova bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib. Leylanın sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar…

Read More

Azərbaycanda yük şirkətləri xidmətlərin dəyərini manatla göstərməli olacaqlarGDp xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda logistika şirkətlərinə göstərilən xidmətlərin qiymətlərini manatla göstərməyi tapşırıb. İdarədə xaricdən sifariş edilən malların istehlakçılara çatdırılması üzrə xidmət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.Görüşdə sahibkarlara göstərilən xidmətlərin qiymətlərinin manatla göstərilməsi, istehlakçılara daşıma tarifləri ilə bağlı düzgün və düzgün məlumatların verilməsi, fəaliyyətlərində istifadə olunan ölçmə vasitələrinin vaxtaşırı yoxlanılmasının zəruriliyi diqqətə çatdırılıb. Maarifləndirici görüşdə sahibkarların üzərinə düşən öhdəliklər izah edilib, bu sahədə qanunvericilik tələbləri barədə ətraflı izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Read More

Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb. Bu barədə GDP-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, bu günədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir. Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.

Read More

ESG-nin hər bir komponenti üzrə qanunvericilikdə bir sıra güzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutulur. Həmin güzəşt və imtiyazları diqqətinizə təqdim edirik. E komponenti (ekoloji, ətraf mühitin mühafizəsi) üzrə güzəştlər Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə nəqliyyat sektorunun payına düşür. Son illər iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Qeyd edilməlidir ki, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən etibarən, mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb. Vergi Məcəlləsinə əsasən elektrik…

Read More

Bu gündən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib.Bu barədə GDP-yə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.Bildirilir ki, 12 fəsil, 84 maddədən ibarət Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafına, sahibkarlıq subyektlərinin sayının artırılmasına və iqtisadiyyata investisiyaların cəlb edilməsinə imkanlar yaradacaq.

Read More

Xarici ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsum iyulun 1-dən xalis tonaj (xalis ton) üçün 5,07 dollara qaldırılıb, halbuki bir il əvvəl tətbiq edilən rüsum 4,42 dollar olub.GDP xəbər verir ki, müvafiq qərarı Türkiyənin Nəqliyyat Nazirliyi verib.Onun sənədində tariflərin artırılmasının nəzərdə tutulduğu qeyd olunub.Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bir müddət əvvəl bildirmişdi ki, rüsumun məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanı əsasında həyata keçirilir.1936-cı ildə imzalanmış və Boğaziçi və Çanaqqala boğazlarında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasına əsasən, ticarət gəmilərinin onlar vasitəsilə dayanmadan tranziti tibbi nəzarət, mayak və gəmi təxliyyəsi xidmətləri üçün ödənişlərə…

Read More

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. GDP xəbər verir ki, yeni qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərinə “Bolt”, “Uber”, “Yango” kimi tətbiqlərdə blok tətbiq edilib. Bəzi sürüclər isə avtomobillərinin yeni qaydalara cavab vermədiyi halda belə profillərinin hələ də bağlanmadığını bildiriblər. Ehtimal olunur ki, proses mərhələli şəkildə həyata keçiriləcək.

Read More

“AccessBank” QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir. Bankın yaydığı məlumatda bildirilir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını  və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını (52,94% azalma) elan edir. Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq. Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq. Qeyd edək ki, hazırda “AccessBank” QSC-nin niamnamə kapitalı 270 milyon 106 min 912 manatdır. Səhminin nominal dəyərinin azaldılması ilə əlaqədar olaraq Bankın niamnamə kapitalı 127 milyon 113 min…

Read More

Bazar ertəsi səhər neftin qiyməti qalxır.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,45% bahalaşaraq 85,38 dollar/barelə çatıb. Cümə günü Brent neftinin qiyməti 0,26 dollar və ya 0,3% artaraq 85 dollar/barelə çatıb. Əvvəlki ticarətin sonunda müddəti başa çatan avqust kontraktları həmin gün bir barel üçün 0,02 dollar bahalaşaraq 86,41 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,44 bahalaşaraq bir barelə görə 81,9 dollar təşkil edib. İyunun 28-də müqavilənin qiyməti 0,2 dollar və ya 0,2% ucuzlaşaraq 81,54 dollar/barel olub.

Read More

Azərbaycan iyulun 19-20-də Aktauda keçiriləcək 1-ci Şimal-Cənub Nəqliyyat Forumunda iştirak edəcək.GDP xəbər verir ki, tədbirdə Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan və BƏƏ-dən də nümayəndələrin iştirakı gözlənilir.Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas oyunçularının iştirakı ilə dəmir və avtomobil yollarının, eləcə də limanların inkişafı müzakirə olunacaq.Kənd təsərrüfatı məhsullarının ixrac potensialının inkişafına xüsusi diqqət yetiriləcək.

Read More