- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
- Citi Brent neftinin qısamüddətli proqnozunu 15 dollar artırdı – qiymət 85 dollara çatdırılıb
Author: Aynure Gdp
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb. Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar. Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur. Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə…
Qazaxıstanın Ali Audit Palatasının nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının 2025-ci il üzrə maliyyə hesabatlarının auditini aparıb. GDP bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, audit Azərbaycan və Qazaxıstan ali audit orqanlarının 2024–2025-ci illər üzrə ikitərəfli görüşlərinin və qarşılıqlı səfərlərinin nəticəsinə uyğun olaraq həyata keçirilib. Auditin məqsədi Hesablama Palatasının maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına və qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməkdən ibarətdir. Audit çərçivəsində normativ-hüquqi bazanın, maliyyə sənədlərinin ilkin təhlili, daxili nəzarət sisteminin, maliyyə hesabatlarının tamlığının və etibarlılığının qiymətləndirilməsi, eləcə də Hesablama Palatasının məsul əməkdaşları ilə müsahibələr aparılıb. Səyyar audit mərhələsi 17–20 fevral 2026-cı il tarixlərində Bakı şəhərində keçirilib. Audit…
ABŞ-ın Müharibə Nazirinin sənaye bazası üzrə köməkçisi Maykl Kadenatssi ölkənin strateji minerallar üzrə idxaldan asılılığının təhlükəli həddə çatdığını açıqlayıb. Senatdakı çıxışı zamanı Kadenatssi bildirib ki, ABŞ təxminən 25 kritik əhəmiyyətli mineral üzrə 90 faizdən çox, 50-dən çox mineral üzrə isə 50 faizdən çox idxaldan asılıdır. Bu minerallar müdafiə sənayesi, yüksək texnologiyalar və enerji sektoru üçün həyati əhəmiyyət daşıyır. Rəsmin sözlərinə görə, ən böyük risk Çin faktoru ilə bağlıdır. Həmin materialların emalı üzrə dünya gücünün əhəmiyyətli, bir sıra hallarda isə dominant hissəsi məhz Çində cəmləşib. Kadenatssi vurğulayıb ki, Pekin artıq təchizat zəncirləri üzərində nəzarəti təzyiq aləti kimi istifadə etməyə hazır olduğunu…
Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması müzakirə edilib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə maliyyə xidmətləri, bank əməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanın gündəliyində olan məsələlər müzakirə olunub, həmçinin sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinin effektivliyinin artırılması istiqamətində AMB-nin həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi layihələr uğurla davam etdirilir. İqtisadi Zonaların İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ağdam Sənaye Parkının əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, qısa müddət ərzində Ağdam Sənaye Parkı regional iqtisadi mərkəzə çevrilib. Hazırda parkda 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Rezidentlərin sayına görə bu park ölkədə ikinci yerdə qərarlaşıb. Sənaye parkına indiyədək 145,8 milyon manat investisiya yatırılıb. Burada 1000-ə yaxın daimi iş yeri yaradılıb və işə qəbul zamanı yerli əhalinin məşğulluğuna xüsusi önəm verilir. Hal-hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. İstehsal olunan məhsullar…
2020-ci ilin avqustunda Dow Jones indeksinin tərkibində edilən dəyişiklik maraqlı bir nəticəyə səbəb oldu. GDP xəbər verir ki, o zaman “mavi çiplər” arasına qatılan Salesforce-un səhmləri bu günə qədər 32% dəyər itirərkən, indeksdən çıxarılan neft nəhəngi Exxon Mobil-in qiyməti tam tərs mənzərə çəkdi və 271% yüksəldi. Bu hadisə, məşhur indekslərə daxil olmağın və ya çıxarılmağın heç də həmişə gözlənilən investisiya nəticəsini vermədiyini bir daha xatırlatdı.
Azərbaycanda beynəlxalq geyim brendlərini təmsil edən “Best Brands” Şirkətlər Qrupunda yeni təyinat olub. GDP xəbər verir ki, ölkəmizdə tekstil sənayesi üzrə peşəkar marketoloq və sahə üzrə ekspert olan Elxan Mərdanlı “Best Brands” Şirkətlər Qrupunda strateji müşavir vəzifəsinə təyin olunub. Elxan Mərdanlı uzun illərdir tekstil və pərakəndə satış sahəsində marketinq və inkişaf strategiyaları üzrə fəaliyyət göstərir. Eyni zamanda, onun mətbuatda tekstil sənayesinin inkişafı, mövcud vəziyyəti və çıxış yollarına həsr olunmuş silsilə məqalələri mütəmadi olaraq dərc edilir və sahə üzrə analitik baxış formalaşdırır. Qeyd edək ki, “Best Brands” Şirkətlər Qrupu ölkəmizdə LC Waikiki, Penti, Koton və Decathlon kimi beynəlxalq geyim brendlərini, eləcə də Funland…
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma görüşü keçirib. Görüşdə universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin bu…
Azərbaycan Texniki Universitetində fintex laboratoriyasının açılış mərasimində çıxış edən Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov rəqəmsal maliyyənin strateji əhəmiyyətindən danışıb. Vüsal Xəlilov bildirib ki, son 10 ildə Dünya Bankı və BIS-in hesabatları rəqəmsal maliyyənin iqtisadi inkişafı sürətləndirmək üçün əsas alətə çevrildiyini göstərir: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil. Stanford, Kaliforniya Universiteti kimi aparıcı təhsil ocaqları bu cür laboratoriyalar yaradır. Azərbaycanda ilk dəfə Texniki Universitetdə belə bir laboratoriyanın açılması çox vacib hadisədir”. O, 11 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə keçən müşavirədə rəqəmsallaşma və süni intellekt inkişafının ölkənin strateji prioritetləri kimi müəyyən edildiyini xatırladıb. Son 8 ildə maliyyə sektorunun ən…
Azərbaycan Texniki Universitetində (ATU) fintex sahəsi üzrə ixtisaslaşmış yeni tədris laboratoriyasının təqdimat mərasimi keçirilib. GDP xəbər verir ki,açılış mərasimində çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş Xidmətləri və Ödəniş Sistemlərinin Fəaliyyətinin Tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev layihənin əhəmiyyətindən danışıb. Yaradılan laboratoriya iki əsas istiqamət üzrə fəaliyyət göstərəcək. Birinci istiqamət informasiya texnologiyaları, ikinci istiqamət isə iqtisadiyyatdır. Bu bölgü təsadüfi deyil. Müasir maliyyə texnologiyaları (fintex) dedikdə geniş spektrli sahələr əhatə olunur: ödəniş xidmətləri, kredit bankçılığı, rəqəmsal valyutalar və s. Məhz bu sahələrin inkişafı üçün həm texniki biliklər, həm də iqtisadi analiz bacarığı tələb olunur. Layihə çərçivəsində hər istiqamət üzrə 15 nəfər olmaqla, ümumilikdə…
